“Müasir cəmiyyətdə islam” kitabını yüklə

muasir-cemiyyetde-islam-2014Əziz həmvətənlərimiz! 2014-cü ildə hazırladığım və 2015-ci ilin əvvəli işıq üzü görən “Müasir cəmiyyətdə islam” kitabımı sizə hədiyyə edirəm. Kitab Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunmuşdur. 

Bu yazının qalanını oxu »

Kateqoriya:AXİRƏT, CƏNNƏT VƏ CƏHƏNNƏM, BATİL CƏRƏYANLAR, DUALAR, DİNLƏR TARİXİ, ELMİ AKADEMİK MƏQALƏ, EVLİLİK-AİLƏ-HALAL NİGAHLAR, FƏLSƏFƏ-KƏLAM-MƏNTİQ, FİQHİ MƏSƏLƏLƏR, HARAM AYLAR, HARAMLAR və GÜNAHLAR, HƏCC VƏ ÜMRƏ, KİTABLAR YÜKLƏ, MÜASİR NAĞILLAR KİTABINDAN, MÜSƏLMANLARIN PROBLEMLƏRİ, MƏNHƏC-METOD-QAYDA, OLMUŞ REAL HADİSƏLƏR, PARTİYALAR VƏ YENİ AZƏRBAYCAN PARTİYASI, PEYĞƏMBƏRLƏR VƏ SON PEYĞƏMBƏR, QADIN ALİMLƏR, QARABAĞ BİZİMDİR, QURAN VƏ SÜNNƏ, QURBAN VƏ RAMAZAN BAYRAMLARI, QİYAMƏT GÜNÜ HAQQINDA, SÜNNÜ-ŞİƏ MƏSƏLƏLƏRİ, SEHR-CADU-TİLİSİM-ƏMƏL-FEL, SUAL-CAVAB, SƏDƏQƏ-ZƏKAT-VERGİ-ÖŞÜR-XÜMS, SƏHABƏLƏR-ƏHLİ-BEYT-TABİUNLAR, SƏNƏT-MUSİQİ-İNCƏSƏNƏT, TÖVHİD, TÜRK -TÜRKÇÜLÜK-İSLAM, TELEVİZİYA KANALLARI ÜÇÜN, TƏNQİD-TƏHLİL-TƏRBİYƏ, VƏSİYYƏTLƏR-ÖYÜDLƏR-NƏSİHƏTLƏR, VƏTƏNİMİZ AZƏRBAYCAN, VİDEO DƏRSLƏR, XÜTBƏLƏRDƏN SEÇMƏLƏR, XƏLİFƏLƏR VƏ SƏHABƏLƏR, XƏSTƏLİKLƏR VƏ DƏRMANLARI, XƏVARİCLƏR-XARİCİLƏR-TƏKFİRÇİLƏR, ZƏLALƏTDƏN QORUYAN SƏBƏBLƏR, ZİNA-BATİL NİGAHLAR-SİĞƏ, ZİYARƏTLƏŞMƏK VƏ MÜSAFİRLİK, ŞER-HEYKAYƏ-POEZİYA-POEMA, ƏKRƏM HƏSƏNOV (İLAHİYYATÇI), ƏLYAZMA-XƏZİNƏMİZ, ƏQİDƏ-ETİQAD-İNANC, ƏRƏB-DİLİNİN TƏDRİSİ, ƏXLAQ-ƏDƏB-MƏDƏNİYYƏT, İBADƏTLƏR VƏ AYİNLƏR, İBRƏTLİ VƏ DÜŞÜNDÜRÜCÜ, İMANIN ƏSASLARI, İSLAM TARİXİ, İSLAM TİBBİ, İSLAMA DƏVƏT MƏSƏLƏLƏRİ. Etiketlər: , , , , , , , . Leave a Comment »

Uşağı abort etmək çox böyük günahdır.

abortİslam dininə görə ana bətnində formalaşan uşağı əgər anada heç bir problem və xəstəlik yoxdursa götürmək haram sayılır. Çünki, bizə şəriətimizə uyğun xəbər verilib ki, evli cütlüklər əlaqədə olduqdan sonra əgər əvvəlcədən Allah təala onların qədərində övlad olmasını yazıbsa ilk dəfə uşaq formalaşmağa başlayır. Allah təala Qurani Kərimdə yaradılışı bizə xəbər verəndə bir çox ayələrdə insanın ilk dəfə nütfədən yaratmasını, sonra onu müdğəyə (ət parçasına) çevirməsini, sonra ələqəyə çevirməsini, daha sonra formalaşdıraraq ana bətnində insan surətində yaratmasını xəbər verib.

Bu yazının qalanını oxu »

Şəriət kəbini olmadan ailə qurduğun qadın sənə halaldırmı?

Bu gün gündəmə belə bir şəriət məsələsini çıxarıblar ki, rəsmi dövlət nigahı olduqdan sonra şəriət kəbinininə ehtiyac yoxdur. Çox təəssüf ki, bu şəriət əmrini də mollaların pul qazanması adı ilə aradan götürmək istəyirlər. Halbuki əgər bir şəri məsələdə Allah təalanın ayəsi, həmin məsələ barədə Allah Rəsulunun tətbiqatı və bütün dinlərlə yanaşı islamda da belə bir dini kəbinin mövcud olması indiyə qədər gəlib bizim dövrümüzə çatıbsa demək bunun əsaslı Allah əmri olmasına şübhəmiz olmamalıdır. Əlbəttə Allahın və sonra göndərdiyi Rəsulunun şəriətində olan əmrləri, şəriət məsələsini hansısa bir insan etməyə bilər, yaxud da kiməsə bunu məcbur etdirmək olar.

Bu yazının qalanını oxu »

Fahişəliyi leqallaşdırmaq bəlaların gəlməsinə səbəbdir

İndi fahişəliyi leqallaşdırmağa qədər cəmiyyət artıq nə deyəcəyini bilmədiyi bir acınacaqlı vəziyyətlə üz-üzə qalıb. İnsanlar bütün haramları başqa adla halallaşdırmaq və sonda böyük bir uçurumun kənarında olarkən qəflətən bəlaların gəlməsini qarşılayacaqları bir vəziyyətə düşüblər. Bu yazının qalanını oxu »

Qadınları döyməyə şəriətimiz necə baxır?

İnsan bir az gücə tabedir. Bəzən insan nəsihət edilmədikdə, nəsihət dinləmədikdə bir çox məsələlərədə həddi aşır. Xüsusi ilə zərif cinsin nümayəndələri olan qadınlar nəsihət edilməyə daha layiqdirlər. Onlar daha çox faydalı nəsihətlər dinləməli və öz ailələri ilə xoş keçinməyə çalışmalıdırlar. Bu gün bəzi müsəlman kişilər isə zərif cinsə qarşı nəsihətdən əvvəl kobud davranmağa çalışırlar.

Bu yazının qalanını oxu »

“Bacısının başını kəsməyi şeytan təlqin edib”

“Bu gün Avropa biz müsəlmanlara bir çox batil idelogiyalar gətirdi ki, bunu da əsasən filmləri ilə dinini yaşamayan müsəlmanlara öyrətdilər. Bu ideologiyalardan biri də haqsız yerə insanı öldürmək və bunu Allahın adından istifadə edərək yerinə yetirməkdir.”

AMEA-nın elmi işçisi, ilahiyyat üzrə fələsəfə doktoru Əkrəm Həsənov deyir ki, Allahın adı ilə insan öldürən qiyamət günü Allaha necə cavab verəcəyini düşünmədən, şeytana aldanaraq böyük günah işlədir:“Necə ki, ilk dəfə ölüm hadisəsi iki qardaş arasında baş verdi. Belə ki, ilk dəfə Allah tərəfindən nəziri, sədəqəsi qəbul olunmayan Qabil, Allah tərəfindən nəziri, sədəqəsi qəbul olunan Habili haqsız yerə öldürdü. Bununla Qabil öz nəfsinə və şeytana tabe olub ilk qətli törətdi. Beləliklə ondan sonra öldürənlərin hamısının günahından Qabilə də bir günah yazılır. Çünki, Qabil bir insan öldürmək kimi böyük bir günaha cığır açdı.”

Bu yazının qalanını oxu »

Müsəlman ailələrində filmə baxmaq problemdir?!

Müsəlman ölkələrində ailələr böyük problemlərlə qarşı-qarşıya qalıblar. Bu problemlərrin qaynağı müsəlmanların özləridirmi? Yoxsa bu problem avropadan qaynaqlanır. Əsas məsələ mövzunu öyrəndikdən sonra bilmək olar. Bu gün dünyanın bir çox yerlərində müsəlman ailələrinə böyük müsibətlər və bəlalar üz verir. Bu bəlalardan biri də avropa filmlərinin youtube kanallarında yerləşdirilməsidir. Bu yazının qalanını oxu »

Müvəqqəti nigah (siğə) haqqında ətraflı yazı

Rəhmli və Mərhəmətli Allahın adı ilə!

Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək haqq bir tə’lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və mö’min əshabələrinə Allahın salamı və salavatı olsun!

Ailə – müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının tərbiyəsinə görə mə’suliyyət hissi oyanır. Amma öz həyatını başqa insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən.

Bu yazının qalanını oxu »

İslamda qadın-kişi bərabərliyi var?

Cəmiyyətimizdə bəzən eşidirik ki, qadınların hüquqları pozulur. Qadınlar kişilərlə eyni hüquqlara sahib ola bilmirlər. Qadınların hüquqlarını müdafiə etmək mümkün olmur. Ancaq bu sözlər şablon kimi səslənən sözlər deyil. Həqiqətən də cəmiyyətdə qadınlara qarşı çox hallarda haqsızlıq olur. Düzdür, bəzən qadınlar həddən artıq çox hüquqlara sahib olmaq istəyirlər. Bu yazının qalanını oxu »