Son günlər qızlara yaxınlaşıb dinlərini sorğu edirlər.

kuceİnsanlar dini də şəxsiləşdirmək sevdasına düşüblər. Xüsusən xanımlara qarşı düşünə bilirsinizmi kimsə yaxınlaşıb sizin geyiminizə irad bildirsin. Birincisi belə bir halı mən görsəm həmin şəxsin elə günahkar olmasını özünə deyərəm. Çünki, sən əgər dinin təəssübkeşliyin çəkən bir adamsansa hansı inancla naməhrəm bir xanıma yaxınlaşıb geyimlə bağlı irad bildirirsən.

Bu yazının qalanını oxu »

İslam dəvətçiləri məsləhətləşməlidirlər

Mən də daxil olmaqla islam dəvətçilərinin xətalarından biri də digər islam dəvətçisi ilə məsləhətləşməmək, onunla danışmamaqdır. Belə ki, görülən iş nə olursa olsun müdirlərinə və həmin işlə bağlı olan digər cavabdeh şəxlərə, yaxud da çalışdığı işlə bağlı təcrübəsinə, elminə, rəyinə, fikrinə güvəndiyin həmin sahədə olan bir şəxslə məsləhətləşməkdir. Bu gün din adından danışan insanların çoxu dinlə bağlı məsələlərdən danışanda digər mütəxəssis olanlarla məsləhətləşmir. Öz rəyini digər insanların rəyindən üstün tutaraq təkəbbür sahibi olur. Belə vəziyyətdən Allaha sığınırıq.

Bu yazının qalanını oxu »

“Müasir cəmiyyətdə islam” kitabını yüklə

muasir-cemiyyetde-islam-2014Əziz həmvətənlərimiz! 2014-cü ildə hazırladığım və 2015-ci ilin əvvəli işıq üzü görən “Müasir cəmiyyətdə islam” kitabımı sizə hədiyyə edirəm. Kitab Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunmuşdur. 

Bu yazının qalanını oxu »

Kateqoriya:AXİRƏT, CƏNNƏT VƏ CƏHƏNNƏM, BATİL CƏRƏYANLAR, DUALAR, DİNLƏR TARİXİ, ELMİ AKADEMİK MƏQALƏ, EVLİLİK-AİLƏ-HALAL NİGAHLAR, FƏLSƏFƏ-KƏLAM-MƏNTİQ, FİQHİ MƏSƏLƏLƏR, HARAM AYLAR, HARAMLAR və GÜNAHLAR, HƏCC VƏ ÜMRƏ, KİTABLAR YÜKLƏ, MÜASİR NAĞILLAR KİTABINDAN, MÜSƏLMANLARIN PROBLEMLƏRİ, MƏNHƏC-METOD-QAYDA, OLMUŞ REAL HADİSƏLƏR, PARTİYALAR VƏ YENİ AZƏRBAYCAN PARTİYASI, PEYĞƏMBƏRLƏR VƏ SON PEYĞƏMBƏR, QADIN ALİMLƏR, QARABAĞ BİZİMDİR, QURAN VƏ SÜNNƏ, QURBAN VƏ RAMAZAN BAYRAMLARI, QİYAMƏT GÜNÜ HAQQINDA, SÜNNÜ-ŞİƏ MƏSƏLƏLƏRİ, SEHR-CADU-TİLİSİM-ƏMƏL-FEL, SUAL-CAVAB, SƏDƏQƏ-ZƏKAT-VERGİ-ÖŞÜR-XÜMS, SƏHABƏLƏR-ƏHLİ-BEYT-TABİUNLAR, SƏNƏT-MUSİQİ-İNCƏSƏNƏT, TÖVHİD, TÜRK -TÜRKÇÜLÜK-İSLAM, TELEVİZİYA KANALLARI ÜÇÜN, TƏNQİD-TƏHLİL-TƏRBİYƏ, VƏSİYYƏTLƏR-ÖYÜDLƏR-NƏSİHƏTLƏR, VƏTƏNİMİZ AZƏRBAYCAN, VİDEO DƏRSLƏR, XÜTBƏLƏRDƏN SEÇMƏLƏR, XƏLİFƏLƏR VƏ SƏHABƏLƏR, XƏSTƏLİKLƏR VƏ DƏRMANLARI, XƏVARİCLƏR-XARİCİLƏR-TƏKFİRÇİLƏR, ZƏLALƏTDƏN QORUYAN SƏBƏBLƏR, ZİNA-BATİL NİGAHLAR-SİĞƏ, ZİYARƏTLƏŞMƏK VƏ MÜSAFİRLİK, ŞER-HEYKAYƏ-POEZİYA-POEMA, ƏKRƏM HƏSƏNOV (İLAHİYYATÇI), ƏLYAZMA-XƏZİNƏMİZ, ƏQİDƏ-ETİQAD-İNANC, ƏRƏB-DİLİNİN TƏDRİSİ, ƏXLAQ-ƏDƏB-MƏDƏNİYYƏT, İBADƏTLƏR VƏ AYİNLƏR, İBRƏTLİ VƏ DÜŞÜNDÜRÜCÜ, İMANIN ƏSASLARI, İSLAM TARİXİ, İSLAM TİBBİ, İSLAMA DƏVƏT MƏSƏLƏLƏRİ. Etiketlər: , , , , , , , . Leave a Comment »

“İnşallah”, yoxsa “İn şa Allah”?

Əkrəm Həsənov (Ekrem Hesenov).Bir-iki il bundan əvvəl sosial şəbəkələrdə belə bir məlumat paylaşdılar ki, bizim dilimizdə işlənən “inşallah” sözünün yazılışı və deyilişi doğru deyil. İddia edildi ki, bu sözü ərəb dilində olduğu kimi ayrı-ayrı, yəni “in-şə-Allah” kimi ifadə etmək lazımdır. Açığı belə bir paylaşmaya rast gələndə mən etiraz etdim və bununla razılaşmadım. Çünki, bizim öz ədəbi dilimizin normaları vardır.

Bu yazının qalanını oxu »

“Salman əl-Farisinin erkən islam tarixində rolu” kitabı

Əziz oxucularımız! Sizlərə gənc alim Əkrəm Həsənovun yeni nəşr olunan “Salman əl-Farisinin erkən islam tarixində rolu” adlı elmi monoqrafiyasının, kitabının elektron formasını təqdim edirik. Müəlliflik hüquqlarının qorunması şərti ilə kitabı yükləyib faydalana bilərsiniz. Elmi əsərdən bütün şagirdlər, tələbələr, müəllimlər, magistrlər, aspirantlar, doktorantlar, müxtəlif araşdırmaçılar istifadə edib faydalana bilərlər. Kitabın bütün hüquqları qorunur və müəllifə aiddir. İstifadə zamanı müəllifə istinad etmək zəruridir. Kütləvi informasiya vasitələri hüquqlara riayət edərək kitabın elektron formasını müəlliflik hüuqunu qoruyaraq saytlarda yerləşdirə bilərlər. Hamı üçün faydalı olmasını arzu edirik. 

Bu yazının qalanını oxu »

Allah göydədir.

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Dəyərli müsəlmanlar! Hər birinizi uca Allahın ən gözəl salamı ilə salamlayıram. Bildiyiniz kimi son günlər insanlarda Allah inancı barəsində təhrif edilmiş fikirlər, inanclar, etiqadlar formalaşır. Bu inanclar müxtəlif fikirlərdən və sonradan təhrif edilmiş yeniliklərdən doğur. Bu inancın əsası da Allah barəsində olan inancdır.

Bu yazının qalanını oxu »

Açıq-saçıqlığa haqq qazandıran “ilahiyyatçı”

Bu yaxınlarda ANS televiziyasının “İncə Maraqlar” verlişində “ilahiyyatçı” kimi təqdim olunan bir şəxsdən aparıcı xanım geyim normalarına uyğun sual verib. Onun cavabı insanlar tərəfindən qınanılıb, cəmiyyət onun fikirlərini tənqid edib, çünki verlişdə açıq-aşkar səhvlərə yol verib. Maraqlı burasıdır ki, çox hallarda elə kanallar vardır ki, orada ancaq elmi dərəcəsi olmayan insanları ekspert kimi dəvət edirlər. Halbuki hər sahəyə aid elmi dərəcəsi olan insanlar olsa daha yaxşı olar. İslama görə və xüsusi ilə bizim ölkəmizin qanun-qaydalarına görə də televiziyaya hansısa sahədə mütəxəssis dəvət edəndə elə ziyalı dəvət olunmalıdır ki, məsələlərə münasibət göstərəndə bir prizmadan yanaşmasın. Efirlərə dini ekspert dəvət edəndə də belə kriteriyalara diqqət etmək olduqca vacibdir. Çünki, bildiyimiz kimi islam dini bütün məzhəbləri ilə bərabər tam və mükəmməl bir dindir. Xüsusi ilə kütləvi informasiya vasitələri bunu nəzərə alaraq islama bütün tərəfləri ilə baxan mütəxəssis dəvət etməlidirlər. Bəzi kanallar təəssüf edirik ki, bu kreiteriyalara riayət etmirlər.

Bu yazının qalanını oxu »

“FİTNƏLƏRİN FİQHİ” BARƏDƏ QAYDALAR VƏ TÖVSİYYƏLƏR

MƏDİNƏ ALİMLƏRİNDƏN OLAN ŞEYX SÜLEYMAN ƏR-RUHEYLİDƏN (Allah onu qorusun) “FİTNƏLƏRİN FİQHİ” BARƏDƏ QAYDALAR VƏ TÖVSİYYƏLƏR:

1) Fitnələrin fiqhindəndir ki, insan sünnəyə sarılsın və yeni çıxan (baş qarışdıran) məsələlərdən çəkinsin!

2) Həmçinin, fitnələrin fiqhindəndir ki, müsəlman dəlillərə qarşı çıxmasın və ya öz istədiyini dəlillərə uyğunlaşdırmağa çalışmasın!

Bu yazının qalanını oxu »

İnkar edilməz həqiqətlər…

  1- İmam Hüseynin zövcəsi- Həfsə bint Abdurrahmən (Əbubəkr əs-Siddiqin nəvəsidir)

Bu yazının qalanını oxu »

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əşyalarından dövrümüzə nəsə gəlib çatıbmı?

Müasir dövrümüzdə bəzi müsəlman ölkələrində insanlar Peyğəmbərin əşyaları, saçı, saqqalı, qılıncı və s. istifadə edəcəyi əşyaların saxlandığını iddia edirlər. Hətta elə ölkələr vardır ki, belə əşyalar iddia olunan yerləri ticarət mərkəzinə, turzim mərkəzinə çevirmiş və bundan maddi gəlir əldə edirlər. Bununla bağlı müasir islam alimlərinin fətvaları vardır. Bunlardan birini faydalı hesab etdiyimiz üçün paylaşırıq.

Bu yazının qalanını oxu »