Xəzinələr silsiləsindən üç böyük xəzinə-1

Bismilləh. Əl-həmdulillah. Allaha çox şükr, tərif, həmd olsun. Göndərdiyi bütün peyğəmbərlərə və özündən sonra peyğəmbər gəlməyən Muhammədə (səlləllahu aleyhi və səlləm) salam olsun. Hörmətli müsəlmanlar!

Sizə oxyub əldə etmək, həyatınıza tədbiq edib yaşamaq üçün bir çox xəzinləri təqdim edirəm. Bu xəzinələr bizə həqiqətən də uca Allah tərəfindən verilib və biz müsəlmanlar bu xəzinlərin qədrini bilməli, nəyin bahasına olursa olsun onları alıb əldə etməli, həyatımızda xərcləyib yaşamalıyıq. Əgər biz bu xəzinləri əldə etsək həqiqətən də Allah təalanın bizdən istədiyi və razı qaldığı zənginlərdən olarıq.
Bu xəzinləri sizlərin də diqqətinizə çatdırıram ki, bəlkə əldə edib həyatınız boyu faydalandınız.
Birinci xəzinə Ubadə bin Samitdən gəlir. Allah ondan razı olsun. Ubadə bin Samit (Allah ondan razı olsun) deyir: “Rəsulullahdan (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim mömin kişilər və mömin qadınlar üçün bağışlanma istəyərsə Allah təala hər bir mömin kişi və mömin qadının sayı qədər ona yaxşılıq yazar”.  Bu hədis Buxarinin, Səhih əl-Cami əsərində, 2026-cı hədisdir.
Bu hədisdə olan xəzinə bundan ibarətdir ki, biz bacardığımız qədər müsəlman qardaş və bacılarımız üçün bağışlanma istəməliyik. Ola bilər ki, biz insanıq, bizdə xəta olsun, amma digərimiz birimizdə olan xətanı düzəltməli, ən gözəl şəkildə nəsihət etməlidir. Belə olduqda qardaşlıq da möhkəmlənir. Ya da ola bilər ki, biz hansısa bir qardaşımızın haqqına girmiş olarıq, onda qardaşımız üçün bağışlanma istəməklə bəlkə də onun haqqını özünə qaytarmış oluruq. Ya da qardaşımızın biri bizim haqqımıza girib, yenə də onun üçün bağışlanma istəməklə onun haqqını qaytarmış oluruq. Biz bir müsəlman ümməti kimi birlikdə və möhkəm olmalıyıq.
İkinci xəzinə: Abdullah ibn Məsuddan gəlir. Allah ondan razı olsun. Amin! Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: Rəsulullah (səlləllahu aleyhi və səlləm) dedi: “Kim Allahın kitabındna bir hərf oxuyarsa onun üçün bir yaxşılıq yazılar. O yaxşılıq on misli ilə, əvəzi ilə onua verilər. Mən demirəm ki, Əlif, Ləm, Mim bir hərfdir. Əksinə Əlif bir hərf, Ləm bir hərf, Mim də bir hərfdir. Buxari, Səhih əl-Cami, 6469-cu hədis.
Bu xəzinə də böyük xəzinlərdən biridir. Biz Quranın hərflərini öyrənməli, müsəlman qardaş və bacılarımıza, övladlarımıza öyrətməli, bizdən sonra gələcək nəsilə çatdırmalıyıq. Belə etsək bizə saysız-hesabsız yaxşılıqlar yazılar.
Üçüncü xəzinə Əbu Hurüyrədən gəlir. Allah ondan razı olsun. Amin! Deyir ki, Rəsulullah (səlləllahu aleyhi və səlləm) dedi: “İki sadə, xəfif, asan kəlimə var. Onlar tərəzidə ağır gəlir, Rəhmana sevimli olan kəlimlərdir. Subhanallahi və bihəmdihi, Subhanallahil Azim. Bu hədisi isə Buxari və Müslim rəvayət ediblər. Hörmətli müsəlmanlar gəlin hamılıqla bu öyrəndiyimiz üç xəzinəni əldə edək, götürək, oxuyaq, yadda saxlayaq, əməl edək və digər insanları da bu xəzinədən paylayaq. Allah təala bizi bir birimizlə mehriban etsin. Amin!
Ardı var…
Əkrəm Həsənov (ilahiyyatçı)…

Ramazan ayı və Ramazan orucu.

Allaha həmd, şükür, təriflər olsun hər bir nemətinə görə, həmçinin onun ən böyük nemətlərindən olan bu mübarək Ramazan ayına görə. Biz artıq bu ayın içərisinə daxil oluruq. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh əməllərə yönəldir. Allahın rəsuluna, elçisinə və peyğəmbərlərin xatəmi Məhəmmədə, onun ailəsinə, səhabələrinə və onların yoluna gücləri çatan qədər tabe olanlara salam olsun. Amin!

İnşallah ümid edirik ki, yazıb hazırladığımız bu kiçik risalə bütün müsəlman bacı və qardaşlarımız üçün xeyirli və faydalı öyüd olar. Uca Allahdan faydalı olmasını istəyirik. Həmçnin istəyirik ki, müsəlman qardaş və bacılarımız dualarında bizi unutmasınlar. Allah təala hamımızı öz razılığına daxil eləsin. Amin!
Allah təala Qurani Kərimdə buyurur:
“- İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…”( əl-Bəqərə (İnək) surəsi, 185)
Allah təala Ramazan ayına bəzi xüsusiyyətlərini saya biləcəyimiz, həmçinin digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir;
1.     Oruc tutanın ağzının qoxusu Allah yanında müşk ətrindən daha xoşdur.
2.     Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər.
3.     Allah təala hər gün Cənnətini bəzəyər və belə buyurar: “Saleh qullarımın üzərlərindəki sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı”.
4.     Bu ay azğın şeytanlar zincirə vurulur, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.
5.     Bu ayda bu aydan da xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar.
6.     Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.
Belə xüsusi fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı; səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək keçirər. Allah təaladan istəyirik ki, bizə kömək eləsin ki, Özünün razı olduğu kimi Ona şükür edək, Onu zikr edək, Ona ibadət edək. Amin!
Bəs Ramazan ayını ən gözəl dəyərləndirmək üçün nə kimi saleh əməllər işlətməliyik sualının cavabını gəlin birlikdə axtaraq.
Ramazanda yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:
1.     Oruc tutmaq:
“Adəmoğlunun bütün əməlləri özünündür. Bir yaxşılıq on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o mənimdr və onun da mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir” buyurmuşdur. Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşacağı gündür. Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur (Buxari, Müslim).
“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).
“Hər kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk eləməsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).
“Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin” (Buxari, Müslim).
Buna görə də oruc tutan hər bir kəsin; qulağı, gözü və bütün bədən üzvləri, əzaları oruc tutmalıdır. Oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır.
2.     Namaz qılmaq.
“- Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.                                                                                                     – Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər” (əl-Furqan (Fərqləndirmə) surəsi, 63-64). “Hər kim Ramazanı (fərz olduğuna inanıb) mükafatını da Allahdan istəyərək namazla keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).
Gecə vaxtları namaz qılmaq, Allahın Rəsulu (Ona və ailəsinə salam olsun) və səhabələrinin üstündə möhkəm dayandığı bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun): “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı” deyir. Ömər bin Xəttab (Allah ondan razı olsun) da gecə istədiyi qədər namaz qılar, gecə yarısı olduqda ailəsinin fərdlərini namaza qaldırardı. Onlara, “Namaza, namaza” deyər və “Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha surəsi, 132) ayəsini oxuyardı. Əlqamə bin Qeys belə deyir: Bir gecə Abdullah bin Məsudun (Allah ondan razı olsun) yanında qaldım. Gecənin ilk vaxtlarında qalxıb namaz qıldı. Sanki məhəllə məscidində namaz qılan bir imam kimi ağır-ağır, bir-bir ayələri oxuyurdu. Buna baxmayaraq ətrafında olanlar onun qiraətini eşitmir, hətta öz səsini özü də eşitməyəcək qədər olardı. Nəhayət səhərə yaxın, dan yeri ağaranda, axşam azanı lə axşam namazının qurtarmasına qədər bir vaxt qaldıqda vitri qılardı. Səhabələr səhərə yaxın bir vaxta qədər daima namazı qılardılar. Gecə vaxtları namaz qılmaq, Allahın elçisnin (Ona və ailəsinə salam olsun) və səhabələrinin üstündə möhkəm dayandıqları bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun) “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı” demişdir.
3.     Xərcləmək
Allahın rəsulu (Ona və ailəsinə salam olsun) insanların ən comərdi idi. Ramazanda digər günlərə nisbətən daha çox mülayim olardı. O, bizə də bunu nəsihət edərdi: “Sədəqənin ən fəzilətlisi Ramazanda verilənidir” (Tirmizi). Ömər bin Xəttab belə deyir: “Allahın rəsulu (Ona və ailəsinə salam olsun) bizə sədəqə verməyimizi əmr etdi. Bu vaxt mənim də yanımda bir az malım var idi. Öz-özümə: “Əgər Əbu Bəkr keçmək mümkündürsə ancaq bu gün onu keçəcəm” dedim və malımın yarısını gətirdim. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) mənə dedi: “Öz ailən üçün nə qoydun?” Məndə sənə gətirdiyim qədər dedim. Əbu Bəkr isə yanında olanların hamısını gətirdi. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) ona: “Ailənə nəyi saxladın?” deyə soruşduqda:
“Onlara Allah və Rəsulunu saxladım” dedi. Mən də: “Heç bir xüsusda əbədiyyən səni keçməyəcəm” dedim”.
Göründüyü kimi Ramazan ayında sədəqənin bir üstünlüyü, bir xüsusiyyəti vardır. Ona görə də bu barədə əlimizi açıq tutmalıyıq, vəziyyətimizə görə sədəqə verməyə, xərcləməyə cəhd etməliyk. Sədəqə verməyin bir çox növləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:
Yemək yedirmək:
“ – Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.  – (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.– Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”  – Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). – Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır” (İnsan surəsi, 8-12).
Sələflər yemək yedirməyə olduqca əhəmiyyət verir, bunu bir çox ibadətlərdən üstün tutardılar. Bu istər ac bir kimsəni doyurmaq, istərsə də ətrafında yaşayan əməli saleh qardaşlarını yedirmək olsun, heç bir fərq etməzdi. Yemək yedirdikləri şəxsdə heç bir xüsusi fərqlilik axtarmazdılar. Sələflərdən biri belə deyir: “Qardaşlarımdan on nəfəri dəvət edib onlara ürəklərinin istədikləri hansısa bir yeməyi yedirməyim, mənim üçün İsmayıl oğlanlarından on nəfər köləni azad etməkdən daha sevimlidir”.  Sələflərdən bir çoxu oruclu olduğu halda iftarını açacağı yeməyi başqasına yedirər, başqasını özünə dəyişərdi. Yəni başqasını yedirməyi daha uyğun görər, özünə bir o qədər də əhəmiyyət verməzdi. Onlar özləri oruclu olduğu halda qardaşlarını yedirər, bununla da kifayətlənməyib onlara xidmət edər, onların rahat olmalarına çalışardı.
Yemək yedirmək ibadəti bəzi ibadətlərin də qaynağını təşkil edir. Özlərinə yemək yedirilən qardaşlar sevinir, onlara məhəbbət bəslənilir. Bu da Cənnətə girməyə bir səbəb təşkil edir: “İman etmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də əsla iman etmiş olmazsınız” (Müslim). Bundan başqa yemək yedirmək səbəbi ilə salehlərlə birlikdə oturub-durmuş olar və yedikləri yemək nəticəsində ibadətlərə qarşı güc və qüvvət qazanmaları səbəbi ilə onlara bu xüsusda kömək etdiyin üçün əcir qazanmış olursan.
İftar vermək:
“Oruc tutana iftar verən onun qədər savab əldə edər, oruclunun savabından isə heç bir şey əksilməz” (Nəsai, səhihdir)
“Kim bir oruc tutana iftar verərsə, yaxud bir döyüşə gedəni silahla təmin edərsə ona da eyni mükafat vardır” (Tərğib, səhihdir).
Daha çox Quran oxumaq:
Əməli saleh sələflərin Ramazan ayında olan aşağıdakı iki xüsusiyyətini də qeyd etməliyik:
a)     Qurani Kərimi çox oxumaq
b)    Qurani Kərimi oxuyub dinlədikdə Allaha qarşı qəlblərində qorxub, titrəmələri səbəbi ilə ağlamaları.
Ramazan ayı Quran ayıdır. Bu baxımdan müsəlmanın bu ayda digər günlərə nisbətən daha çox Qurani Kərimi oxumaları lazımdır. Saleh sələflər Allahın Kitabına çox diqqət göstərərdilər. Cəbrayıl (əleyhissalam) Ramazan ayında Allahın Rəsulu (ona və ailəsinə salam olsun) ilə Qurani Kərimi qarşılıqlı olaraq oxuyardılar. Sələflərdən kimisi Qurani Kərimi üç gecədə, bir Ramazan gecəsində qiyamda (təravihdə) xətm edərdilər. Bəziləri yeddi gündə, bəziləri də on gündə xətm edərdilər. Onlar namazda və namazın xaricində də Qurani Kərimi daima oxuyardılar. Çox maraqlıdır ki, bu gün bəzi məscidlərdə Qurani Kərim Ramazan ayı münasibəti ilə səsli olaraq xətm olunur və müsəlman qardaşlarımızın bəzilərindən narazılıqlar görürük. Bu əmələ bidət adı verirlər. Halbuki Allahın evində Allahın kitabı oxunur. Burada dinləyənlər belə savab qazanır. Onsuzda məsciddə bu cür Quran oxunması çox az çəkir. Hər bir kəs ayrılıqda Qurani Kərimi oxuyub xətm etməlidirlər.
İmam Şafi (Allah ona rəhmət eləsin) Ramazan ayında altmış xətm oxuyar və bunları namazdan kənar oxuyardı.
İmam Şihabəddin əz-Zühri (Allah ona rəhmət eləsin) Ramazan ayında hədis oxumaqdan və elm əhli ilə oturub durmaqdan çəkinər, daha çox Quran oxumağa yönələrdi.
İmam Süfyan əs-Sevri (Allah ona rəhmət eləsin) isə Ramazan ayı girdikdə nafilə ibadətdən çox Qurani Kərimi oxumağa yönələrdi.
İmam İbn Rəcəb (Allah ona rəhmət eləsin) belə deyir: “Qurani Kərimin üç gündən daha az bir müddətdə xətm edilməsinə dair gəlib çatan qadağalar bunun daimi olaraq oxunması ilə bağlıdır. Ramazan ayı kimi, xüsusi ilə də Qədir gecəsinin axtarıldığı gecələrdə və ya Məkkəyə Məkkəli olmayanların arasından girənlər kimi, fəzilətli məkanlarda isə, bu zaman və məkanın fəzilətini qənimət bilərək Qurani Kərimi çox oxumaq müstəhəbdir”. Necə ki, Məkkədən kənarda olan Məkkəyə daxil olanda Məkkə onun üçün ən fəzilətli yer hesab olunur, Ramazan ayında da Quran oxumaq ən fəzlətli ay olduğu üçün fəziləti daha böyük olur. Quran tilavəti zamanı ağlamağa gəldikdə; Sələflər düşünmədən, qavramadan şeir oxuyar kimi Qurani Kərimi sürətli oxumaq adətləri yox idi. Onlar Allah təalanın kəlamından təsirlənər və buna görə qəlbləri titrəyib, qorxardı.
Buxaridə Abdullah bin Məsudun belə dediyi rəvayət olunur: “Allahın rəsulu (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) mənə “Quran oxu” dedi. “Quran sənə nazil olduğu halda onu mən sənə oxuyummu?” dedim. O: “Onu başqasından dinləməyi sevirəm” dedi. Ona Nisa surəsini: “- (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?” (Nisa surəsi 41) ayəsinə çatana qədər oxudum. Bu dəfə mənə; “Bu qədər kifayətdir” dedi. Ona dönüb baxanda gözlərindən yaşlar axırdı”. Beyhaqi öz Sünən kitabında Əbu Hüreyrədən (Allah ondan razı olsun) belə dediyini nəql edir: Allah təalanın: “- İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? – Həm də gülürsünüz, heç ağlamırsınız!” (Nəcm surəsi, 59-60) ayəsi nazil olduqda Suffə əhli göz yaşları yanaqlarından axana qədər ağladılar. Allahın peyğəmbəri (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) onların ağladıqlarını duyduqda, O da onlarla bərabər ağladı. Onun ağlamasını eşitdikdə bizdə ağlamağa başladıq. Bundan sonra Allahın rəsulu (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun): “Alah qorxusundan ağlayan kimsə Cəhənnəmə girməz” buyurdu. İbn Ömər də (Allah ondan və atasından razı olsun) Mutəffifin surəsini, “- O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!” (əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi, 6-cı ayə) əmrinə çatana qədər oxudu. Sonra yerə yıxılana qədər ağladı, digər ayələri oxumağa davam edə bilmədi.
Müzahim bin Züfər belə deyir; Süfyan əs-Sevri bizə axşam namazını qıldırdı. “- Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə (Kitabı açan) surəsi, 5) ayəsinə çatandan, qiraəti qurtarana qədər ağladı. Daha sonra Fatihə surəsini yenidən oxumağa başladı. Bütün bunlar onu göstərir ki, Quran oxuduqda ağlamalıyıq, əgər bacarmırıqsa özümüzü ağlatmaq üçün çalışmalıyıq. Bu ağlamaq ancaq Allah üçün olmalıdır. Allah bizi bağışlasın. Amin!
Günəşin doğmasına qədər məsciddə qalmaq:
Allahın rəsulu (Ona və ailəsinə salam olsun) səhər (sübh) namazını qıldıqdan sonra günəş doğana qədər namaz qıldığı yerdə oturardı (Müslim). Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Kim səhər namazını camaatla birlikdə qılıb, sonra günəş doğana qədər oturub Allahı zikr edər, sonra da iki rəkat namaz qılarsa bu onun üçün bütöv və əksiksiz olaraq bir həcc və ümrə mükafatı kimi olar” (Tirmizi). Bu hər gün belə olduğu halda gör Ramazan günlərində yerinə yetirilərsə mükafatı nə olar? Ona görə də gecəni namaz qılmaqla keçirmək surəti ilə çox böyük mükafatlar qazanmaq üçün Allahın köməyini istəməli, bu barədə salehlərə tabe olmalıyıq. Allahın razılığını qazanmaq üçün nəfislərimizlə cihad etməli və Cənnət məqamlarının zirvələrinə çatmaq üçün həddən artıq çox çalışmalıyıq.  
Əkrəm Həsənov (ilahiyyatçı) 

Ramazan ayına qovuşduq

Budur artıq mübarək, xeyirli, əzəmətli, bərəkətli, gözəl və çoxlu xeyirləri özündə cəm edən şərəfli bir aya qədəm qoyduq. Elə bir aya ki, bu aydan çoxumuz qəflətdəyik. Allah təala bu qəflət pərdəsini bizim üzərmizdən götürsün, bizə bu ayın həqiqətini, nemətini, dadını, ləzzətini və hikmətini göstərsin. Amin!

Allah təala bizə kömək olsun ki, bu ayda bütün xeyirləri əldə edə bilək. Amin! Hər bir insan Allahı ad və sifətləri ilə tək qəbul edib, tövhid kəliməsini qəbul etdikdən, inanıb dərk etdikdən sonra bilməlidir ki, islamın üçüncü şərti oruc tutmaqdır. Ey insan, əgər sən artıq özbaşına olmadığını dərk etmisənsə, sənə həyat verən və sənə nemət verən Allaha təslim olmusansa, onda bilməlsən ki, Allah təala bu mübarək Ramazan ayında sənə oruc tutmağı əmr edir. Allah təala buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə 183). Oruc tutmaq hicrətin ikinci ilində fərz qılınmışdır. Ramazan orucu İslamın beş şərtindən biridir. Allahın Rəsulu belə deyib: “İslam beş dirək üzərində bina olunub. 1) Allahdan başqa ilah olmadığına və Məhəmmədin onun Rəsulu olduğuna şahidlik etmək, 2) Namaz qılmaq, 3) Zəkat vermək, 4) Ramazan orucunu tutmaq 5) Kəbəni ziyarət etmək. (Buxari və Muslim). Əbu Hüreyrə (Allah ondan razı olsun) belə demişdir: Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Oruc bir qalxandır. Oruclu adam pis söz danışmasın, cahillik etməsin. Əgər kimsə onunla döyüşmək istəsə, yaxud ona qarşı həddini aşsa iki dəfə “mən orucluyam” desin. Nəfsim əlində olan Allaha and olsun ki, oruclunun ağzının iyi misk iyindən daha təmizdir. Uca Allah: Oruclu adam yeməsini, içməsini, şəhvətini Mənə görə tərk edir. Onun mükafatını da mən verirəm, halbuki digər yaxşı əməllərin hamısı on qatla mükaftlandırılır” (Buxari, Oruc bəhsi). Oruc, oruc tutana mələki bir xüsusiyyət bəxş etdiyi üçün, ona ehtiras qapılarını bağlayıb, şər və günah üzünü göstərmədiyi bildirilmişdir. Yemək, içmək kimi bəşəri hallardan uzaqlaşıb, bir müddət mələki sifət qazanan oruclu birbaşa Allahın mükafatlandırmasına nail olur. Başqa hədislərdə belə deyilir: “Cənnətin 8 qapısı var. Bu qapılardan birinin adı Reyyandır. Oradan ancaq oruc olanlar girəcəklər” (Buxari və Müslim). “Hər şeyin bir qapısı olduğu halda, ibadətin qapısı da orucdur. Hər şeyin bir zəkatı var, bədənin də zəkatı orucdur”. “Ramazan ayı girdiyi zaman Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır. Şeytanlara zəncir vurulur” (Tirmizi).
Allah təala bu böyük ibadəti bir çox böyük hikmətlərə bağlı olaraq fərz qılmışdır. Bu hikmətlərin ən böyüyü isə nəfsi əmmarənin hiddət və şiddətini qırıb onu sakitliyə qovuşdurmaqdır. Fiqh üsulu elminin bəyanına görə oruc tutmaq özlüyündə insanı ac və susuz qoyur, Allahın bəxş etdiyi nemətlərdən məhrum edir və buna görə də bu kimi şeylər insan nəfsi üçün gözəl sayılmasa da nəfsi əmmarəni tərbiyə etdiyi üçün gözəl sayılmışdır. Bəli, bu bir həqiqətdir ki, insanda nəfs deyilən bir qüvvə vardır. Bu qüvvə xeyirə və şərə yarasa da, əsas etibarı ilə şərə daha çox meyillidir. İnsanın nəfsi adətən atəşə bənzəyir. Atəş necə ki, xeyirə də, şərə də yarayırsa, şəri xeyirindən daha şiddətl olursa insan nəfsi də elədir. İnsan nəfsi də daha çox şərə meyl edir. Belə ki, insan nəfsinin hər istədiyini ona verir və nəticədə o bir çox şər əməllərə yönəlmiş olur. Allah qorusun, artıq insan elə bir hala gəlir ki, bütün heyvana məxsus xüsusiyyətləri əldə edir. Əlbəttə insan bunu özlüyündə hiss etmir. Ona görə də Həzrəti Yusif (əleyhissəlam): “Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Yusuf 53) deyərək Allaha sığınmışdır. Atəşi zərərsiz hala gətirmək üçün ona qarşı bəzi tədbirlər görüldüyü kimi, nəfsi əmmarəni də zərərsiz hala gətirmək üçün onun üstündə durub, onu tərbiyə etmək çox vacibdir. Məhz bu bir həqiqətdir ki, nəfsin də ən böyük tərbiyəçisi oruc tutmaqdır. Ona görə də: “Oruc tutmaq əzaları acdırır, amma nəfsi doyurur. Əzalar doyduqda isə nəfs acır” deyiblər. Oruc, insana: fağırlara və yoxsullara qarşı mərhəmət hissi aşılayır. Çünki aclıq və susuzluq hissini bir neçə vaxt dadmış insan, ilin on iki ayında eyni acı və iztirab içində çırpınan biçarələrin halını mütləq xatırladır və onlara acıyır, onların köməyinə qaçır. Orucun biz burada qeyd etmədiyimiz daha neçə hikmətləri vardır. Biz orucu çoxlu hikmətləri olduğu üçün yox, Allahın bizə əmr etdiyi üçün tuturuq. Biz soruşmuruq ki, orucun nə kimi faydaları var. Biz inanırırq və təsdiq edirik ki, Allah təalanın bizə verdyi bütün əmrlərin hamısında bizim üçün saysız-hesabsız xeyirlər və faydalar vardır.
Oruc tutmaq insanda böyük bir səbr tələb edir. Çünki səbri olmayan insanlar heç vaxt oruc tuta bilməzlər. Allah təala buyurur ki: “Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (əz-Zumər 10). İmam Qazali buyurur ki; Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) Tirmizi və İbn Macənin rəvayət etdiyi bir hədisdə orucun səbrin yarısı olduğunu bildirmişdir. Oruc tutanlar Cənnətə girdikdə onlara belə deyiləcək: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” (əl-Həqqa 24).
İmam Qazali daha sonra buyurur: “Orucun digər ibadətlərə görə iki xüsusiyyəti və üstünlüyü vardır. Bunlardan birincisi, onun gizli olması və bu səbəblə də son dərəcədə ixlaslı olması, ikincisi isə, onunla nəfsin qırılması və şeytanın qovulmasıdır. Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyuyrmuşdur: “Şeytan insanın damarlarında gəzib dolaşır. Oruc tutaraq onun yollarını daraldın” (Buxari və Müslim). Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) həzrəti Aişəyə (Allah ondan razı olsun) belə demişdir: “Oruc tutmaqla davamlı olaraq Cənnətin qapısını döy” (Buxari və Müslim). Həzrəti Aişə (Allah ondan razı olsun) ömrünün axırına qədər bu əmr və tövsiyyəni yerinə yetirmiş və ölüm xəstəliyinə tutulanda da oruc tutmuşdur). Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Şeytanlar insanların qəlbləri özərində gəzib dolaşmasaydılar, insanların qəlbləri qeyb aləmini görə bilərdi” (İmam Əhməd rəvayət edib). Oruc tutmaq isə şeytanları qəlbin səmtindən uzaqlaşdırar, beləliklə qəlbin gözü açılar və insan qəlbinə əks edən ilahi nurla qeybi görər və ya hiss edər. Oruc şeytanların və pis hisslərin hücumuna qarşı qoruyucu qalxandır. Oruc digər ibadətlərin də qapısıdır”. Çünki hər bir yaxşı əməl insanı özündən daha yaxşı bir əmələ götürür. Məsələn sübh namazını vaxtında durub məscidə gedərək qılan insan digər namazlarını da vaxtında və məsciddə qılır. Amma bir çox hallarda müşahidə olunduğu kimi insan tənbəl halda qalxıb sübh namazını evdə qılıb tez yatsa, digər namazlara da tənbəl yanaşır. Ona görə də bir gün oruc tutan insan əgər səbr edib orucun bütün şərtlərini yerinə yetirərək tuta bilsə, digər gün də çox həvəslə orucunu tutmağa davam edcəcək. Yuxarıda işarə etdiyimiz kimi bir yaxşılıq insanı başqa bir yaxşılığa aparır. Ona görə də bacardığımız qədər saleh (yaxşı) əməllərə yönəlməliyik ki, Allah təala bizi gördüyümüz saleh (yaxşı) əməldən daha üstün və daha əzəmətli bir əmələ yönəltsin. Amin!
__________________
Ədəbiyyat:
1.     Qurani Kərim, Azərbaycan dilinə mənaca tərcüməsi, Əlixan Musayev
2.     İbn Həcər əl-Əsqalani, Büluğul Məram, 2-ci cild, Oruc fəsli.
3.     Səhih əl-Buxari, 1-ci cild, Oruc babı
4.     İmam Qazali, İhya-u Ulumiddin, Orucun sirrləri fəsli
Hazırlayan: Əkrəm Həsənov (İlahiyyatçı)

Sahura (səhər yeməyinə) yatıb qalanlar oruclarını tamamlasın.

Bismillah. Allaha həmd olsun ki, biz artıq bu gündən oruc tutmağa başladıq. Həqiqətən də biz heç birimiz bu günləri yaşadığımıza görə Allaha layiqincə şükr edə bilmirik. Çünki bizimlə bərabər indiyə qədər bu ayı gözləyən qardaşlarımız var idi. Amma bu qardaşlarımızdan bir neçəsi bu günə qovuşa bilmədi. Biz heç birimiz həyatımız üçün zəmanət verə bilmərik ki, sabah və ya bu ayın sonu yaşayacaqğıq ya yox.

Mən islama yeni gələndə belə şeylərə əhəmiyyətsiz kimi baxırdım. Mənə elə gəlirdi ki, belə şeyləri düşünmək doğru deyil. Amma bilirəm ki, bu sətirləri oxuyan hər bir kəs də və ya bəzi kəslər də düşünə bilər ki, belə şeylər danışmaq və yazmaq doğru deyil. Amma mən bunu təcrübəsi olan bir insan kimi yazıram ki, mütləq belə şeyləri düşünüb ibrət almaq lazımdır. Həqiqətən də insan sabah nə ilə qarşılaşacağını deyə bilməz. Ola bilər ki, insan bu gün gördüyü yuxunu sabah yaşasın. Bu da bir rellıqdır. Bu o deməkdir ki, qeyb (gizlin) bizə məlum deyil. Həqiqətən mən Allaha yalvararaq dua edirəm ki, biz müsəlmanları bu mübarək Ramazan ayında tam olaraq ibadətlərimizi bitirib, günahlarımızın bağışlanmasına və həm bu dünyada, həm də axirətdə böyük bir xeyirə nail olmamıza kömək etsin. Amin!
İnsanların bir çoxu səhər namazına və ya suhura (səhər yeməyinə) dura bilmədikləri üçün bu günün orucunu təxirə saldılar. Belə ki, əgər sən axşamdan niyyət etmisənsə, səhər namazından əvvəl durub səhər yeməyini yeyə bilməmisənsə bunu bəhanə edib orucunu poza bilməzsən. Əlbəttə mən səni məcbur etmirəm ki, bu gün oruc tutmalıydın. Bunu nə qədər böyük nemət olduğunu bilsəydin tutardın. Mən sadəcə onu demək istəyirəm ki, əgər səhər yeməyinə qalxmamısansa da yenə oruc tuta bilərdin. Orucuna davam edə bilərdin. Bu sətirləri təbiidir ki, hər kəs oxuyub öz üzərinə almasın. Bunu mən bəhanə gətirib oruc tutmayanlara deyirəm. Çünki bu gün insanlar arasına çıxdım və gətirdikləri bəhanələri gördüm, ona görə də sizinlə bölüşmək istədim.
Əvvəlcə oruc tutanlara bizim məşhur və səhih hədis alimimiz olan Buxarinin “Oruc Kitabında” səhər yeməyi ilə bağlı rəvayət etdiyi bir hədisi nəzərinizə çatdırıram: Ənəs bin Malik Peyğəmbərin (səlləllahu aleyhi və səlləm): “Səhur yeməyini yeyin. Çünki səhur yeməyində bolluq vardır” dediyini rəvayət etmişdir. Ramazan ayında və ya digər vaxtlarda səhur yeməyi barəsində çoxlu hədislər gəlmişdir. Bu barədə mən yalnız bütün islam ümmətinin səhih hesab etdiyi Buxarinin rəvayət etdiyi hədisi qeyd edəcəm. Bu hədis belədir: Sələmə bin Əqva Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Aşura günü gündüz Hind bin Əsmanı camaata belə elan etməsi üçün qəbiləsinə göndərdiyi rəvayət edilmişdir: “Hər kim yemək yedisə bu günü oruca başlayaraq tamamlasın! Oruc tutsun! Heç bir şey yeməmiş olanlar da bundan sonra heç nə yeməsinlər”. Bu hədis göstərir ki, hətta təkcə Ramazanda yox, digər vaxtlarda da oruc tutduqda, oruc tutmaq vaxtı olduqda əgər kimsə bilmədən yeyibsə, sonra bilibsə ki, bu gün oruc tutma günüdür, həmin şəxs oruc tutmağa başlamalıdır. Əgər kimsə hələ heç nə yeməyibsə və hazırlaşısa ki, nəsə yesin, amma oruc günü olduğunu ona deyiblər, onda heç bir şey yemədən oruca başlamalıdır. Həmçinin də bu hədisi səhər yeməyinə qalxa bilməyənlərə də aid etmək olar. Əgər onlar bilirlərsə ki, bu gün oruc günüdür, onda mütləq səhura qalxmamalarına baxmayaraq oruclarını davam etməlidirlər.
Həmçinin mühüm bir məsələ odur ki, əgər səhər duranda cünub olaraq durursansa və səhər namazının vaxtı daxil olubsa necə etməlisən? Orucunu pozmalısan,yoxsa orucunu davam etdirməlisən? Buxari “Oruc Kitabı”nda möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edir ki, “Allah rəsulunun (səlləllahu aleyhi və səlləm) zövcəsi ilə yaxınlıq edib cünub olduğu halda fəcir vaxtına qədər gecikdiyi olardı. Allah rəsulu (səlləllahu aleyhi və səlləm) fəcirdən (səhər namazının vaxtı) sonra qüsl alıb orucunu tutardı”.
Bunlar hamısı onu göstərir ki, islamda elə bir qayda yoxdur ki, əgər sən oruclu vaxtı səhur yeməyinə qalxmamısansa demək orucun doğru deyil. Tamamilə əksinə, Allah rəsulunun (səlləllahu aleyhi və səlləm) da həyatına baxsaq görərik ki, o, hər bir halda orucunu tam olaraq tutmuşdur. Bizdə çalışmalıyıq ki, yuxudan lap günorta da durmuş olsaq orucu tamamlayib bitirək. Allah təala bizi dinində sabit etsin. Bizim gizlində və aşkar olan düşmənlərimizin yaxasını bizdən çəksin. Bizə xeyir-bərəkət, bol nemət qapılarını açsın. Amin! Salam Aleykum va Rahmatullah.
Əkrəm Həsənov

Oruc tutmağın faydaları və hikmətləri

Çoxları sual verir. Ramazan ayında oruc tutmağın nə mənası var? Bu oruc tutmaq nəyə lazımdır? Müsəlmanlar səhərdən axşama qədər ac-susuz qalmaqla, cinsi əlaqədən uzaq olmaqla nə əldə edəcəklər? Bu kimi suallara cavab vermək üçün uca Allahdan bütün müsəlmanlara kömək istəyirəm.

Əziz müsəlmanlar, unutmayın ki, sizi incidən, narahat edən suallardan, sözlərdən, bütün növ işgəncələrdən daha şiddətlisi peyğəmbərlərə verilib. Onlara müxtəlif üsullarla və növlərlə verilən işgəncələr yanında sizə verilən sözlü və əməli işgəncələr heç nə sayılır. Bunu unutmayın. Bu yolda əgər doğru olduğunuzda əminliyiniz varsa onda sizə qarşı qaldırılan iddihamlara, incidici sözlərə əhəmiyyət vermədən Allaha və sonra göndərdiyi elçisinə tabe olun. Gücünüz və bacardığınız qədər Allaha və sonra Rəsuluna itaət edin.
Yaxşı, çoxlarını Ramazan ayında tutulan oruc maraqlandırır. Nəyə görə müsəlmanlar bu ayda oruc tuturlar? Bunun bir çox hikmətləri vardır. Əvvəlcə Allaha həmd edirik ki, bizim təmizlənməyimiz üçün bu gözəl və xeyirli-bərəkətli ayı, Ramazan ayını oruc ayını bizə bəxş edib. Bizi bu ayla hədiyyəndirib. Bu uca Rəbbimizdən bizə olan böyük hədiyyədir. O qədər qullar, kölələr var ki, ağaları onları mükafatlandırmır. Amma bizim Rəbbimiz uca Allah bizi heç bir ağanın, heç bir padşahın, heç bir rəhbərin mükafatlandırmağa qadir olmadığı çox möhtəşəm bir ayla, Ramazan ayı hədiyyəsi ilə bizi mükafatlıandırır. Bu Rəbbimizin bizə olan sayıb-hesablaya bilmədiyimiz nemətlərindən biridir. Həm də daha əhəmiyyətlisidir. Biz bu hədiyyənin qədrini-qiymətini bilməliyik, çalışmalıyıq.
Biz bilirik ki, Allah təalanın ən gözəl ad və sifətləri vardır. Bu ad və sifətlərindən biri də Allah təalanın hikmət sahibi olmasıdır. Hökm sahibi olması, istədiyi hökmü verməsi Allaha aid ən gözəl xüsusiyyətlərdən biridir. Allah təala hökm verməsində təkdir, hikmətində təkdir, Onun digər məsələlərdə olduğu kimi hökm vermə və hikmətli olmasında da heç bir şəriki yoxdur. Allah ibadət edilməyə layiq olan haqq, həqiqət olan məbuddur, Özünə ibadət ediləndir. Onun hikməti tam və kamildir və biz onun hikmətini açıqlamaqda həddən artıq çox aciz və nöqsanlıyıq.
Allah təala elə bir şəri, dini hökm, əmr vermir ki, orada böyük hikmət və məsləhət olmasın. Verdiyi bütün hökmlərdə böyük xeyir, məsləhət, mənfəət vardır. Biz bunu bilirik. Amma biz heç vaxt bu hikməti və hökmü dərk edə bilmərik. Bizim ağlımız Allah təalanın hikmətini tam olaraq dərk edə bilməz. Biz çox adi, cüzi bir şəkildə olan məsələləri dərk edə bilərik.
Allah təala hökmləri və əmrləri arasında bizə elə bir hökm və əmr vermişdir ki, biz Ramazan ayı gələndə oruc tutaq. Allah təala buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə 183). Oruc tutmaq insanda Allah qorxusunu yaradır. Yəni insan oruc tutmağa başlayanda onda Allah qorxusu hasil olmağa başlayır. Digər vaxtlarda heç insanda belə bir hal baş vermir. Bu Allah qorxusu təqva adlanır. Təqva nədir? Təqva budur ki, insan Allah təalanın əmrlərini yerinə yetirdikdə və qadağanlarından çəkindikdə onda belə bir Allah qorxusu meydana gəlir. İnsanın Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməsi onda təqva hasil edir. Bu da həmin insanın təqvalı, yəni Allahdan qorxan insna olduğunun göstəricisidir. Daha açıq belə deyək ki, əgər bir insan Allahın və sonra göndərdiyi peyğəmbərinin əmr etdiklərini yerinə yetirir və qadağanlarından çəkinirsə o insan təqva sahibi olur.
Oruc ən böyük səbəblərdən biridir ki, qul dini əmrləri yerinə yetirməkdə yəqinlik əldə edir və oruc tutaraq təqvalı olur. Yəni qulda elə bir iman əldə olunur ki, o Allah təalanın digər əmrlərini yerinə yetirməkdə qvvətlənir, möhkəmlənir və imanın yəqinliyini, həqiqətini, şirinliyini əldə etməyə başlayır. Bu da Allah təalanın quluna verdiyi ən böyük nemətlərdən biridr. Bu nemət hər insana nəsib olmur. Bunun üçün qul özü seçim etməlidir. Amma qul bilməlidir ki, onun seçim etməsində və bu nemətləri əldə etməsində ona kömək edən yenə də Allah təaladır. Əgər Allah istəməsə qul bu nemətləri əldə edə bilməz. Ona görə də hər bir Allah bəndəsi bu nemətləri əldə etmək və əldə saxlamaq üçün uca Allahdan hər zaman dua edib, yalvarıb kömək istəməlidir. Allah təala bizə islamda qalmaqda və dində sabit olmaqda kömək etsin. Amin!
Alimlər oruc tutmağın məşru olması, həqiqət olması, yaxşı olması haqqında olan hikmətləri açıqlamışlar. Orucun təqvanı hasil etməsi haqqında hikmətləri bilmək insanları oruc tutmağa həvəsləndirir. Bu hikmətləri deməkdə heç bir zərər yoxdur. Əksinə orucda olan hikmətləri alimlərin deməsi nəticəsində çoxlu insanlar oruc tutaraq Allaha yaxınlaşmış, Allahın digər əmrlərini də yerinə yetirməyə başlamışlar. Bu hikmətləri oxuyub, dərk edərək ibrət alanlardan və oruc tutanlardan Allah razı olsun. Amin!
Orucda olan hikmətləri alimlər açıqlamışlar. Onlardan  bəzilərini qeyd edək:
1.                 Oruc nemətlərə şükr etməyə bir səbəbdir. Oruc tutmaqla nəfs yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq qalır. Bu üçü nemətlərin ən yaxşısı və ən ucasıdır. İnsan gün batana qədər nemətlərin ən yaxşısı və böyüyü olan yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq qalır. İnsan oruc vaxtı bu nemətlərdən özünü məhrum edərək həmin nemətlərin qədrini bilməyə başlayır. İftar vaxtı insan bu nemətləri yenə də həvəslə əldə edərək sevinir. Bu nemətlərin onda olmasına görə Allaha şükr etməyə başlayır.
2.                 Oruc tutmaq haramları tərk etməyə səbəb olur. Çünki nəfs halal nemətləri tərk edərək Allahın razılığını əldə edir. Nəticədə insanda Allah qorxusu hasil olur. Halalları Allah üçün tərk edən insan haramları da tərk etməyə başlayır. Halal nemətləri Allah üçün tərk edən insanda hasil olan qorxu və iman onu haramlardan da çəkindirir.
3.                 Oruc trutmaqla insan şəhvətini məğlub edə bilir. Çünki insanın nəfsində həmişə şəhvət çox güclü olur. İnsan həmişə şəhvətə meyilli, istəkli olur. Oruc tutmaq şəhvəti azaldır və yoxa çıxardır. Ona görə də Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) subay gənclərə əgər gücləri çatırsa evlənməyi əmr edir, əks halda onların oruc tutmasını onlara əmr edir.
4.                 Oruc tutmaq Allahın rəhmətini cəlb edir. Ac olan insanın qəlbinə rəhmət gəlir, qəzəbi azalır, digər miskinlərin və acların vəziyyətini başa düşərək Allaha şükrünü artırır, imanı təzələnir.
5.                 Oruc tutmaq şeytanı qəhr edir, əridir, zəiflədir. Bizə Allah elçisi xəbər verib ki, şeytan insanın damarında qanın hərəkət etdiyi kimi hərəkət edir. İnsan isə yeyib-içməyi tərk edərək damarda gəzən şeytanın hərəkəıtini məhdudlaşdırır. Şeytan əvvəlki kimi hərəkət edə bilmir, istədiyi kimi vəsvəsə verə bilmir, halı qalmır, taqəti kəsilir. Niyə də düşmənimizin taqətini orucla kəsməyək. Allahdan müvəffəqiyyət istəyirik.
6.                 Oruc tutmaq insanı Allaha yaxınlaşdırır. İnsanın gücü çatdığı halda Allah üçün oruc tutduğuna görə günahlara və haramlara gedə bilmir.
7.                 Oruc tutmaqda dünyanı və şəhvəti tərk etmək vardır ki, bu əməli də Allah təala sevir.
8.                 Oruc tutmaq mömin bəndənin Allaha itaətini artırır. Bu mömin bəndənin Allaha yaxınlğınıın və itaətlərini çox olmasına səbəb olur. Nəticədə Allah öz bəndəsindən razı olur və onu sevməyə başlayır. Allah təala sevdiyi bəndəsinə dünyada və axirətdə bütün nemət və xeyir-bərəkət qapılarını açır.
Allah təala bizi sevdiyi bəndələrindən etsin. Amin!
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı).

Oruc

Oruc, İslamın beş şərtindən biridir. Həm fərd, həm ailə, həm də cəmiyyətdə olan müsbət təsirləri sayılmayacaq qədər çoxdur. Hər şeydən əvvəl insanı heyvani duyğulardan uzaqlaşdırıb saflaşdırması, bu ibadətin şəriətdəki yerinin əhəmiyyətini qeyd etməyə kifayət edər.

Adəm Peyğəmbərdən (əleyhissəlam) Məhəmməd peyğəmbərə (səlləllahu aleyhi və səlləm) qədər gəlib keçən bütün peyğəmbərlərə namaz fərz qılındığı kimi, oruc da fərz qılınmışdır. Ancaq keyfiyyəti və xüsusiyyətlərinə görə fərqli cəhətləri olmuşdur.[i] Oruc əslində ərəb dilində  الصِّيَامُ [əs-siyamu] kimi qeyd olunur və Qurani Kərimdə bu siyam sözü yeddi ayədə keçir. Lüğətdə “siyam” bir şeydən qorunmaq, çəkinmək, özünü saxlamaq mənsına gəlir.[ii] Oruc, “tutmaq”, “saxlamaq” mənasına gəlir. Qurani Kərimin bir ayəsində belə keçir: …“Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!” (Məryəm surəsi, 26). Bizim barəsində danışdığımız oruc isə gün çıxmazdan əvvəl başlayıb, günbatana qədər niyətli olaraq özünü orucu pozan işlərdən qorumaq olacaq. [iii]İbn Rüşd, “Bidayətül Müctəhid” əsərində oruc fəslində yazır ki; “Bilməliyik ki, şəri oruc fərz və məndub olaraq iki cürdür. Fərz olan oruc özlüyündə üç qismə ayrılır: Birinci, zamana bağlı olan fərz orucdur, bu da Ramazan ayında tutulan orucdur. İkinci, səbəbə bağlı olan fərz orucdur ki, bu da kəffarə oruclarıdır. Üçüncüsü də insanın nəzir etmək surətiylə özünə vacib etdiyi orucdur ki, buna da nəzir orucu deyirlər”.[iv]“Fətavayi Hindiyyə” sahibi orucları üç növə ayırır: fərz oruclar, vacib oruclar və nafilə oruclar. Fərz olan oruclar iki növdür: Məlum böyük fərz oruc olan Ramazan orucu və  kəffarə olaraq tutulan oruclar. Vacib olan oruclar da iki növdür: Müəyyən olan vacib oruc – müəyyən bir gündə tutulması nəzir edilən oruc, qeyri müəyyən olan vacib oruc – hər hansısa bir gündə, ayda və ildə nəzir edilərək tutulan oruc. Allah təalanın razılığını qazanmaq üçün tutulan nafilə oruclar da vardır”.[v]Ramazan ayında orucun fərz olması Quran, sünnət və icma ilə sabitdir. Qurandan dəlili,
“- Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”[vi] ayəsidir. Sünnətdən dəlili, Peyğəmbərimizin (səlləllahu aleyhi və səlləm):
“İslam dini, Allahdan başqa haqq ilahın olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna inanmaq, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan ayında oruc tutmaq olaraq beş əsas üzərində qurulmuşdur”. Bir çöl bədəvisinə dediyi “İslamın əsaslarından biri də Ramazan orucunu tutmaqdır” kimi belə bir çox hədislər vardır.  Cümhur imamlar, şeyxlər və alimlərdən də heç birinin Ramazan orucunun fərz olmadığını deyən olmamışdır.
Ramazan orucu həddi büluğ çağına gəlmiş və ağlı başında olan, eyni zamanda xəstə və səfərdə olmayan hər bir kəsə – əgər şəriətdə bilinən maneələr yoxdursa, məsələn qadınların aybaşı halı kimi – fərzdir və bu məsələdə heç kim ixtilaf etməmişdir. Bu gün kiminsə cahil bir insanın oruc tutmasan da olar, əsas qəlbin təmiz olsun sözlərinə inanmaq, güvənmək və etibar etmək aqil bir insana yaraşmaz. Hər bir insan, xüsusilə özünü müsəlman adlandıran şəxs bütün şərtlər yerindədirsə heç bir bəhanə etmədən orucuna davam etməlidir. Allah Təalanın ona bu qədər ömür və bu ömür içərisində bu qədər nemətlər bəxş etməsini düşünməli ömürünün içərisində olan 12 aydan bir ayını Allaha ayırmalıdır. Əslində Orucun tutulmasında Allah təalaya fayda və zərər yoxdur. Allah təala Peyğəmbərdən gələn bir müqəddəs hədisdə demişdir ki: “Qulumun bütün ibadətləri özünə aiddir, yalnız oruc mənim üçündür. Onun da mükafatını mən verəcəm”. [vii]Artıq bu hədis düşünənlər üçün kifayətdir. Allah təala Qurani Kərimdə buyur ki: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”[viii]
Əbu Hüreyrədən (Allah razı olsun) rəvayət olunur ki, Allahın elçisi (səlləllahu aleyhi və səlləm) belə buyurdu: “Allah təala buyurmuşdur ki, “Adəm oğlunun bütün əməlləri özü üçündür. Ancaq oruc müstəsnadır. Həqiqətən də o mənim üçündür. Onun mükafatını da ancaq mən verəcəm”. Oruc günahlara qarşı br qalxandır. Sizlərdən biri oruclu olan vaxt pis söz deməsin. Qışqırıb, bağırmasın. Adi, səviyyəsiz hərəkətlər etməsin. Əgər bir kimsə ona söyərsə və ya onunla dalaşarsa iki dəfə “mən orucam (oruc tutmuşam)” desin. Məhəmmədin nəfsini (ruhunu) əlində tutana and olsun ki, oruc tutanın ağzının iyi Allah qatında qiyamət günü müşk ətrindən daha xoşdur. Oruc tutan üçün iki sevinc vardır. Birincisi, iftar etdiyi vaxt iftarıyla sevinər, ikincisi isə Rəbbinə qovuşduğu vaxt orucuyla sevinər” (Hədisi Müslim, Əhməd və Nəsai rəvayət ediblər).
Ebû Hüreyre (Allah razı olsun)’den rivayeten Rasûlüllah sallallahu aleyhi ve sellem şöyle buyurdu: «Allah-u Teâla buyurmuştur ki: «Adem-oğlunun bütün amelleri kendinindir. Ancak, oruç müstesna. Şüp­hesiz O benim içindir. Ve mükâfatını da ancak ben veririm.» Oruç günahlara karşı bir kalkandır. Sizden biriniz oruçlu olduğu zaman kötü söz söylemesin. Bağırıp çağırmasın. Adi hareketlerde bulun­masın. Eğer bir kimse ona söverse veya kavga ederse iki kere ‘ben oruçluyum’, desin. Muhammed’in nefsini elinde tutan zata yemin olsun ki oruçlunun ağız kokusu Allah katında kıyamet günü misk kokusundan daha hoştur. Oruçlu için iki sevinç vardır. Birincisi iftar ettiği zaman iftarıyla sevinir. Diğeri ise, Rabbine kavuştuğu zaman orucuyla sevinir.» (Hadisi Müslim, Ahmed ve Nesâî rivayet etmişlerdir). Buna bənzər başqa rəvayətlər də vardır ki, biz burada qeyd etmədik.
Abdullah bin Ömərdən (Allah razı olsun) rəvayət olunur ki, Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyurdu: “Oruc və Quran qiyamət günü qula şəfaət edərlər. Oruc belə deyər: “Ey Rəbbim, gündüz bu qulu yeməkdən və şəhvətdən uzaqlaşdırdım. Ona şəfaət etməyimə icazə ver”. Quran da belə deyər: “Bu qulunu gecə yuxudan uzaqlaşdırdım. Ona şəfaət etməyim üçün mənə icazə ver” (Hədisi Əhməd səhih bir sənədlə rəvayət etmişdir).
Əbu Ümamə (Allah razı olsun) deyir ki, Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gələrək belə dedim: “Məni cənnətə qoyacaq bir əməli mənə de”. Peyğəmbər (səlləllahu aleyhi və səlləm): “Oruc tut, çünki, orucun bənzəri yoxdur” buyurdu. Sonra başqa bir vaxt ikinci dəfə gəlib eyni sözü soruşdum. Yenə də mənə: “Oruc tut” buyurdu” (Hədisi Əhməd, Nəsai və Hakim rəvayət etmiş, Hakim səhih demişdir). Səhl bin Səd rəvayət edir ki, Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) belə buyurdu: “Cənnətdə Reyyan adlanan bir qapı vardır. Qiyamət günü, oruclular haradadır deyə soruşulacaq. Orucluların ən sonuncusu bu qapıdan girəndən sonra qapı bağlanacaq” (Hədisi Buxari və Müslim rəvayət ediblər). Orucun fəzilətləri barədə səhih xəbərlər çoxdur, lakin hamısını burada qeyd etməyə ehtiyac görmədim. Çünki bütün bu hədisləri hamımız bilirik. Allah təala bizə elmi ilə əməl etməyi, orucu haqqıyla tutmağı nəsib etsin. Amin.
Orucun bəzi rükunları vardır.Alimlər bu barədə bəzi sözlər demişlər. İbn Rüşd demişdir ki: “Orucun ikisində ittifaq edilən, birində ixtilaf edilən üç rüknu vardır. İttifaq edilən iki rükn zaman və imsaqdır. İxtilaf edilən isə niyyətdir. Bu məsələlərdən birincisi, bu zamanın başlaması və sona çatması, yəni neçə gün olması, ikincisi də bunu hər şəxsə və hər iqlimə görə bildirən əlamətlərin nələr olduğu haqqındadır. Alimlər, hicri ayların gah 29, gah 30 gün olmasında və Ramazan ayının başlanması və sona çatmasının da ancaq ayın görülməsi ilə olduğunda eyni fikirdədirlər. Çünki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurmuşdur ki: “Ayı gördüyünüz vaxt oruc tutun və növbəti ayı gördüyünüz vaxt orucu tərk edin”. Amma bununla bağlı alimlər iki məsələdə ixtilaf etmişlər:
1. Hava tutulu olub, ayın görünməyən vaxtı nə etməli,
2. Ay nə vaxt görünərsə mötəbər sayılar.
Cümhur alimlər demişlər: “Əgər Ramazanın əvvəlində hava tutulu olarsa, ondan əvvəlki Şaban ayı 30 gün sayılır və 31- ci gün Ramazanın başlanğıcı olur. Əgər sonunda tutulu olarsa, 30 gün tamamlanır”. İbn Ömər isə belə demişdir: “Əgər tutulu olan, ayın əvvəlinci günüdürsə, ertəsi gün (buna şəkk günü deyilir) oruc tutulmalıdır”. Sələfdən bəzilərinin “Əgər ay tutulu olarsa Ay və Günəşin seyri üzrə hesablanma aparılmalıdır” dedikləri rəvayət olunmuşdur. Bu, tabeinin böyüklərindən olan Mütərrif bin Şüreyxin fikridir. Şüreyx də İmam Şafiidən “Ayın dərəcələri və ulduzlar elmi ilə məşğul olan bir kimsə əgər apardığı hesablar nəticəsində, ona məlum olsa ki, hava tutulu olmasaydı Ay görünəcəkdi, onda, o oruc tutmalıdır və tutduğu oruc doğrudur” dediyini rəvayət etmişdir. Bu ixtilafın səbəbi Peyğəmbərin (səlləllahu aleyhi və səlləm): “Ayı gördüyünüz vaxt oruc tutun və Ayı gördüyünüz vaxt orucu tərk edin. Əgər olduğunuz yer buludlu olarsa onu təqdir edin” hədisindəki gizlilikdir. Cümhur alimlər “Onu təqdir edin”, “Ramazan ayı üçün əvvəlki ayı 30 gün fərz edin, deməkdir” demişlər”.[ix] Bu barədə müxtəlif sözlər demişlər. Bu məqalədə bunlara çox yer vermədik.
İmsaq – orucu pozan bütün işlərdən çəkinmək – vaxtı ilə bağlı məsələlərə gəlincə isə İbn Rüşd demişdir: “Allah təala: “sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”[x]buyurduğu üçün, alimlər, bu vaxtın sonu Günəşin batıb yox olmasıdır demişlər. Amma bu vaxtın başlanğıcının nə vaxt olmsı haqqında ixtilaf etmişlər. Cümhur alimlər demişlər: “İmsaq vaxtı dan yerinin ağarması ilə başlayır”. Çünki Allah təalanın ayəsindən başqa, peyğəmbərimiz də (səlləllahu aleyhi və səlləm) fəcr vaxtını bu cür tərif etmişdir”.[xi]“Fıqhı-s-Sünnə” sahibi bu barədə deyir ki: “Orucun həqiqətini meydana gətirən iki rükun vadır:
1. Fəcrin doğmasından günəşin batmasına qədər yeyib-içməkdən özünü qorumaq. Allah təala buyurmuşdur: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!”[xii] Ağ və qara sapdan məqsəd, gündüz vaxtının işıqlığı, ağlığı, gecənin isə qaranlığıdır. Buxari və Müslimin rəvayətlərinə görə “Adiy bin Hatəm belə demişdir: “ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için” ayəsi nazil olduqda, bir ağ sap və bir dənə də qara sap aldım. Yastığımın altına qoydum. Gecə tez-tez onlara baxırdım. Amma heç cür bir-birindən ayıra bilmirdim. Duha vaxtı Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yanına gedərək vəziyyəti ona danışdım. Peyğəmbər (səlləllahu aleyhi və səlləm): “Şübhəsiz ki, bu ifadə gecənin qaranlığı və gündüzün işıqlığıdır” deyə cavab verdi”.
2. Niyyət. Allah təala buyurur: – Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”[xiii]Peyğəmbər (səlləllahu aleyhi və səlləm) də: “Əməllər niyyətlərə görədir. Hər kəs üçün niyyət etdiyi vardır” demişdir. Niyyətin, Ramazan ayının gecələrindən hər gecə üçün fəcrdən əvvəl olması lazımdır. Çünki, Həfsənin rəvayət etdiyi bir hədisə görə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Fəcrdən əvvəl oruca aid niyyətini sağlam etməyənin orucu yoxdur”. (Hədisi Tirmizi, Nəsai, Əbu Davud, İbn Macə, Əhməd rəvayət etmiş, İbn Hüzeymə və İbn Hibban səhih demişdir.) Niyyətin gecənin hər hansısa bir vaxtında olması səhihdir. Niyyəti dil ilə ifadə etmək şərt deyildir. (Niyyətin dil ilə ifadə olunması məsələsi ayrı bir mövzu olduğu üçün burada qısaca onu qeyd edim ki, Hənəfi məzhəbinin sonrakı alimləri niyyəti dil ilə ifadə etməyi şərt biliblər.) Çünki niyyət qəlbə aid bir işdir. Dilin bu işdə heç bir təsiri yoxdur. Niyyətin həqiqəti, Allahın əmrinə tabe olmaq və razılığını qazanmaq üçün edilən əməli qeyd etməkdir. Bir kimsə oruc tutmaqla Allaha yaxınlaşmağı qəsd edərək gecə sahura qalxarsa, niyyət etmiş sayılır. Gündüz vaxtı sadəcə Allah üçün yeyib-içiləcək şeylərədn özünü uzaqlaşdırmağa qərar verərsə sahura qalxmasa belə yenə də niyyət etmiş sayılır. Alimlərin çoxuna görə nafilə orucun niyyəti, əgər bir şey yeməyibsə də belə gündüzdən kifayətdir. Aişə (Allah razı olsun) belə demişdir: “Bir gün peyğəmbər (səlləllahu aleyhi və səlləm): yanıma gəldi. “Yanınızda yeməyə bir şey varmı?” deyə soruşdu. Mən də: “Xeyir” dedim. Bundan sonra Allah rəsulu (səlləllahu aleyhi və səlləm): “Mən orucluyam” dedi”. (Hədisi Müslim, Əbu Davud rəvayət etmişlər.) Hənəfilər niyyətin günorta vaxtından əvvəl olmasını şərt qoşublar. Şafinin iki görüşündən biri də belədir. İbn Məsud və Əhmədin iki görüşündən birinin zahirinə görə “Günorta vaxtından əvvəl və ya sonra niyyət edilməsi arasında fərq yoxdur və ikisi də kifayətdir”.
Buxari və Müslimin Aişədən (Allah razı olsun) rəvayət etdiyinə görə Allah rəsulu (səlləllahu aleyhi və səlləm) Ramazanın son on günü gəldiyi vaxt, gecələrini ibadətlə keçirərdi. Ailəsini də qadırardı. Bu gecələrdə xanımıyla əlaqə qurmaz və özünü ibadətə verərdi”. Tirmizinin Əlidən (Allah razı olsun) rəvayət edib səhih saydığı hədisə görə: “Rəsulullah (səlləllahu aleyhi və səlləm), son on gündə ailəsini oyandırar, xanımıyla birləşməzdi”.


[i] Celal Yıldırım, Kaynaklarıyla İslam Fıkhı, Uysal kitabevi, 2/189-191.
[ii] Dr. Mustafa  el-Hin, Dr. Mustafa  el-Buğa, Ali el-Şerbecî, Büyük Şafii Fıkhı, Arslan Yayınları, Oruc.
[iii] Fikih Ansiklopedisi, Seyyid Sabik, Fıkh-us-Sünne,  Pinar yayınları, 5.ci fesil, Oruc.
[iv] İbn Rüşd Kadı Ebu’l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/21.
[v] Feteva-i Hindiyye (Feteva-i Alemgiriyye), Akçağ Yayınları: 2/5.
[vi] əl-Bəqərə (İnək) surəsi, 183
[vii] Buxari, Libas 78
[viii] əl-Bəqərə (İnək) surəsi, 184
[ix] İbn Rüşd Kadı Ebu’l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/26-30.
[x] əl-Bəqərə (İnək) surəsi, 187
[xi]İbn Rüşd Kadı Ebu’l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/32-33.
[xii] əl-Bəqərə (İnək) surəsi, 187
[xiii] əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi, 5


Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)
Müəllif hüquqlarını qoruyun!

Əziz müsəlmanlar üçün Ramazan ayı yaxınlaşır

Torpaq yağışı sevib özünə çox ürəkdən və istəyərək qəbul etdiyi kimi hər bir müsəlman Ramazan ayını həsrətlə, sevgi ilə, şövqlə gözləyib, onu özünə qəbul edir.

Bu ona bənzəyir ki, xəstə bir insana müalicəsinin, şəfa tapmasının hər hansısa bir həkimdə olduğunu ona deyirlər. O xəstə insan sevincindən həmin həkimin tezliklə yanına gəlməsini və onu bu xəstəlikdən xilas etməsini gözləyir, bilir ki, onda heç bir xəstəlik qalmayacaq. Bu ona bənzəyir ki, sevən bir insan neçə illərdir həsrətində olduğu, görə bilmədiyi və nəhayət indi gördüyü sevgilisinə qovuşur. Əziz müsəlmanlar üçün Ramazan ayı yaxınlaşır. Allah təala bizi bu mübarək aya qovuşdursun. Amin!
                                   
Ey Rəbbimiz! Sən bizi Ramazan ayına qovuşdur! Amin!  Bu ayda oruc tutaq, namaz qılaq, saleh əmllər edək! Amin! Ya Rəbbimiz! Səndə bizdən bütün ibadətlərimizi və saleh əməllərimizi qəbul et. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)…

QƏBİRDƏKİ HƏYATIN TƏBİƏTİ NECƏDİR?

Həmd, yalnız Allahadır. Salat və salam da Peyğəmbərimiz Məhəmmədədir (ona və ailəsinə salam olsun).

     Əvvəlcə bilinməlidir ki, Allah Təalanın kitabında və ya elçisi Məhəmmədin (ona və ailəsinə salam olsun) diliylə axirət günü, hesab, cənnət, cəhənnəm, ölüm, qəbir əzabı və nemətiylə əlaqəli Qurani-Kərimdə gələn və ya təmiz sünnədə doğru olaraq bildirilən digər qeyb ilə əlaqəli məsələlərdə xəbər verilən şeylərə hər mömin kişi və qadının inanması lazımdır. Çünki biz Rəbbimiz Allah Təalanın söylədiyi və xəbər verdiyi şeylərin doğru olduğunu bilirik.



      Allah Təala bu barədə belə buyurmuşdur:
 “( Söz və vədində ) Allahdan daha doğru sözlü kim ola bilər?”[1]
   Başqa bir ayətdə belə buyurmuşdur:
“ (Xəbər verdiyi şeylərdə ) Allahdan daha doğru sözlü kim ola bilər?”[2]
   Yenə biz Allah rəsulunun (s.ə.s) insanlar içində ən doğru sözlü olduğuna, onun öz istəyi ilə  danışmadığına və danışdığı şeylərin də vəhydən başqa bir şey olmadığına inanırıq.
     Allah Təala bu barədə belə buyurmuşdur:
“ O ( Məhəmməd – ona və ailəsinə salam olsun), öz-özlüyündən danışmır.Onun danışdıqları ona vəhy edilən vəhydən başqa bir şey deyildir.”[3]
     Məhəmməd peyğəmbərdən (ona və ailəsinə salam olsun) səhih hədislərlə sabit olan hər şeyi, yəni həqiqəti bilməsəkdə yenədə onu təsdiq etməyimiz lazımdır.
     Bu səbəbdən axirət, cənnət, cəhənnəm, cənnət əhlinin nemətləri, cəhənnəm əhlinin əzabları, qulun qəbirdə əzab görməsi və ya naz-nemətlər içində yaşaması və qəbirdə ruhunun özünə geri verilməsi kimi mövzularda Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) xəbər verdiyi hər şeyi təsdiq etməliyik. Bunların hamısı Quran və sünnətin xəbər verdiyi həqiqətlərdir. Qulun bunlara təslim olmağı və Quran və ya səhih sünnətdən  bildirilən və yaxud da islam alimlərinin ittifaq etdiyi hər şeyi təsdiq etmələri lazımdır.
  Sonra Allah təala mömin kişi və qadınlara bu mövzularda hikmət və sirrlərini bilmələri üçün onlara lütf  edərsə, bu xeyir üstünə xeyir, nur üstünə nur və elm üstünə elmdir. Bu səbəblə o, Allah təalanın ona bu səbəblə lütf edib biliklərinin artmasına və qəlbən rahatlığa çıxmasına səbəb olan bu nemətə həmd edib şükr etməlidir.
     Qəbir sorğu-sualı və ölünün vəziyyəti ilə əlaqəli mövzuya gəlincə, qəbir sorğu-sualı həqiqətdir.
Ölünün  ruhu özünə geri qaytarılır. Peyğəmbərdən (ona və ailəsinə salam olsun)  bu barədə səhih hədislər rəvayət olunmuşdur. Ölünün qəbrindəki həyatı, dünyadakı həyatı kimi deyildir. Əksinə bu həyat xüsusi bərzəx həyatıdır. Yemək, içmək və bunun kimi şeylərə ehtiyacı olan dünyadakı həyat kimi deyildir. Əksinə ölünün bu həyatı, sual və cavabı düşünə biləcəyi özəl bir həyatdır. Ona iki mələk gələcək və ona: 
Rəbbin kimdir? 
Dinin nədir?
Peyğəmbərin kimdir? Deyə sual verəcək. Mömin kişi və qadın belə cavab verəcək: Rəbbim Allah, dinim İslam və Məhəmməd peyğəmbərimdir.
         Ona : Bu insanı – yəni Məhəmmədi (ona və ailəsinə salam olsun) necə tanıyırsan? deyə sual veriləcək.
          Bu suallara o belə cavab verəcək:
       “ Məhəmməd- sallallahu aleyhi və səlləm Allahın elçisidir,bizə hidayət gətirib.Biz də ona iman etmişik və ona uymuşuq.”
           Ona  belə deyiləcəkdir:
        “ Biz sənin mömin olduğunu onsuzda bilirdir.”
        Arxasından ona cənnətə gedən bir qapı açılır,ona cənnətin gözəl qoxusu,nemətləri gəlir və belə deyilir:
        “ Allah Təala (qiyamət günü) səni təkrarən diriltincəyə qədər bura sənin yerindir.”
          Sonra ona cəhənnəmdəki yeri göstərilir və ona belə deyilir:
       “ Allahı inkar etsəydin bura sənin yerin olacaqdı.Amma indi Allah səni ondan qorudu və cənnətə getdin.”
          Kafirə gəlincə o Rəbbi,dini və Peyğəmbəri haqqında sual verildiyi zaman velə cavab verəcək:
       “ Hah…Hah…Bilmirəm.İnsanların bir şeylər söylədiklərini eşitdim və məndə elə söylədim.”
          Sonra onun başına dəmirdən bir       vurulunca, elə bir fəryad qoparacaq ki, cinlər və insanlardan başqa hərkəs onun fəryadını eşitəcək.Onun fəryadını heyvanlar da eşitəcəklər.Sonra ona cəhənnəmə gedən bir qapı açılacaq və qabıröaları bir- birinə keçəcək bir şəkildə qəbri ona daraltılacaq.Qəbri onun üçün cəhənnəm çuxurundan bir çuxur olur və ona bir qapı açılır ki, cəhənnəm alovunun istisi və əzabından qoxuları gəlir.
         Sonra ona belə deyilir:
      “ Allah Təala (qiyamət gunu) səni təkrar diriltincəyə qədər bura sənin yerindir.”
         Sonra onun üzünə qapı açılır və cənnətdəki yeri göstərilir və belə deyilir:
      “ Şayət Allah səni hidayət etmiş olsaydı bura sənin yerin olacaqdı.”
        Beləliklə qəbrin cənnət baxçalarından bir baxça və ya cəhənnəm çuxurlarından bir çuxur olduğu bilinəcəkdir.Qəbr əzabı və ya neməti, qəbirdəki həm ruha, həm də bədənə hər ikisinə birlikdə olacaqdır. Eyni şəkildə axirətdə cənnət və ya cəhənnəmdə də belə olacaqdır.
       Hər kim doğularaq və ya yanaraq və yaxud da yırtıcı heyvanın onu parçalayıb yeməyiylə ölərsə nəsibi olan əzab və ya nemət bu insanın ruhuna keçəcəkdir.İstər quruda olsun, istər dənizdə olsun, istərsə də yırtıcı heyvanın mədəsində olsun əzab və ya nemət onun cəsədinə Allah Təalanın dilədiyi şəkildə veriləcəkdir.Fəqət nemət və ya əzabın böyük bir qismi qalıcı olan ruhun üzərinə olacaqdır.Ruh ya nemətlər içində olacaq, ya da əzab görəcək.Bu səbəbdən möminin ruhu cənnət gedəcəkdir.
        Rəsulallah sallallahu aleyhi və səlləm bu mövzuda belə buyurmuşdur:
(( إِنَّمَا نَسَمَةُ الْمُؤْمِنِ، طَائِرٌ فِي شَجَرِ الْجَنَّةِ حَتَّى يَبْعَثَهُ اللَّهُ عَزَّ وَجَلّ
[ رواه النسائي وابن ماجه وأحمد ومالك]  إِلَى جَسَدِهِ يَوْمَ الْقِيَامَةِ ))
       “ Allah azzə və cəllə qiyamət günü onu təkrarən bədəninə göndərənə qədər möminin ruhu cənnətin ağaclarının meyvələrindən yeyən bir quş kimidir.” 1
          Hər  müsəlman qadın və kişinin Allah Təala və elçisi Məhəmməd (ona və ailəsinə salam olsun)in xəbər verdiyi şeydən əmin olması, ondan şübhə etməməsi, ona güvənməsi və Allah Təala və elçisi Məhəmməd (ona və ailəsinə salam olsun)in xəbər verdiyi şeyin bəzi anlamı qula gizli olsada belə onu Allah azzə və cəllənin istədiyi şəkildə təsdiq etməsi lazımdır.İnsanların fikirləşdikləri hər tipli zənn və təxminləri aradan qaldıran Allah Təalanın hikməti çox böyükdür.2   
Hazırlayan: Əkrəm Həsənov (ilahiyyatçı)
———————————-
1Nesai,İbni Macə,Əhməd və Malik
2Əbdüləziz b. Baz,Məcmuu Fətava və Məkalat Mutənəvvia, səhifə 338

[1] Nisə surəsi: 122
[2] Nisə surəsi: 87
[3] Nisə surəsi: 87

Tərcümə edənlər: Əkrəm Həsənov Bəhramoğlu (İlahiyyatçı, elmi işçi), Samirə Seyidalı 
           

İmanını gücləndirmək üçün bu yeddi nəsihətə tabe ol!

1.   Namazı vaxtında qıl. Çünki namazı vaxtında qılmaq səni Allaha yaxınlaşdıran əməllərdən biridir: “Ən fəzilətli, ən üstün əməl hansıdır?” Dedi (səlləllahu aleyhi və səlləm): “Vaxtında qılınan namazdır”. Səhih əl-Buxari.

2.     Qurani Kərimdən asan gələn ayələrdən bir az oxu! “Quran öz sahibinə deyəcək: “Oxu və yüksəl! Bu dünyada aram-aram oxuyub yüksəldiyin kimi axirətdə də yüksəl. Sənin mənzilin ən axırıncı ayədədir. Onu oxu və onunla yüksəl!”. Hədis səhihdir.
3.     Allahı zikr elə və yaxud da bir saatda beş dəqiqə Allahı zikr elə. Subhanallah, Əl-Həmdülillah, Lə-ilahə illallah, Allahu Akbar. Allah təala  “Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab surəsi 35-ci ayə).
4.     Hər gün Allaha dua edərək ona təvəkkül etmək vacibdir. “İnsanların ən acizi Allaha dua etməkdə aciz olandır”. Səhih əl-Cəmiu.
5.     Pis dostları tərk et!
6.     Allah Rəsulu səlləllahu aleyhi və səlləmə hər gün səhər və axşam ən azı 10 dəfə salavat, yəni salam çatdır. Həmçinin hər gün səhər və axşam 100 dəfə və ya daha çox Allahdan bağışlanma istə və günahlarına görə tövbə edib, istiğfar dilə. Bağışlanma dilə!
7.     Əgər gücün çatırsa hər həftənin 1-ci və dördüncü günü, hər hicri ayının 13-14-15-ci günləri əlavə, nafilə olaraq oruc tut!
Ya Rəbbimiz! Bizi saleh, yaxşı əməllərə müvəffəq elə və bizim etdiyimiz yaxşı, saleh əməllərimizi bizdən qəbul elə! Amin! Amin! Amin!
Əkrəm Həsənov (ilahiyyatçı)…

Ramazan ayının yaxınlaşması və təyini.

Allaha həmd olsun ki, Ramazan ayına yaxınlaşırıq. Ramazan ayı xeyir-bərəkəti çox olan ən əzəmətli aydır. Bu ayın digər aylara üstünlüyü Günəşin ulduzlara üstünlüyü kimidir. Bu ayda çoxlu xeyirlər vardır.

Hər bir insan bu ayda oruc tutmaqla Allahın razılığını əldə edə bilər. Bu ayda oruc tutmaq hər bir müsəlmana vacibdir, mütləq tutmalıdırlar. Bu ayın qış günlərinə, uzun yay günlərinə düşməsinə baxmayaraq oruc tutmaq Allahın əmri olduğu üçün hər bir müsəlman oruc tutmalıdır. Ramazan ayını görmək artıq o deməkdir ki, sən oruc tutmağa başlamalısan. Oruc tutmaq hər bir həddi büluğa gəlmiş müsəlmana vacibdir. Yəni mütləq oruc tutmalıdır.
Ayı görən kimi oruc tutmaq vacib olur. Bunun sübutu Allah təalanın bu sözüdür: “…Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar…” (Bəqərə 185). Bu Allahın əmridir. Allahın əmrini sevərək yerinə yetirmək bizə vacibdir. Bütün müsəlmanlar Ramazan ayının gəlməsinə sevinirlər. Çünki bu ayda oruc tutmaqla günahlar bağışlanır, Allah oruc tutandan razı olur, insana rahatlıq gəlir, mənəvi cəhətdən ən böyük zövq əldə edirlər. Həmçinin düşünürlər ki, keçən Ramazandan bu Ramazana qədər bir çox müsəlmanlar bu aya çata bilmədilər. Özləri də dəqiq bilmirlər ki, gələn Ramazana, Ramazanın sonuna həyatda qala biləcəklər ya yox. Buna görə də bu ayı həsrətlə gözləyib, bu ayda ən gözəl şəkildə ibadət edirlər.
Ramazan ayını görmək üçün bir nəfər adil müsəlmanın ayı görməsini demək kifayət edir. Əgər müsəlmanlar arasında ədalətli, savadlı, elmli bir müsəlman ayı gördüyünü deyirsə onda həmin andan oruc tutulmağa başlanılır. Bizə Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, bəzi insanlar Ramazan ayını gördülər və bunu  mən Allah Rəsuluna (səlləllahu aleyhi və səlləm) xəbər verdim.  Allah Rəsulu səlləllahu aleyhi və səlləm mənə dedi ki, məndə ayı gördüm və insanlara oruc tutmalarını əmr etdim. Bu hədisi Abu Davud, Darimi və başqaları rəvayət ediblər. Oruc tutmaq əmrini hər bir dövlətdə o dövlətin bütün işlərini idarə edən dövlət başçısı icra edir. Hər bir ölkənin dövlət başçısı ölkənin idarəsində böyük rolu və nüfuzu olan ümumi dövlət strukturları ilə məsləhətləşərək ölkədə Ramazan ayının başlanmasını elan edir. Bu məsələ bir başa Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) sünnəsidir. Ölkədə Ramazan ayının başlanması elan olunduqdan sonra hər bir müsəlmana vacibdir ki, həm Allahın əmrini yerinə yetirsinlər, həm də ölkəni idarə edənlərə tabe olaraq Ramazan ayının başlanmasından başlayaraq orucun şərtlərinə riayət edərək oruc tutsunlar.
Bütün elm əhli ittifaq ediblər ki, Ramazan ayının görünməsi və ölkənin rəhbər sturukturlarının Ramazan ayının başlanğıcını elan etməsindən sonra artıq hər bir müsəlman oruc tutmalıdır. Həmçinin bu məsələlərdə ayrı seçkiliyə, təkliyə, ixtilafa, münaqişəyə düşmək bəyənilmir. Ölkədə Ramazan ayının başlanması elan edildikdən sonra ümumi camaata ixtilaf edərək bir gün əvvəl və bir gün sonra ayı gördüyünü iddia etmək və müsəlmanların arasında ixtilaf salmaq, fitnə çıxarmaq bəyənilmir. Belə hallara yol verən müsəlmanlara Allahdan hidayət və doğru istiqamət istəyirik.
Allah təala Ramazan ayını bizim üçün xeyirli-bərəkətli etsin. Amin!    

Əkrəm Həsənov (ilahiyyatçı)…