İŞİD-i müdafiə edənlərin fikirlərindən özünüzü qoruyun!

Hörmətli müsəlman dostlarımız. Bildiyiniz kimi bu gün sosial şəbəkələrdə bəzi istifadəçilər çıxıblar ki, onlar öz kimliklərini gizlədərək İŞİD-i müdafiə edəcək fikirlər yayırlar. Bu məsələni daha çox facebook istifadəçiləri bilirlər. Bu barədə bizə bir müsəlman dostumuz sizlərə bunu xatırladıb paylaşmamımızı xahiş etdi. Siz bildiyiniz kimi facebookda “İran Şeytan Respublikası” adlı bir qrup var. Həmin qrupda olan insanların bir çoxu İŞİD-i müdafiə edirlər. İŞİD-in mübarizəsini “cihad” hesab edirlər.

Bu yazının qalanını oxu »

Ərinə xəyanət edən qadını əvvəlcədən tanımaqmı lazımdır?!

İnsanlara mənəvi, dini, əxlaqi, Allahın kitabından, Allah Rəsulunun hədislərindən oxuduqda onlar qəlbən rahat olduqlarını etiraf edirlər. Bunu təcrübədən keçirənlər bunun necə böyük bir nemət olduğunu dərk edirlər. Bu gün cəmiyyətimizdə mənəvi məsələlərə xüsusi diqqət ayrılır, insanlar doğru islam dəvətçiləri sayəsində öz dinlərini öyrənib yaşayırlar. Amma buna baxmayaraq etiraf etməliyik ki, mənəvi boşluqlarımız daha çoxdur. Xüsusi ilə efirlərdə müxtəlif xəyanətlərdən bəhs edən mövzuların olması, xəyanəti öyrədəcək teleserialların verilməsi, cəmiyyətdə gənc ailələrin, xüsusi ilə daha tez bu telesriallara baxıb təsir altına düşən qadınların öz ərlərinə xəyanət etməsi son vaxtlar şiddətli artım göstərməyə başlayıb. Bununla bağlı çoxlu zənglər, mesajlar, şikayətlər bizə də gəlir. Bunun problem olaraq çarəsini həll etmək üçün cəmiyyətimiz maarifləndirici tədbirlər həyata keçirməlidir.

Bu yazının qalanını oxu »