Borc alıb qaytarmamaq problemi

Uca Allah zənginlərə borc verməyi əmr etdiyi kimi kasıblara da borcu vaxtında qaytarmağı əmr edir. Borcu vaxtında qaytarmamaq özü borc aldığın şəxsə zülm etməyin deməkdir. Allah təala borc verənə buyurur ki, borcunu yazsın, borcu götürənə isə borcunu vaxtında qaytarmağı əmr edir. Gəlin səbrlə bu ayəni oxuyaq: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (Bəqərə surəsi 282). Bu ayədə uca Allah çox ciddi şəkildə borc alana xəbərdarlıq edir ki, borcunu vaxtında qaytarsın və borc aldığı şəxsə zülm etməsin. Allah təala zənginə borc verdiyi adama müəyyən müddət güzəşt etməsini əmr edir, eyni zamanda borc alan şəxsə borcunu vaxtında və ədalətlə geri qaytarmasını ona bildirir. Borcu vaxtında ödəmək hər bir vicdanlı şəxsin vicdan borcudur. Borcu ödəməmək həm borc aldığın şəxsə həm də yalnız özünə zərərdir.

Yas məclisi problemi

Bu gün yas məclisləri ilə bağlı cəmiyyətimizdə ciddi problemlər var. Bu problemlər o qədər böyükdür ki, insanlar hamısı bu məsələnin tənzimlənməsini istəyirlər. Bir çox insanlar yas məclislərinə gələnlərin davranışlarından şikayətlənirlər. Digər qrup insanlar yas məclislərində məclisi idarə edəcək şəxsin idarəçilik səviyyəsinin olmamasından şikayət edirlər. Çünki, bu məsələdə insanlar təbəqələrə bölünür. Misal üçün, elələri var ki, yas məclisində normal elmi, savadı olan bir ilahiyyatçının dəvət olunması və onun söhbət aparmasını istəyirlər. Eləsi var ki, ümumiyyətlə dinə aid heç nəyi dinləmək istəmir və yalnız Quranı ərəbcə oxumağı tövsiyə edir, tərcüməyə ehtiyacı olmadığını bildirir. Bizi isə suallar qarşısında qoyullar. Bu suallar ümumi cəmiyyətin hər bir fərdinin özünə yönləndirməli olduğu sualdır. Dünyasını dəyişən yaxınım üçün etdiyim bu qədər işlərin: Mal-qara kəsib yemək bişirib minlərlə insanı yedirmək, ən bahlı baş daşlarına çəkilən xərclər və.s. bunun doğrudanmı dünyasını dəyişən bir yaxınımıza faydası varmı? Bu vaxta qədər din xadimləri bütün bunların və hətta Quran oxuyub ölüyə bağışlamağın və.s. ölüyə fayda vercəyini deyərək hələ də yas məclislərinin israfının çoxalmasına səbəb olurlar. Biz isə şəriət mətnlərinə baxdıqda görürük ki, bütün bunları Allah təala yaxşılıq olaraq qəbul edə də bilər, etməyə də. Ancaq şəriəti heçə sayan insanlar isə bütün bunların boş, puç olduğunu və ölüyə faydası olmadığını deyirlər. Biz indi israfa davam edəkmi? Yoxsa bu məsələnin yenidən gündəmə gəlməsinə və hətta müzakirə edilməsinə, israfşlığın qarşısının alınmasına çalışaq?

Qəlb təmizliyi iddiası

“Mənim qəlbim təmizdir” deyib insanların qeybətini edən, günahları, haramları edənlər barəsində Allah təala Qurani Kərimdə buyurur ki, “Ey iman edənlər, şeytanın yolu ilə getməyin”, Qurani Kərim, Nur 21-ci ayə. Əslində hər bir insanın qəlbi təmiz olmalıdır. İnsan bunu ifadə edərək deyil, əməl olaraq göstərməlidir. Bir insan qəlbinin təmizliyini iddia edirsə və bunu əməli ilə göstərirsə əsl qəlbi təmiz həmin insandır. Bu mövzuda onu bilmək lazımdır ki, Allah təala insanı ən yaxşı tanıyır. Allah təala Qurani Kərimin Nəcm surəsinin 32-ci ayəsində buyurur ki, “Özünüzü təmizə çıxarmayın, çünki, Allah təala kimin daha təmiz olduğunu sizdən daha yaxşı bilir”. Çünki, Allah təala sizi yaratmazdan əvvəl də sizi tanıyırdı və sonra qazandıqlarınıza görə də sizi tanıyır. Qurani Kərimin bir çox ayələrində ifadə edilir ki, “Allah təala şübhəsiz ki, qəlblərin içərisində olanları ən yaxşı biləndir” Qurani Kərim Ali İmran surəsi 119-cu ayə. İnsan bunu unutmamalıdır ki, qəlblərin özünü və insanın həqiqi, gerçək niyətlərini ancaq Allah bilir. Buna görə də Qiyamət günü, Hesab günü gözləmədəyimiz bir çox həqiqətlərlə üzləşə bilərik. Özümüzü və qarşımızdakıları aldatmamalıyıq. Şəxsi mənada insanın özünün qəlb təmizliyi iddia etməsi kifayət etmədiyi kimi, əsl olan qəlb təmizliyi Allahın razı olacağı bir qəlb təmizliyidir ki, bunu ancaq dəqiq Allah bilir. Qəlb təmizliyi Allahın razı olacağı bir qəlb təmizliyi olmalıdır. Bu isə ancaq və ancaq Allah təalanın əmr və qadağanlarına riayət ediləcəyi doğrultuda mümkün ola bilər. Bu həqiqət Quranda belə ifadə edilir: “Onlar Allah xatırlandığı zaman qəlbləri ürpənənlər, özlərinə gələn müsibətlərə səbr edənlər, namazı doğru şəkildə qılanlar və ruzi olaraq verdiklərimidən xərcləyənlərdir” Həcc surəsi 35-ci ayə. “Qəlblər yalnız Allahı zikr edərək rahatlıq tapar, təmiz olar”. Rəd surəsi 28-ci ayə.Ümumi Quran ifadələrinə baxdıqda isə görürük ki, bütün insnalar günahlar və xətalar edirlər. Allah təala sonsuz rəhməti ilə insanları dərhal cəzalandırmayaraq onlara fürsət verir. Allahın rəhməti və mərhəmti olamasa ən yaxşı dediyimiz insanlar belə mükafatı haqq edə bilməzlər. Etdiyimiz yaxşılıqlar və ibadətlər Cənnəti haqq etdiyimiz mənasına gəlməz, biz nə etsək də Allah təalanın bizə bəxş etdiyi nemətləırin haqqını və qarşılığını heç nə ilə ödəyə bilmərik. Etdiyimiz xəataların bir-bir cəzası veriləcək olsaydı da yer üzərində bir canlının belə qalmayacağı Quran ayələrində ifadə edilir. Quran Nəhl ssurəsi 61.

Səbr etmək haqqında

Səbir etmək haqqında

Səbir haqqında bir dostumuz sual yazmışdı. Düzü mən ərəbcədən “səbr” olduğu üçün həmişə “səbr” kimi yazırdım. Ancaq bizim leksikonumuzda “səbr” yox, “səbir” kimi yazılır və deyilir. Ümumi səbir haqqında məlumatı paylaşıram ki, dostlarımız da faydalansınlar.
Səbir – ərəbcə “sabr” (sbr) kökündən düzəlib. Bizdə səbir kimi yazılır və deyilir. Səbir, xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə, hövsələ etmək, tələsmədən gözləmək və.s. mənalara gəlir. Bizdə “səbir” həm də asqırma, asqırtı, asqırmaq mənasında da istifadə olunur. Səbrli olan şəxsə səbr edən şəxs deyilir. Çətinliklərə, sıxıntılara dözən şəxsə də səbr edən şəxs deyilir. “Səbir” lüğətdə çəkindirmək və həbs etmək mənasındadır. Səbir insanın özünü fəryad etməkdən, dilini şikayət etməkdən, əllərini üzünə, dizinə vurmaqdan və paltarını cırmaqdan çəkindirməsidir.
“Səbir” kəlməsi “sabəra”, “yasbiru”, “sabran” kimi çəkilir. Məsələn, “sabəra nəfsəhu” – özünü (nəfsini) qorudu. Allah-taala buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru)” (əl-Kəhf, 28).
Səbir saxlamaq, tutmaq, qorunmaq mənalarına gəlir. Səbr edən şəxsə Sabir deyilir. Bizdə Sabir xüsusi isim kimi, şəxs adı olaraq istifadə olunur. Ancaq əslində sabir-səbir edən şəxsə deyilir. Səbir mövzusu böyükdür. Xüsusi ilə islamda geniş anlamda ifadə olunur. Səbir haqqında Qurani Kərimdə çox ayələr və Allah Rəsulundan gələn çox hədislər vardır. Hətta bunu xüsusi qeyd edim ki, Allahın adlarından biri də Sabir – səbr edən deməkdir.
Bir kimsəni həbs edərkən “sabərtu fulənən” (filankəsi həbs etdim) və kimisə səbir etməyə həvəsləndirərkən “sabbərtuhu” (onu səbrə həvəsləndirdim) deyilir. Hədislərin birində buyurulur: “Kim müsəlmanın malını qopararaq həbs etmək (almaq) üçün (yalan yerə) and içərsə, qiyamət günü Allahla görüşə gəldikdə, Allahın ondan üz çevirdiyini görər” (əl-Buxari, 6676; Müslim, 138, 220. Ləfz Müslimindir). And içməklə bağlı digər hədisdə də: “Başqalarının and içmələri üçün həbs edildikləri yerdə onu həbs etmə!” – deyə buyurulur.
Səbr haqqında Qurani Kərimdə olan ayələrədn bir neçəsini qeyd edirik:
“Səbr et! Həqiqətən də Allah təala yaxşıların mükafatını zay etməz” (yəni yaxşılıqlarının əvəzini verər). Hud surəsi 115-ci ayə.
“Səbr et! (Səbrli ol!). Sənin səbrin ancaq Allahın köməyi ilədir…” (Nəhl surəsi 127).
“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru)…” (Kəhf surəsi 28).
“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!” (Zümər surəsi 10).
“(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)” (Mömin surəsi 55).
“(Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. Ya onlara vəd etdiyimizin (əzabın) bir qismini (diri ikən) sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar!)” (Mömin surəsi 77).
“Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!” (Şura 33).
“(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!” (Tur surəsi 48).

Əkrəm Həsənov.

Quranı ilk dəfə dilimizə çevirən Azərbaycanlı.

Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi (Şəkili)
Azərbaycanın böyük islam alimi Məmməd Həsən Mövlazadə, həmçinin Qurani Kərimi Azərbaycan dilinə tərcümə edən ilk Azərbaycanlı dini alimdir. Bundan əlavə, o Qurani Kərim üzrə izahlı lüğətin müəllifidir.
Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır.
1893-cü ildə Tiflisdə yerləşən “Müsəlman dini məktəbi”ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır. Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır.

Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi

Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir.

Şeyxülislam M.Mövlazadə İraqa, İrana və Səudiyyə Ərəbistanına səfərlər edərək, biliyini daha da təklimlləşdirib. Dərin biliyə malik olan Hacı Məmmədhəsən Tiflisdə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarə heyətinin üzvü seçilib. Bundan sonra o, bir sıra ali ruhani vəzifələrində işləyib. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən 1909-cü ilədək (Şeyxülislam Əhdüssəlam Axundzadənin vəfatından sonra) şeyxülislam əvəzçisi olub.

1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir.
1908-ci ildə Məhəmməd Həsən Mövlazadə Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam seçilir.
1908-ci ildə Məhəmməd Həsən Movlazadənin “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı kitabı çap olunur. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini vermişdir. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr olunur .
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 1932-ci ildə vəfat etmişdir.

Məzhəblərlə bağlı qısa qeyd

Məzhəblə bağlı qısa qeyd

Əziz dostlar, dinlə bağlı bilməyimiz vacib olan mühüm bir məsələni dəqqətinizə çatdırmaq istərdim. Çünki, dinimiz bizim əsas yaradılış qayəmizdir və bütün dünya və axirət işlərimiz dinimiz sayəsində tənzimlənir. Bu səbəblə dinlə bağlı bəzi məsələləri bilmək vacibdir.
Əvvəlcə bunu bilin ki, çox incə bir detalı nəzərinizə çatdırıram və bunu daima yadınızda saxlayıb bir qayda olaraq əzbərləməyi və çevrənizə bildirməyi tövsiyə edirəm. Şəriət Quran və Hədisdir. Uluhiyyətdən (ilahi qüvvədən, Allahdan) gələn hökmlərdir. Bu səbəblə bütün insanlar bu hökmlərə tabe olub, olmamağın nəticələri ilə qarşılaşacaqlar.
Şəriət, Allahın və daha sonra Rəsulunun buyruqlarından ibarətdir. Yəni yuxarıda da qeyd etdiyimiz kimi şəriət Quran və Hədisdən ibarətdir. Bunun xaricindəki rəylər, görüşlər, fikirlər, sözlər bəşərə məxsus olan qeydlərdir. İlahi hökmlərin bəşərə görə yorumlanması, izah edilməsidir.
Belə ki, bəşəri yorumlar, izahlar, fikirlər, rəylər ilahi hökmləri ehtiva etməz, yəni tabe olmaq məcburiyyəti gətirməz. Bu hissə çox incə bir nöqtədir.
Bu nöqtənin çox yaxşı anlaşılması lazımdır. Uluhiyyətdən gəlməyən hökmlər mütləq bəşəriyyətdəndir. Yəni, tərkibiyyətdəndir.
Əgər şəxs deyirsə ki, “mən Nəbiyəm” (“mən Peyğəmbərəm”), onun hökmü ilə əməl edilər. Amma Nəbi (Peyğəmbər) deyilsə, yəni Allahın elçisi deyilsə (yaxud da yalançı Peyğəmbərdirsə) Allahın hökmlərini bildirmir. Tərkibin meydana gətirdiyi hökmləri bildirir. Belə halda ona tabe olmaq fərz deyildir, lazımlı deyildir. Amma sən o hökmlərdə səni ilahi səadətə çatdırmağa aparan bir məna tapa bilirsənsə, tabe ola bilərsən. Tapa bilmirsənsə tabe olmaya bilərsən və bundan da məsul deyilsən.
Məhz bu səbəbdəndir ki, öldükdən sonra heç kim məzhəbindən və təriqətindən sorğu-sual olunmayacaq. Məzhəb və ya təriqət deyə bir şey keçərli olmayacaq. Ancaq və ancaq ilahi hökmlərə tabe olub, olmamağının nəticələri ilə qarşılaşacaqsan.
Bu bizə həm də təəsübkeşliyin mənasız, boş, əsli olmayan bir anlayış olduğunu göstərir.
Əkrəm Ekrem Həsənov
Bunu 19 Noyabr 2015-ci ildə status kimi yazmışdım. Bu statusla razılaşmaya bilərsiz. Ümumən yazmışam.Məzhəblə bağlı qısa qeyd

Əziz dostlar, dinlə bağlı bilməyimiz vacib olan mühüm bir məsələni dəqqətinizə çatdırmaq istərdim. Çünki, dinimiz bizim əsas yaradılış qayəmizdir və bütün dünya və axirət işlərimiz dinimiz sayəsində tənzimlənir. Bu səbəblə dinlə bağlı bəzi məsələləri bilmək vacibdir.
Əvvəlcə bunu bilin ki, çox incə bir detalı nəzərinizə çatdırıram və bunu daima yadınızda saxlayıb bir qayda olaraq əzbərləməyi və çevrənizə bildirməyi tövsiyə edirəm. Şəriət Quran və Hədisdir. Uluhiyyətdən (ilahi qüvvədən, Allahdan) gələn hökmlərdir. Bu səbəblə bütün insanlar bu hökmlərə tabe olub, olmamağın nəticələri ilə qarşılaşacaqlar.
Şəriət, Allahın və daha sonra Rəsulunun buyruqlarından ibarətdir. Yəni yuxarıda da qeyd etdiyimiz kimi şəriət Quran və Hədisdən ibarətdir. Bunun xaricindəki rəylər, görüşlər, fikirlər, sözlər bəşərə məxsus olan qeydlərdir. İlahi hökmlərin bəşərə görə yorumlanması, izah edilməsidir.
Belə ki, bəşəri yorumlar, izahlar, fikirlər, rəylər ilahi hökmləri ehtiva etməz, yəni tabe olmaq məcburiyyəti gətirməz. Bu hissə çox incə bir nöqtədir.
Bu nöqtənin çox yaxşı anlaşılması lazımdır. Uluhiyyətdən gəlməyən hökmlər mütləq bəşəriyyətdəndir. Yəni, tərkibiyyətdəndir.
Əgər şəxs deyirsə ki, “mən Nəbiyəm” (“mən Peyğəmbərəm”), onun hökmü ilə əməl edilər. Amma Nəbi (Peyğəmbər) deyilsə, yəni Allahın elçisi deyilsə (yaxud da yalançı Peyğəmbərdirsə) Allahın hökmlərini bildirmir. Tərkibin meydana gətirdiyi hökmləri bildirir. Belə halda ona tabe olmaq fərz deyildir, lazımlı deyildir. Amma sən o hökmlərdə səni ilahi səadətə çatdırmağa aparan bir məna tapa bilirsənsə, tabe ola bilərsən. Tapa bilmirsənsə tabe olmaya bilərsən və bundan da məsul deyilsən.
Məhz bu səbəbdəndir ki, öldükdən sonra heç kim məzhəbindən və təriqətindən sorğu-sual olunmayacaq. Məzhəb və ya təriqət deyə bir şey keçərli olmayacaq. Ancaq və ancaq ilahi hökmlərə tabe olub, olmamağının nəticələri ilə qarşılaşacaqsan.
Bu bizə həm də təəsübkeşliyin mənasız, boş, əsli olmayan bir anlayış olduğunu göstərir.
Əkrəm Ekrem Həsənov
Bunu 19 Noyabr 2015-ci ildə status kimi yazmışdım. Bu statusla razılaşmaya bilərsiz. Ümumən yazmışam.

Xəvariclik və ya dövlət rəhbərinə qarşı çıxmaq

Təəccüb və heyrət qarşılığında edilən dua

Gəlin etiraf edək ki, biz insanlarda o qədər mənfiliklər var ki, biz istəsək mənfi cəhətlərimizi haradasa düzəldə bilər, yaxud da eləcə qalarıq və özümüzü haqlı olmadığımız halda haqlı hesab edə bilərik. Doğrudur, biz özümüzü haqlı hesab etdiyimizdən daha çox Allah yanında haqlı ola bilərik. Ancaq haqlı olduğumuz məsələdə başqaları bu haqqı bizə verməz. Belə halda isə özümüzü daha çox haqlı hesab edib qarşı tərəfə zülm etmiş olarıq. Bəzən isə biz özümüzü haqlı hesab edə bilərik, amma haqlı hesab etdiyimiz durumda Allah o məsələdə bizi haqlı bilməz. Bir sözlə özümüzü bir məsələdə haqlı və ya haqsız gördükdə həm yanıla bilərik, həm də doğru mövqedə ola bilərik. Bu səbəblə dinimizdə gözəl bir qayda vardır. Bu qaydanı alimlər belə açıqlayırlar ki, əgər səni özündə təəcübləndirən bir şey gördükdə nə etməlisən. Bu suala müasir ərəb islam alimlərindən biri olan əllamə Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) belə deyir: “Əgər insan öz malında təəcubləndirici bir şey görərsə onda belə desin:
“Mə şəə Allah la quvvətə illa billah”. Bunu Allah Rəsulu (ona və ailəsinə salam olsun) hədislərində bildirib. Bunu deməyimiz Qurani Kərimdə də bizə əmr olunub. Ancaq bizim çoxumuz buna əməl etmirik, məhəl qoymuruq.
Necə ki, iki Cənnət sahibinin qissəsində gəlmişdi ki, o vaxt o öz dostuna demişdi: “Bağına girdiyin zaman: Mə şəə Allah ləə quvvətə illə billəh (yəni Allah nə istəyir o olur, Allahdan başqa ayrı güc qüvvə yoxdur) deyərdin (əl-Kəhf 39). Bu möminin özündə və malında bir şey gördükdə deyilir.
Əgər başqa birində bir şey görərsə onda qoy belə desin: Bərəkallahu aleyhi, və ya ona oxşar sözlər.
(Yəni, Allah bu nemətləri sənin üçün bərəkətli etsin, ya başqa xeyirli dualar).

Əgər dünya işlərində təəcübləndirən bir şey görərsənsə onda belə deyirsən: Ləbbeykə innəl- eyşə eiyşul – əxirəti, yəni, Sənin qarşında olan həqiqi yaşayış axirət yaşayışıdır. Necə ki, Peyğəmbər (sələllahu aleyhi və səlləm) onu belə deyirdi, O deyərdi ki, mən Sənin qarşındayam, yəni Allahım, Sənin hüzuruna gəldim və Sənin itaətindəyəm və sonra deyərdi (innəl- eyşə eyşul əxirati. Heqiqətən yaşayış (yəni əsl yaşayış) Axirət yaşayışıdır.

Bu ona görədir ki, həqiqətən dünya yaşayışı müvəqqətidir, qısa müddətlidir və orada (dünyada) yaşayışında yoxdu, amma həqiqi yaşayış isə axirətdədir”. Bunu “Nur alə əd-Dərb”, səh. 623-dən tərcümə etdik. Əkrəm Həsənov, ilahiyatçı alim

Uşağa gözmuncuğu asmaq doğru deyil

Bizdə hələ bəzi xurafat adətlər qalıb. Uşağın üzərindən gözmuncuğu asmaq, qapılara nal, üzərlik, buynuzlar qoymaq və.s. Bütün bunlar bilgisizliyin nəticəsidir. Allah təala və Onun göndərdiyi Peyğəmbəri bu cür batil ideologiyaları qadağan edib.

Allah təala Qurani Kərimdə buyurur: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər” (Talaq, 3).

Məhəmməd peyğımbər (ona və ailəsinə salam olsun) buyurub ki, kim körpə uşağın üzərindən gözmuncuğu, balaca yazılmış dua kağızı və.s. asarsa Allah uşağı həmin əşyaya həvalə edər. Həmin əşyalar da uşaqları qoruya bilməz. Ancaq övlada qorunma üçün dualar etmək olar.

Qorunma üçün olan əşyalara münasibətdə cəmiyyətimizdə müxtəlif mövqeli insanları görmək mümkündür:

Onlardan bir qismi ümumiyyətlə gözdəymə, cin toxunması, sehr və s.kimi zərərləri ümumiyyətlə inkar etdiklərindən, buna qarşı qorunmağı da ağılsızlıq, xurafat, geridəqalmışlıq adlandırır;

Digərləri bu tip şərə inanır, lakin qorunarkən elmsiz şəkildə cahilliklə ondan-bundan eşitdiklərini tətbiq edir, nəticədə isə şirk, haram və bidət əməlləri etmiş olurlar. Necə deyərlər, qaş düzəltdiyi yerdə gözü də çıxarırlar;

Yalnız üçüncü qism öz ağlı və nəfsi ilə yox, məsələyə elmi prizmadan yanaşır, əməllərini düzgün əqidə üzərində qururlar. Məhz sonuncu ən salamat və düzgün olan mövqedə olan insanların seçdiyi yoldur.

Həsəd və paxıllıqdan uzaq duraq

Həsəd, paxıllıq başqa şeydir, bir də var sən baxırsan insanlara ki, onlarda nemətlər çoxdur. Ancaq sənin heç nəyin yoxdur. Bəzi alimlər deyirlər ki, sən bununla Allahın qədərinə qarşı çıxırsan. Çünki, Allah Adəmi yaradıb nemətlər verəndə İblis ona həsəd və paxıllıq etdi. Dedi ki, axı Sən niyə Adəmi yaratdın. Mən elə ondan əvvəl Sənə Ondan daha yaxşı ibadət və itaət edirdim. İblis Adəmə etdiyi həsədə və paxıllığa görə Allahın rəhmətindən qovuldu. İndi gələk bizə. Baxırıq ki, ay gidi dünya filankəsdə nə qədər mal-mülk var. Ama biz bu günü digərinə çox az qida ilə keçinirik. Biz gərək o neməti çox olana paxıllıq, həsəd etməyək. Bir işdə var ki, heç də hamı həsəd, paxıllıq etmir. Amma o neməti olan dərk etməlidir ki, Allah ruzini ona verir ki, o insanlar arasında bölsün. Allah təala Quranda buna işarə edib ki, bizim sizə vediyimiz ruzidən Allah yolunda xərcləyin. Yəni, imkanı olanlar öz ruzilərindən ehtiyacı olanlara versələr həsəd, paxıllıq da az olar. Bəlkə düz demirəm?