Dinimizə görə "YENİ İL" keçirmək olarmı?

Rəhman və Rəhim olan Allahın adı ilə..Həmd və tərif Ona məxsusdur..Allahın Salam və Salatı Sevgili Peyğəmbəri – Muhəmmədin, Onun Ailəsinin (Əhli-Beytinin), Səhabələrinin və Qiyamətə qədər bu yolla gedənlərin üzərinə olsun…

Bundan sonra…

Bizi MÜSƏLMAN OLARAQ yaradan Uca Allaha sonsuz həmdu-sənalar olsun…Çünki, müsəlman – olmaq şərəfdir/izzətdir/insanı insan edən ən böyük amildir…Bu nemət üçün Uca Allaha nə qədər şükr etsək, azdır…Neçə-neçə insan bu nemətə layiq olmadıqları halda, Uca Allah bizləri sevdi, seçdi, izzətə layiq gördü…İslamı özünə həyat prinsipi edən insan necədə xoşbəxt insandır…Bunu yalnız düşünənlər bilər…
Müsəlman olub, MÜSƏLMAN KİMİ YAŞAMAQ -bəzilərinin zənn etdiyi kimi- qaranlıq bir dünya yox, işıqlığa/aydınlığa aparan və sonu Cənnət olan bir yoldur…Müsəlman – hər an/istənilən vəziyyətdə Uca Allahın və Onun Rəsulunun (sallallahu aleyhi va Əlihi va səlləm) əmrlərinə uymalı, yasaqlarından çəkinməli, nəfsini bu əmr və yasaqlardan üstün tutaraq özünü aldatmamalıdır…Əsl İslam və müsəlmanlıq da, məhz budur…
Bu mühüm notları vurğulayaraq, günümüzdə ən məşhur məsələlərdən birinə toxunmaq istəyirik – YENİ İL…Miladi təqvim ilə, yeni ilin daxil olması və bu münasibətlə bayram keçirilməsi…Həqiqət budur ki, dünyanın böyük bir qismi bu bayramı böyük təm-təraqla qeyd edir…Bu qismə həmçinin ölkəmizi də, qatmaq olar…Bu halda BÖYÜK BİR SUAL yaranır:
– BELƏ BİR BAYRAMIN KEÇİRİLMƏSİNƏ HƏYAT QANUNUMUZUN/DİNİMİZİN MÜNASİBƏTİ NECƏDİR?..BU BAYRAMI KEÇİRMƏK, QEYD ETMƏK və s. OLARMI?..
..Təbii ki, MÜSƏLMAN bir kimsə hər bir etdiyi əməl öncəsi bunları düşünməlidir…Çünki, bəzən çox bəsit/əhəmiyyətsiz yanaşdığımız məsələlər DİNİMİZİ POZA və İMANIMIZI BÖYÜK TƏHLÜKƏ QARŞISINDA QOYA BİLƏR…(Allaha sığınırıq..)
Bunun üçün bu məsələni səbrlə, ətraflı şəkildə tətqiq etməyə böyük bir ehtiyyacın olduğunu düşünürük…
Uca Allah (Subhənəhu va Təalə) Öz mübarək kitabında buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَىٰ أَوْلِيَاءَ ۘ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
“…Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz…”(əl-Maidə 51)
İbn Kəsir və başqa təfsir alimləri bu ayədə “dost” deyərkən: Kafirlərin bütün söz və davranışlarını – adətlərini, bayramlarını və b. kimi əlamətlərini götürüb/qəbul edib, tətbiq etmək – olduğunu demişlər…
Bu haqda Qurani-Kərimdən çoxlu ayələr zikr etmək olar…Biz sadəcə birinə/ən əsasına toxunduq..(Ümumiyyətlə isə, bu haqda digər ayələr də, olduqca çoxdur..Bax: Casiyə 18; əl-Bəqərə 145; Furqan 72 və s.)
Allahın Rəsulu (sallallahu aleyhi va səlləm) buyurur:
 “…And olsun ki, sizdən öncəkilərin yoluna qarış-qarış uyacaqsınız…Hətta onlar hansı deşiyə soxulsalar, siz də, ora soxulacaqsınız…Səhabələr dedi: – Ey Allahın Rəsulu, Yahudi və Xristianları qəsd edirsiniz? Rəsul: “BAŞQA KİM OLACAQ Kİ?!” -deyə cavab verdi…”
(Buxari və Muslim)
Başqa bir hədisdə Allahın Rəsulu (sallallahu aleyhi va Əlihi va səlləm) buyurur:
“…Kim bir qövmə/tayfaya bənzəyərərsə, o da, onlardandır…”
(Əbu Davud – səhihdir)
Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) Mədinəyə gələrkən bir qrup insanın oynayıb-əyləndiklərini 2 günün olduğunu eşidir…” – Bu günlər nədir?” -deyə soruşduqda, onlar: “-Cahiliyyət dövründə bu 2 gündə oynayardıq..” – dedilər..Peyğəmbərimiz isə, buyurdu: “…ALLAH SİZƏ BUNLARDAN DAHA XEYİRLİ OLANLARINI VERDİ: QURBAN VƏ RAMAZAN BAYRAMLARI..”
(Əbu Davud – səhihdir)
Bu məqamda Həzrəti Ömərin (radıyallahu anhu) sözünü qeyd etməkdə böyük fayda var
“…ALLAHIN DÜŞMƏNLƏRİNİN BAYRAMLARINDAN ÇƏKİNİN!..”
(Beyhəqi, “əs-Sunən`ul-Kubra”)
Görüdüyümüz kimi, bu “bayram” haqda Quran və Sunnətdən/Şəriətdən nasslar/dəlillər sabitdir…Müsəlman şəxs yalnız itaət edərək, Allahdan qorxu və sevgisini büruzə verməlidir…Uca Allah belələri haqda buyurur:
قَدْ كَانَ لَكُمْ ءَايَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ
“…Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur…”
(Ali İmran 13)
..Dövr dəyişdikcə, bü cür məsələlər şaxələnərək əvvəllər olmayan digər məsələlərə yol açır…Buna görə də, biz yazılanlarla kifayətlənməyib, Allah və Rəsulunun tər-təmiz yolu ilə gedən Alimlərin bu məsələlər haqda sözlərini zikr edəcəyik…
Məsələni daha yaxşı anlamaq üçün ilk öncə, Bayram sözünün/termininin əsl mənasını nə olduğunu bilmək lazımdır…
Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) bayram termini haqda buyurur:
“…Buradakı açıqlamalardan anlaşıldığına görə “Bayram” termini “müəyyən bir zaman içində, dönüşlü bir şəkildə təkrarlanan, “hər kəsin üzünə açıq bir toplantı” mənasına gəlir…Bu dönüşlü təkrarlama ildən ilə ola biləcəyi kimi, həftədən həftəyə və ya aydan aya ola bilər…Bayram termini bu təməl mənadan başqa bir neçə mənada da anlaşıla bilər…Bu mənalardan biri “dönüşümlü şəkildə təkrarlanan gün” deməkdir…Ramazan bayramı və Cümə günü kimi… Bayramın bir digər mənası da müəyyən günlərdəki toplantıdır…Bu terminin başqa bir mənası da, bayram günlərində edilən ibadət və adətlərin cəmidir..”
(“İqtida`us Siratal Mustəqim li Muxalifətu Ashabul Cəhim ” 1-ci cild, 483-cü səh.)
Şeyxul-İslamın bu bayramlara qatılmaq haqqındakı sözlərinə diqqət yetirək:
“…Başqa bir tərəfdən kafirlərin bayramları mövzusunda bənzəməyin haramlığına dəlillər çoxdur…Məsələn: bunlardan biri Peyğəmbərimizin “kim bir qövmə bənzəməyə çalışarsa o da onlardandır” şəkilindəki əmri kimi… Bu hədis kafirlərə bənzəməyin mütləq mənada haram olmasını tələb edir…Başqa bir dəlil də, Peyğəmbərimizin “Müşriklərə müxalifət edin” şəklindəki əmridir…Bu cür dəlillər sayca çoxdur…Daha öncə bildirdiyimiz kimi, istər Quranda, istər Sunnətdə “qəzəbə düçar olmuşların” və “azmışların” yolları ilə getməyin haram olduğunu göstərən çox sayda dəlillər var…Heç şübhəsiz, kafirlərin bayramları onların “yollarının” bir hissəsidir…Müşriklərin bayram toplantıları həm görünüşdəki aldadıcı bənzərlik, həm şəhvət duyğusunu oxşama, həm də, batil xüsusiyyətlərini birlikdə özündə cəmləmişlər…Buna görə, istər bu toplantıların özü, istərsə də, onlara qatılmaq və ya tamaşaçı olmaq bu terminlə ifadə edilmişdir…Allah (Azzə va Cəl) bu mərasimlərə tamaşaçı olmayanları tərifləyir:
وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا
“..O kəslər ki, yalandan şahidlik etməz, lağ-lağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər…”
(Furqan 72)
(davam edir:) ..Tamaşaçı olmaq, ancaq görərək və ya iştirak edərək hadisə yerində olmağı ifadə edir…Daha da irəli gedərək tamaşaçı olmaqla kifayətlənməyib, bu cür mərasimlərə qatılmanın hökmü necə olar?..Bunu da siz düşünün…
…Peyğəmbərimiz Mədinəyə gəldiyi zaman yerli xalqın əylənərək qeyd etdiyi iki bayram gününün olduğunu gördü..Mədinəlilərə: “bu bayram gününü mənası nədir?” – deyə sual verincə onlardan “Biz cahiliyyə dövründə bu günlərdə əylənirdik” cavabını aldı…Mədinəlilərə belə buyurdu: “..Allah sizin iki əyləncə gününüzü, onlardan xeyirli olan bu iki günlə dəyişdirdi…Bu iki gün Qurban və Ramazan bayramı günləridir..”
(son hədis üçün bax: Əbu Davud: “Sunən”: 1-ci cild, səh.675. 1134-ci hədis hədis.)
(“İqtida`us Siratal Mustəqim li Muxalifətu Ashabul Cəhim”)
Bu cür şənliklərə içki, qadın-kişi qarışıqlığı, zina və zinaya aparan yolları da, qatmış olsaq, məsələnin şiddəti daha da, artar.. Sadalanan asiliklərə toxunmağa isə, ehtiyyac olmadığını düşünürük..
Kafirlərə bənzəməyin olduqca təhlükəli olması ilə bağlı Abdullah bin Amr bin əl As (radıyallahu anhumə) belə buyurur:
“…Kim kafirlərin ölkəsində bina tikərsə, onların novruzlarına və şənliklərinə qatılarsa və ölənə qədər onlara bənzəyərsə, qiyamət günü də onlarla bərabər beləcə həşr olunar(dirildilər)…”
(Beyhəqi, “əs Sunənul-Kubra” 7-ci cild, səh.105)
Şeyxul-İslam Əhməd İbni Teymiyyə (rahiməhullah) məsələni daha da, açaraq buyurur:
“Müsəlmanların onların bayramlarına aid olan şeylərdən hər hansı birində onlara nə yemək, nə geyim, nə od qalama, nə gündəlik bir adəti və ya ibadəti zay etmə yönündən bənzəmələri HALAL DEYİLDİR!..Bu məqsədlə ziyafət vermək, hədiyələşmək və bunları təmin edəcək alış-veriş, uşaqlar və bənzərlərinin bayram əyləncələri qurmalarına imkan vermək HALAL DEYİLDİR…Qısa olaraq, onların bayramlarına, onların etdikləri hər hansı bir simvolla qatılmaq müsəlmanlara halal deyildir…Əksinə, kafirlərin bayram günləri müsəlmanların nəzərində eynilə digər günlər kimidir…”
(“Məcmu əl-Fətava” 25-ci cild, səh.329)
Bayram mövzusunda nəinki qeyd etmək hətta qeyd edənə yardım etmək belə haramdır!..
Şeyxul-İslam İbni Teymiyyə bu haqda buyurur:
“…Bayramlarda onlara bənzəməyə çalışmayacağımız kimi, bu mövzuda onlara bənzəməyə çalışan bir müsəlmana da, yardım EDİLMƏZ!..Əksinə, bunu etməkdə ona mane olunur!..Kim -adətə müxalif olanlardan başqa-  kafirlərin bayramında bir məclis (qonaqlıq) təşkil etsə, onun dəvətinə CAVAB VERİLMƏZ…Müsəlmanlardan kim bu bayramlarda digər vaxtlardakı adətlərdə olmayan bir hədiyyə verərsə, xüsusilə də bu hədiyyə onlara bənzəməyə yardım edəcək cinsdəndirsə, bu hədiyyə qəbul edilməz!..Məsələn: ad günündə şam və bənzəri şeylər hədiyyə etmək və ya orucların sonundakı cümə axşamı günü yumurta, süd və qoyun hədiyyə etmək kimi…Eyni şəkildə bu bayramlarda, müsəlmanlardan birinə də, bu bayram münasibətilə, xüsusilə də, onlara bənzəməyə kömək edəcək bir hədiyyə verilməz…Bir müsəlman, müsəlmanların onlara bənzəmələrinə kömək edəcək yemək və geyim SATA BİLMƏZ!..Çünki, bunda bir pis əmələ yardım var…”
(“İqtida`us Siratal Mustəqim” 2-ci cild, səh.12)
…Kafirlərin bayramlarına qatılmaq (!) və bayramlarını keçirmək (!) haqda alimlərin daha sərt fətvaları var…Hətta, bu əmələ küfr belə deyən alimlər var…
Hənəfi Alimlərindən Aliyyul-Qari (rahiməhullah) belə dedi:
“…Novruz günü (həmç. digər cahiliyyət bayramlarına da, aiddir) məcusilərə (atəşpərəstlərə) YUMURTA hədiyyə etmək küfrdür…Çünki, bununla onların küfrünə və azmasına yardım etmiş və ya onlara novruz günü hədiyyə vermədə bənzəmiş olar…Bütün bunlardan – novruz günü bir Müsəlmana bir şey hədiyyə edərsə təkfir edilməyəcəyi mənası çıxa bilər.. lakin, yenə də, diqqətli olmaq lazımdır..Çünki, burada da bir bənzəmə vardır…Ancaq, novruz hədiyyəsi etmək qəsdi olmadan verərsə ittifaqla bu caizdir…”
(ətraflı bax: “Məcməun-Nəvazil”)
Şeyxul-İslam İbni Teymiyyə buyurur:
“…Bayramlar dinləri və şəriətləri bir-birindən ayıran ən xüsusi günlərdir, dinlərin ən səciyyəvi simvollarıdır…Bayramlarda onlara (qeyri-müsəlmanlara) uymaq küfrün simvollarının ən səciyyəvisində onlara uymaq deməkdir..Bu məsələdə onlara tabe olmaq şərtləriylə birlikdə, nəticədə tamamən küfrə girməklə nəticələnə bilər (Allaha sığınırıq)…”
(“İqtida`us Siratal-Mustəqim” 1-ci cild, səh.528)
Alimlər həmçinin, Yeni il və dg. günlərdə bayramlaşmaq (“bayramın mübarək olsun” və s.) mövzusuna da, toxunublar…Bu haqda İbnul Qeyyim (rahiməhullah) buyurur:
“…Kafirləri onların öz simvolları münasibətilə təbrik etmək ittifaqla HARAMDIR…Bu – məsələn, onların bayramını təbrik etmək və: “..Bayramın mübarək olsun” və ya: “..Bu bayram mübarək olsun..” deməkdir…Bunu deyən adam küfrdən qurtulsa belə, haram qılınmış şeylərdən birini etmiş olar…Bu bir xristianı xaça səcdə etdiyi üçün təbrik etmək kimi bir şeydir…Hətta, bu Allah qatında, bir kimsəni şərab içməsi, adam öldürməsi, zina etməsi kimi böyük günahlara görə təbrik etməkdən DAHA PİS BİR DAVRANIŞDIR!..Dinə dəyər verməyən və bu davranışın pis olduğunu bilməyən bir çox adam bunun içinə düşər…Bir kimsəni üsyanına, bidətinə və ya küfrünə görə təbrik edən adam, mütləq Allahın qəzəbinə məruz qalar…”
(“Əhkəmu əhliz-Zimmə” 1-ci cild, səh.205)
..İnşəallah çalışmamızın faydalı olacağını ümid edərək, mükafatını Uca və Nöqsansız olan Allahu-Təalədən diləyirik…
Uca Allah faydalanıb/öyrənib, öyrədənlərdən razı olsun…
Uca Allah millətimizə hidayət verərək, bu cür pisliklərdən/haramlardan çəkindirsin…
Müvəffəqiyyət Allahdandır…
..Allahu-Təalənin Salam və Salatı Onun Peyğəmbəri Muhəmmədin, Onun Ailəsinin (Əhli-Beytinin), Səhabələrinin və Qiyamətə qədər bu yolla gedənlərin üzərinə olsun…
Hər şeyin daha doğrusunu Allah bilir…

 ________________________________
Ayxan Məmmədəlioğlu / dekabr 2010.

Yeni ildə islam mədəniyyəti

Ey müsəlman qardaşım! Allah təala bizə də, sənə də rəhm etsin! Amin! Bunu bil ki, Allahın mərhəmətinə nail olanlardan başqa müasir müsəlmanların təəssüf ki, uca dinimizin və Rəbbimizin dəyərli kitabı barədə qəflət içərisində olduqlarını, yol göstərən və müjdələyən Peyğəmbərimizin sünnətinə (yoluna) qarşı çıxdıqlarını görürük.

Onların şeytanın addımları ilə getdiyini, onun toruna düşdüklərini düşmənlərimiz olan yəhudi və xristianları həddən çox işlərdə təqlid etdiklərini, onlara bənzədiklərini, onların ardınca getdiklərini, dünya həyatının əyləncə və oyununa qaçdıqlarını, sonra Allahın kəlmələrini ucaltmağı tərk etməyi və Onun yolunda mübarizə aparmağı tərk etməklərini görürük. Bu səbəbdən də Allah təala onları zillətə və alçalmağa məruz qoydu, düşmənləri onlara qalib gəldi, hər tərəfdən onları əhatə etdi. Bu gün vətənimizdə məscidə, camaat namazına gələnlər azdır demirik. Gələnlər var, amma gəlməyənlər daha çoxdur. Bu gün bir çox məscidimiz bağlıdır. Məscidlə maraqlanan yoxdur. Məscidə gələn, namaz qılan müsəlmanlara böhtanlar, əziyyətlər, zülmlər, haqsızlıqlar edilir. İslam dininə cəmiyyətimizdə böyük sevgi və rəğbət var. Amma islam dini olduğu kimi təbliğ olunmur. İslam dininin həqiqi din olduğu, həqiqi bizim üçün böyük bir nemət olduğu, xoşbəxtçilik olduğu cəmiyyətimizə təqdim olunmur. Amma xristianların və yəhudilərin batil bayramlarına yüksək axın müşahidə olunur. Artıq bir neçə həftədir ki, vətənimizdə yeni ilin gəlişi kütləvi şəkildə qeyd olunur. Bu bir axındır. Burada sevinməyə dəyən nə var ki? Bu axın, bu sevinc kim üçün və nə üçün lazımdır? Əgər bu axına sevinən və müsbət reaksiya verən müsəlman cəmiyyətimiz məscidin tikintisinə, ibadətə, Allaha yönəlməyə, məscidə camaatla namaz qılmağa gəlsə duyduğu ləzzət və sevinc hissini milyonlarla il yaşasa belə onun 1 saniyəsini belə bu xristianların dəyişdirilmiş və batil şəklə salınmış bayramlarına həsr etməzdi. Dövlətimizin, xalqımızın, millətimizin  rəsmi dini islamdır. İslamı təbliğ üçün bu işdə bacarığı və səriştəsi olanları önə çəkmək, onları radio və televiziyaya dəvət etmək lazımdır. Bunun üçün bizim həm xaricdən oxuyub gələn mütəxəssislərimiz, həm də kifayət qədər yerli kadrlarımız var.
Azərbaycan 2009 cu ildə “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” adlı təntənəli ili arxada qoydu. Bu il ərzində bu münasibətlə böyük tədbirlər həyata keçirildi. Müxtəlif müzakirələr aparıldı. Təəssüf edirik ki, islam mədəniyyəti kimi bizim milli adət-ənənələrimiz, musiqilərimiz, incəsənətimiz, mədəniyyətimiz təbliğ olundu. Amma əsl islam mədəniyyəti haqqında konfranslar keçirilmədi. Bunun günahını mən kimdəsə və nədəsə axtarmıram. Bu bizim ümummilli günahımızdır. Burada fərdi olaraq bizim hər birimizin də üzərinə pay düşür. Çünki gərək biz bu işdə can ataydıq. Biz can atdıqmı? Yox. Elə isə heç kimi qınamağa haqqımız yoxdur. Bu sualları hər oxucu kimi siz də özünüzə verin. Özünüz-özünüzə sual verin: “Mən bir müsəlman vətəndaş olaraq bu işdə nə etdim?”. Bəlkə də bu sətirləri oxuyan müsəlman qardaşım, yaxud bacım bu cür işlərin mənasız bir iş olduğunu fikirləşə və dilinə gətirə bilər. Həqiqətdə isə biz müsəlmanlar bu cür bir ildən, fürsətdən istifadə edə bilərdik. Əlbəttə biz dövlətimizin və cəmiyyətimizin dinə və dindarlara münasibətinin dəyişməyini istəyirik. Əgər digər inkişaf etmiş ölkələrdə islam təbliğ olunur və yayılırsa burada da təbliğ olunur və yayılır. Digər ölkələrdə, xüsusən bəzi Avropa ölkələrində heç Azana qadağa qoyulmur, yaxud məscidlər bağlanmır. Amma bizdə məscidlər bağlanır. Azana qadağa qoyulur. Saqqalı olan müsəlmanı təhqir edir, onu bölməyə aparıb onu şərləyir, ona hər cür adlar qoşurlar. Biz danmırıq ki, islamın böyük düşmənləri var. Onlar çalışırlar ki, islam və müsəlmanlar terrorist kimi nümayiş olunsun. Bu cür dünyada göstərilsin. Amma islam dinində üzərinə qumbara bağlayıb özünü öldürmək haramdır. Bunu edən əbədi Cəhənnəmlikdir. Bu nəinki özünü intihar, həmdə özü ilə bərabər bir çox insanların ölməsi deməkdir. İslamda bu cür hallar yoxdur. Yaxud islamda meşədə qaçıb gizlənmək yoxdur. Bütün bunları cəmiyyətimizə təbliğ olunmalı, islamın sülh, əmin-amanlıq dini olması camaatımıza öyrədilməlidir. Bunun üçün müsbət addımlar atılır. Dövlətin də dini sahəyə güclü nəzarəti var. Biz hamılıqla bu işlərdə orta mövqe göstərib islam dininin necə bir mədəniyyət istədiyini əvvəlcə özümüzə, sonra yaxınlarımıza nümayiş etdirməliyik. Biz əsasən xristianların və yəhudilərin bayramlarına yox, öz islam dinimin bayramlarına bir müsəlman xalq kimi önəm və əhəmiyyət verməliyik. Bunun üçün islama aid hər il böyük konfranslar və tədbirlər həyata keçirilməlidir. İslam mədəniyyəti olduğu kimi təbliğ olunmalıdır.
Artıq cəmiyyətimizdə yeni ilin gəlişinə böyük hazırlıq gedir. Artıq keçən ildən bu ilə qədər aramızda olanlardan nə qədərini itirdik. Gələn ilə nə üçün sevindiyimizin fərqində olmalıyıq. Keçən ilin hesabatını aparmalıyıq. Əslində unutmayaq ki, gələn yeni ili sevinclə qarşılamaq aldanmaqdır. Biz qorxu və ümidlə qarşılamalıyıq. Deyib-gülmək, yeyib-içməklə yeni ili qarşılamaq dinlərini və adətlərini, Allahın əmrlərini unudan və öz kefinə görə dini dəyişən xristianların və yəhudilərin addımlarını izləməkdir ki, Allahın rəsulu belə demişdir: “Şübhəniz olmasın ki, həqiqətən də siz sizdən əvvəlkilərin yollarını eyni ilə gedəcəksiniz. Hətta onlar bir kərtənkələ yuvasına girsə belə, sizdə o yuvaya girəcəksiniz”. Dedilər ki, “Ya Rəsulullah! Onlar yəhudilər və xristianlardırmı? Buyurdu ki: “Bəs mən kimlərdən danışıram?”. Yəni sizdən əvvəlkilər yəhudilər və xristianlardır ki, bu gün müsəlmanlar onların bayramını yüksək səviyyədə qeyd edir, onlar kimi yeni ili haramla, şənlənməklə keçirir, keçən ilin hesabatını isə aparmır. Ümumiyyətlə bu bir həqiqətdir ki, cəmiyyətimiz xristianların və yəhudilərin adətlərinə meyl edərkən bunun hansı təhlükə gətirəcəyindən xəbərsizdirlər. Ona görə də onlara deyəndə ki, yeni ili keçirmək düzgün deyil özlərinə uyğun haqlı cavablar uydururlar. Əlbəttə onların cavabları öz nəfslərindən gəlir. Yəni onlar heç bir elmi əsasa söykənmədən narazılıq bildirirlər. Öz həva və istəklərinə uyğun şəkildə cavab verirlər. Çünki onlar Quran oxumur, Allahın rəsulunun hədislərini eşitmir, Allahın bizdən nə istədiyini bilmirlər. Sadəcə onların istəklərinə uyğun olduğu üçün, zövq aldıqları üçün bu cür bayramlara böyük əhəmiyyət verirlər. Halbuki Allah təala da onlar haqqında buyurur ki, həqiqətən də onlar Kitab oxumur və öz istəklərinə uyğun danışırlar. Yeni ili qeyd etməkdə ayıb nə var ki? Burada islama zidd nə var ki? Nəyə görə biz yeni ili qeyd etməməliyik? Biz nə edirik ki? Hamı kimi evdə oturub yemək bişirir və şənlik edirik. İçki içmirik, günah etmirik. Xeyr belə deyil. Axı bu cür deyənlər düzgün fikirləşmirlər. İnsan əvvəlcə yeni ili qeyd edir, ili yəhudilər və xristianlar kimi qarşılayır, sonra onlardan gələn hər şeyə meyl edir və tədricən əqidələrini və dinlərini də dəyişirlər. Bunun getmə prosesini hiss etmirlər. Artıq onda ayılırlar ki, müsibətlə üz-üzə qalıblar, Allaha dua edirlər, duaları qəbul olunmur. Çətinliyə düşürlər və anlamırlar ki, nəyə görə heç bir işdə uğur qazana bilmirlər. Xəstəliklər onları tapır, sonra öz-özlərinə də sual versələr bəlaların onlara nəyə görə gəldiyini özləri də tapa bilmirlər. Ona görə də ibrətlə fikirləşəndə yeni ili əslində deyib-gülməklə və çalıb oynamaqla yox, köhnə ilin hesabatını aparmaqla və gələn ilə Allaha bağlanmaqla və günah, xoşagəlməz əməllərə son qoymaqla başlamaq lazımdır. Bu cür addımla biz oxuyub öyrənə-öyrənə islam mədəniyyətinə qədəm qoya bilərik. Allah bizi bağışlasın. Amin! Allah təala bizi bütün fitnə-fəsadlardan qorusun. Amin!

2010-cu ildə yazdığım məqalədir…
Əkrəm Həsənov (İlahiyyatçı)

Kimlər nədən danışır..?!

Qadağandır oyadasan yatanı,

Din xadimi ediblər şərlatanı,

Bu millətin hətta şərab satanı,
Arsız-arsız şəriətdən danışır.

Adətidir zərər versin dininə,

Cihad üçün yoldaş gəzir özünə,

Oturaraq monitorun önünə,

Facebookda cəsarətdən danışır.

Fitnə törətməkdir onun hərisi,

Soyulmalı beləsinin dərisi,

Əqidəsi bilinməyən birisi,

Niqab altdan Şəhadətdən danışır.

Pişiyi Ev Əhli görür birisi,

Uçan fili, uzunqulaq ravisi,

Əsla yoxdu din ilə əlaqəsi,

O “Animal Planetdən” danışır.

Coşduraraq Səhabəyə nifrətin,

Yeyir beynin bu savadsız millətin,

Ötüb keçən bir ümmətin söhbətin,

Şişirdərək xilafətdən danışır.

Axirətdə yaşanacaq zor anın,

Çıxar üzə içindəki yalanın,

İman edən təhrifinə Quranın,

Qəhərlənib imamətdən danışır.

Gecəsini qataraq gündüzünə,

Murid gəzir Murşid “məllim” özünə,

Fırlanaraq uçur göyün üzünə,

Ayılanda kəramətdən danışır.

Haram olan puldan çıxır çörəyi,

İbadətə yoxdur onun gərəyi,

Əməl nədir..? Təmiz olsun ürəyi,

İbadətsiz ibadətdən danışır.

Mərifətdə özünü çox öydürən,

Qeyrətini şeytana baş əydirən,

Məktəbli qızlara mini geydirən,

Efirlərdə ləyaqətdən danışır.

Xəbərdardır bundan, artıq bilənlər,

Məscidul Hərama gedib gələnlər,

“Həcc” eliyib günahların silənlər,

“Səfərdəki” ticarətdən danışır.

Çalış düzgün nişanlansın hədəfin,

Xeyir yoxdur sözlərində xələfin.

Mənhəcinə uy həmişə Sələfin,

Onlar Quran və Sünnətdən danışır.

[ sheyx shamil abdul-jaleel ]
22 December 2O11

Nədir səni ağladan?

AsSalamu alaikum waRahmatuLLahi waBarakatu
Nədir səni ağladan?
 
Muhəmməd (səllallahu aleyhi və səlləm): “Qiyamət günü heç bir kölgə olmadığı zaman yeddi sinif insanı Allah TəalaƏrşin kölgəsi altında kölgələndirəcək. Onlardan biri dəAllahı təklikdə zikr edib göz yaşı axıdan kimsədir.”(Buxari)
 
Nədir səni ağladan?
Göz yaşın yağış-leysan,
O damlalar dəyərmi?
Düşün bir dəqiqə, dayan…
 
Bəlkə ağlayırsan,
Dünya qalmaqalından,
Pisliyin qələbəsindən,
Narazısan  dövrandan?
 
Nədir səni ağladan?
Gələcək? Gün-güzəran?
Yoxsulluq, kasıbçılıq…
Bezmisən qayğılardan?
 
Bəlkə də yorulmusan,
Artan bahaçılıqdan,
Vaxtında verilməyən
O cüzi  pensiyadan?
 
Nədir səni ağladan?
Geyimindəki nöqsan,
Yoxsa səbəb qüssənə
Pis qiymətli  imtahan?
 
Yainki qovuşmadan,
Ayrılmısan yarından?
Uzun-uzun qurduğun
Nakam arzularından…
 
Ya göz yaşı axıdırsan,
Qəfil gələn sondan,
Ölüm uzaqmı saldı,
Sevdiyin doğmalardan?
 
Nədir səni ağladan,
Kədər içində boğan,
Bəlkə həzin musiqi
Arxa fonda çalınan?
 
Yoxsa ki, ağlayırsan
Baxdığın tamaşadan,
Təsirlənib aktyorun
Sentimental rolundan?
 
Ya islanıb  yağışdan,
O canını tapşıran,
Bapbalaca küçüyün
Halına acıyırsan?
 
Nədir səni ağladan?
Düşün bir dəqiqə, dayan…
Bəsdir qəflətə uydun,
Silkələn, haydı, oyan!
 
Ey Adəm oğlu, insan…
Bu dünyanı yaradan,
Tək Xaliqin önündə,
Nə az ağlayırsan?!
 
Əgər Allahı  ansan,
Layiqincə tanısan,
əzəmət önündə
Halından utanarsan.
 
Axıtdığın yaşlardan,
Onların puçluğundan.
Fani  olana möhkəm
Bağlanma sən, həyalan.
 
 Ehtiraslarına uyan,
Həvanı ilahlaşdıran,
İki dünyada da bil ki,
Xar olar, həm uduzan.
 
Məgər  əlacsızmısan?
Bəyətənha qalmısan?
Rəbbin daim səninlə,
Neçin  unudursan?
 
Allahdan  nazil olan,
Möcüzə Kəlam- Quran
Dəva olar dərdinə,
Düşünərək oxusan.
 
Ətrafına bir boylan,
Bu yer, bu göy, bu ümman…
Şükr etməkçün  səbəbdir,
Hər neməəta olan.
 
 Dinlə… Oxunur azan.
Hər azan yeni başdan,
Möhlətdir  təmizliyə,
Pay götür o avazdan.
 
Allahın hüzurundan,
İlahi sığınacaqdan,
Daha səlim yer hanı?
DOST görüşünə yollan.
 
Bu görüşdə yox üsyan,
Qürrə eyləməz tüğyan,
Təslim olar nəfs Rəbbə,
Utanar cılızlığından…
 
“MƏN”inin ovsunundan,
O sərtləşib, daşlaşan,
Qəlblər həlimləşər,
Qurtular öz torundan.
 
 
 
 
 Əgər ağlayacaqsan,
Ağla, bax, elə o an…
Ruhun təmizlənsin,
Axan göz yaşlarından.
 
Əgər ağlayacaqsan,
Ağla günahlarından,
Sığınaraq Rəbbinə,
Cəhənnəm alovundan.
 
Əgər ağlayacaqsan,
Çətin olan imtahan
Gözləyir səni. Ağla ,
Qiyamət sorğusundan.
 
Əgər ağlayacaqsan,
Səfil qayğısızlığından,
Daha layiq  qüssənə
Hədər etdiyin zaman.
 
Əgər ağlayacaqsan,
Ağla, sən, ey müsəlman,
Qardaşının halına,
Zülmə məruz qalan.
 
Əgər ağlayacaqsan,
Təmtəraq caynağından,
Qaça bilmədin, ağla,
Şan-şöhrət batağından.
 
Əgər ağlayacaqsan,
Dilinin bəlasından,
Qəhərlən için-için,
Kimlərə vurdun ziyan…
 
Əgər ağlayacaqsan,
Ağla arxayınlığından,
Miskinlə bölüşmədən,
Nuş etdiyin loxmadan.
 
Əgər ağlayacaqsan,
Ağla, eylə sən tufan,
Mala, daşa, insana,
İlahtək bağlılıqdan.
 
Əgər ağlayacaqsan,
Süzülsün damlalardan,
Hər naqis ibadətin,
Xilas ol, səhlənkarlıqdan.
 
Əgər ağlayacaqsan,
Xeyir yarışından
Arxaya qaldın, ağla
Əzm göstər, savab qazan.
 
… Dinlə, oxunur azan …
Hər azan yeni başdan,
Fürsətdir təmizliyə,
DOST görüşünə yollan.
Əgər ağlayacaqsan,
Ağla, bax, elə o an…


UmmAbdulAziz

Əziz bacılarımız! Hicab həyadır!

Qamet Suleymanov ” Islam bizə nəyi öyrədir”

Düşündürücü Kəlamlar

1. Hər kəs qapını döyməyə davam edərsə qapını ona açarlar.
2. Əməllərin dəyəri onların dəyəri onların məqsəd və dəyərləri ilə ölçülür.
3. Cəzaların ən dəhşətlisi, insanın  haqsız olmasını başa düşməyidir.

4. Düşünürəmsə deməli varam.
5. Qafil yaşamaqdansa gözəl kardır ölmək.
6. Mücahid odur ki, Allaha itaətdə nəfsinə cihad eləsin.
7. İşləyənlər pislik haqqında fikirləşməyə vaxt tapa bilməzlər, işləməyənlər isə özlərini pislikdən qurtara bilməzlər.
8. Ömrün bahar və qışında istini və soyuğu gərək duyasan. Çəmənlər yaz yağı ilə çimsədə tərinlə gərək torpağı yuyasan.
9. Sən toxum at get, kim həsəd edərsə etsin .
10. Özünə qəsd etmə, çünki, buna görə Allah səni tənbeh edəcəkdir.
11. Aldadan və xəyanət edənlər cəhənnəmdədir.

Toplayıb yazan: Əkrəm Həsənov
Kompyuter tərtibatçısı: Elsevər Şahbazov

Huseynin qetli Adil qardas

Allaha Dönün!

Ey insanlar! Siz bilirisnizmi necə də gözəldir Allaha güvənmək və bütün işlərdə Allahı özünə himayəçi bilmək! O uca Rəbbə sığınıb təvəkkül etmək! Bütün işlərinin, bütün həyatının Onun əlində olduğunu bilmək, başa düşmək, dərk etmək və bu həqiqətə yəqinliklə inanmaq! 

Məgər Allahdan başqa hakimlər hakimi varmı? Allah Subhanəhu və təala hakimlərin ən hakimidir. Hökm Ona məxsusdur. İcazəsi olmasa sənə ruzi gəlməz, hidayət tapa bilməzsən, rahat olmazsan. Sənin qəlbin Rəbbinin hökmü ilə mütmain, rahat, razı olsun. Allah təala sənə valideynin anandan belə rəhimlidir, şəfqətlidir. 
Ey Allaha iman edib, mömin olan insan! Sənin Allaha iman etməyinlə, Onu təsdiq etməyinlə hər bir şey sənin üçün xeyirdir. Ey mömin! Sənin bütün işlərin, həyatın, yaşayışın, başına gələn bütün işlər hamısı həqiqətən də sənin üçün xeyirdir. Necə də gözəldir ki, az ilə kifayətlənirsən! Biz bir mömin olaraq bütün işlərimizdə Uca Rəbbimizə təvəkkül etmişik! 
Ey Rəbbimiz! Biz bütün işlərimizi Sənə həvalə edib, Sənə təvəkkül edib, Sənə yönəlib, Sənə qayıdıb, Sənə arxalanmışıq! Ey Rəbbimiz! Bizim dönüşümüz, qayıdışımız da Sənədir! 
Əkrəm Həsənov (Allahın bağışlamasına möhtac olan bəndəsi)…

"..Tövbə elə.."

Çalış hər bir günaha tövbə elə,
Qoyma qalsın sabaha, tövbə elə.


Demə şeytan məni yoldan çıxarır,
Haqqa gəl bəsdi daha, tövbə elə.

İşdi gördün ki gəlir vəsvəsələr,

Tez tüpür sol cinaha tövbə elə.

Tövbə etsən səni Rəbbin qoruyar,

Nə gərək var izaha, tövbə elə..!

O İlah ki səni yoxdan yaradıb,

Sən də O tək İlaha tövbə elə.

Nə qədər ki sənə fürsət verilib,

Alnı qoy səcdəgaha tövbə elə.

Osman öz nəfsivə zülm etmə belə,

Haydı, güc gəl tamaha tövbə elə.

[ Imza – Osman Khalilov ]