Əkrəm Həsənov haqqında qısa açıqlama

Əkrəm Həsənov (Ekrem Hesenov).

Əkrəm Həsənov (Ekrem Hesenov).

Məni tanıyanlar bilirlər ki, mən 2000-ci ildən islami mövzularda blog yazarı kimi fəaliyyət göstərmişəm. Şagird vaxtlarımdan islam dinini sevib, onun dərinliyini tədqiq etmək arzu və istəyim olub. Əvvəlcə özüm haqqında sizə qısa məlumat vermək istəyirəm. Mən, Əkrəm Bəhram oğlu Həsənov 05 İyun 1979-cu ildə Qubadlı rayonunun Çaytumas kəndində dünyaya gəlmişəm. 1986-cı ildə həmin kənddə orta məktəbi birinci sinifinə getmişəm. Bu yazının qalanını oxu »

Qohumlarla əlaqə saxlamaq

İndi bir dəstə qohum əqrəbalarla qarşılaşdım. İndi qohumların bir-birindən üz çevirdiyi vaxtda, hərənin başı özünə qarışdığı bir vaxtda bu qohumlar bir-birlərindən möhkəm tutublar. Borcları olanda hamısı yığışıb birinin borcunu bağlayır.

Bu yazının qalanını oxu »

Səhabələr haqqında qısa açıqlama.

Səhabələr uca Allah yanında böyük hörmətə sahibdirlər. Əzəmətli fəzilətləri, üstünlükləri vardır. Çünki onlar Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) yanında olublar, onunla söhbət ediblər, ünsiyyət qurublar, vəhyin şahidi olublar. Bizə gələn islam dinini səhabələr Allah Rəsulundan səlləllahu aleyhi və səlləm öyrənərək bizə öyrədiblər. Səhabələr Allah Rəsulu səlləllahu aleyhi və səlləm ilə birlikdə cihad ediblər. Bu yazının qalanını oxu »

Qadınları döyməyə şəriətimiz necə baxır?

İnsan bir az gücə tabedir. Bəzən insan nəsihət edilmədikdə, nəsihət dinləmədikdə bir çox məsələlərədə həddi aşır. Xüsusi ilə zərif cinsin nümayəndələri olan qadınlar nəsihət edilməyə daha layiqdirlər. Onlar daha çox faydalı nəsihətlər dinləməli və öz ailələri ilə xoş keçinməyə çalışmalıdırlar. Bu gün bəzi müsəlman kişilər isə zərif cinsə qarşı nəsihətdən əvvəl kobud davranmağa çalışırlar.

Bu yazının qalanını oxu »

“Bacısının başını kəsməyi şeytan təlqin edib”

“Bu gün Avropa biz müsəlmanlara bir çox batil idelogiyalar gətirdi ki, bunu da əsasən filmləri ilə dinini yaşamayan müsəlmanlara öyrətdilər. Bu ideologiyalardan biri də haqsız yerə insanı öldürmək və bunu Allahın adından istifadə edərək yerinə yetirməkdir.”

AMEA-nın elmi işçisi, ilahiyyat üzrə fələsəfə doktoru Əkrəm Həsənov deyir ki, Allahın adı ilə insan öldürən qiyamət günü Allaha necə cavab verəcəyini düşünmədən, şeytana aldanaraq böyük günah işlədir:“Necə ki, ilk dəfə ölüm hadisəsi iki qardaş arasında baş verdi. Belə ki, ilk dəfə Allah tərəfindən nəziri, sədəqəsi qəbul olunmayan Qabil, Allah tərəfindən nəziri, sədəqəsi qəbul olunan Habili haqsız yerə öldürdü. Bununla Qabil öz nəfsinə və şeytana tabe olub ilk qətli törətdi. Beləliklə ondan sonra öldürənlərin hamısının günahından Qabilə də bir günah yazılır. Çünki, Qabil bir insan öldürmək kimi böyük bir günaha cığır açdı.”

Bu yazının qalanını oxu »

Müsəlman ailələrində filmə baxmaq problemdir?!

Müsəlman ölkələrində ailələr böyük problemlərlə qarşı-qarşıya qalıblar. Bu problemlərrin qaynağı müsəlmanların özləridirmi? Yoxsa bu problem avropadan qaynaqlanır. Əsas məsələ mövzunu öyrəndikdən sonra bilmək olar. Bu gün dünyanın bir çox yerlərində müsəlman ailələrinə böyük müsibətlər və bəlalar üz verir. Bu bəlalardan biri də avropa filmlərinin youtube kanallarında yerləşdirilməsidir. Bu yazının qalanını oxu »

Aşura gününü tətil elan etmək dinimizdə yoxdur.

Artıq Məhərrəm ayındayıq. Bu ay haram aylardan biridir. Allah təala bu haram ayı bizim üçün xeyirli-bərəkətli etsin. Amin! İbn əl-Cövzi (Allah ona rəhmət etsin) buyurur: Allah sənə rəhm etsin, ey mənim qardaşım, bil ki, həqiqətən də Məhərrəm ayı ən qiymətli, ən hörmətli aylardan biridir. O ay ona görə Məhərrəm (Haram ay) adlandırılıb ki, bu ayda döyüşmək (dava etmək, müharibə etmək) qəti olaraq haramdır (ət-Təbsirat 2/6).

Bu yazının qalanını oxu »

Günahından asılı olmayaraq sən öldürməyəcəksən

Bu gün Avropa  biz müsəlmanlara bir çox batil idelogiyalar gətirdi ki, bunu da əsasən filmləri ilə dinini yaşamayan müsəlmanlara öyrətdilər. Bu ideologiyalardan biri də haqsız yerə insanı öldürmək və bunu Allahın adından istifadə edərək yerinə yetirməkdir. Bu yazının qalanını oxu »

Başa sarıq bağlamaq

Mən Məkkədə olanda ərəb kişilərinin başına bağladığı uzun yaylıqdan almışdım. Hərdən onu namaz qılanda bağlayırdım və rahatlıq tapırdım. İnanın ki, başa elə nəsə bağlayıb namaz qılanda insanda vəsvəsə azalır, iman artır. Bunu təcrübədən keçirənlər bilirlər.

Bu yazının qalanını oxu »

Sələfi sözünün mənası haqqında qısa açıqlama

Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Lakin “sələf” terminindən (ləfzindən) söhbət getdiyində, bundan məqsəd səhabələr, onlara tabe olanlar və onlara tabe olanlardan ibarət “ilk üç şərəfli nəsil”.

Bu yazının qalanını oxu »