Vətənimizə niyə bəla gəldi?

Bir ara insan düşünür. Bir ara kədərlənir. Bir ara insan imtahana çəkilir. Bizim camaata, yəni Qarabağ camaatına böyük bir müsibət üz verdi. Bu həm bir müsibət idi, həm bir imtahan idi, həm də bir bəla idi. Bu yazının qalanını oxu »

Əcəl gələndən sonra dua edin.

Bu yazını tələbə vaxtı yay tətilində maşın bazarında işləyəndə yazmışam. Maraqlı olduğu üçün gənclərin diqqətinə çatdırıram. Bu yazının qalanını oxu »

Allaha güvənmək necə də gözəldir!!!

Ey insanlar! Siz bilirisnizmi necə də gözəldir Allaha güvənmək və bütün işlərdə Allahı özünə himayəçi bilmək! O uca Rəbbə sığınıb təvəkkül etmək! Bütün işlərinin, bütün həyatının Onun əlində olduğunu bilmək, başa düşmək, dərk etmək və bu həqiqətə yəqinliklə inanmaq!  Bu yazının qalanını oxu »

Dinə qarşı dözümsüzlük və dini təcrid məsələsi.

Azərbaycanda dinə qarşı həddən artıq dözümsüzlük və dinə qarşı hələ də mənfi fikirlər var. Halbuki artıq bütün dünyada Qiyamətə qədər din islam olaraq tanınır və islamın gözəlliyi və təbliği bütün dünyada həyata keçirilir. Bu yazının qalanını oxu »

Dinə qarşı dözümsüzlük və dini təcrid məsələsi.

Azərbaycanda dinə qarşı həddən artıq dözümsüzlük və dinə qarşı hələ də mənfi fikirlər var. Halbuki artıq bütün dünyada Qiyamətə qədər din islam olaraq tanınır və islamın gözəlliyi və təbliği bütün dünyada həyata keçirilir.

Buna baxmayaraq bu gün cəmiyyətimizdə müxtəlif mövzulardan söhbətlər olanda həmin mövzulardan dini təcrid edilər. Bu da dini düzgün başa düşməməkdən, dinin nə olduğunu bilməməkdən, dinin də elmin bir hissəsindən, həyatın əsasından olmasını başa düşməməkdən irəli gəlir. Din bizim bütün həyatımızı əhatə edir. Biz birmənalı olaraq dərk etməliyik ki, həyatımızın hər sahəsi dinə aiddir. Təsəvvür edin ki, bu dünyaya gələndən axirətə köçənə qədər, səhər yuxudan oyanandan gecə yuxuya gedənə qədər biz ümumi dinlə yaşayırıq. Bu səbəbədən bəzi məsələlərdə dinin yerinin olmadığını iddia edənləri anlamaq olmur.
Bu günlərdə məlum deputat xanımın haqqında hələ sübuta yetirlməmiş, guya seçkilərdə saxta sənədləşdirmə ilə deputatlığa gəlməsi məsələsini dini cəhətdən bir ilahiyyatçı kimi yorumlayanda belə yenə də bu məsələdən dini təcrid etmək istəyirlər. Islam dinində olan prinsipi xatırlatmağım bundan irəli gəlir ki, cəmiyyətimizdə başqa maraqları olan insanlar bu cür məsələləri daha da şişirir, hələ məsələləri araşdırmamış qarşıdakı insan haqqında əməlinin sübuta yetirilmədiyi halda verilən xəbərə inanır və təsdiq edir. İslam dinində belə bir qayda var ki, əgər hansısa bir xəbər sizə çatıbsa siz dərhal onu araşdırmalısnız. Özüdə əgər sizin buna səlahiyyətiniz və izniniz varsa. Yoxdursa onda bu məsələləri aidiyyatlı orqanlara həvalə edirisniz və onlar lazımı icraatları həyata keçirirlər.
Bu cəmiyyətdə bütün məsələlərdə dini kənar qoymaq niyə olmalıdır. Axı siz istər-istəmiz ölkəmizin rəsmi dininin islam olduğunu bilirisniz. Elə bir halda hansısa gündəmdə olan məsələlərə din araşdırmaçısı, ilahiyatçı, din bilicisi, din alimi mövqe bildirəndə oradan niyə dini təcrid etmək istəyirisniz. Niyə yaxınlarınızdan biri dünyasını dəyişəndə dərhal zəhləniz gedən din xadimini, mollanı axtarırısnız, amma həyatınızın digər sahələrində dini mütəxəssisi yaxına buraxmaq istəmirisniz. Yaxud da çox həyati və əhəmiyyət kəsb edən dünyəvi məsələlərədə dini elmi şəkildə bilənlərdən məsləhətlər almırısnız.
Əlbəttə biz din deyəndə çoxlarının ağlına, fikrinə yas məclisləri, mollalar gəlir. Amma din də bir elmdir və bu elmin də mütyəxəssisləri var. Bu mütəxəssislər də həyatın və gündəmin hər bir mövzusuna aid dindi mövqe bildirə bilər. Çünki din bizim ayrılmaz bir hissəmizdir. 

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)…

Bir yerin ağrıyanda nə deməlisən?

Osman bin Əbul As (Allah ondan razı olsun): Allah Rəsulu – səlləllahu aleyhi və səlləm – tapdığım şiddətli ağrıya görə məni ziyarət etdi. Belə dedi: 
“Sağ əlini ağrayan yerə qoy və yeddi dəfə bunu oxu: Əuzu biizzətilləhi və qudrətihi min şərri məə əcidu”.  Bu yazının qalanını oxu »

Vahid xütbə vahid iradə, birlik, bərabərlik deməkdir.

Azərbaycanda 2013-cü ildən bütün məscidlərdə vahid xütbə verilməsi nəzərdə tutulub. Ölkəmizdə vahid xütbə vermə məsələsini çox müsbət hal hesab edirəm. Bu məsələnin həm ölkəmiz üçün, həm də xalqımız üçün faydalı olacağı açıq-aşkardır.

 Bəzi radikal meyilli insanlar, bəzi qeyri-qanuni dinin təbliğatçıları, siyasi məsələdə ölkəmizin inkişafının geriləməsini istəyən kimlərsə bunu hansısa istiqamətə yönləndirmək istəyirlər. Ancaq onlar bununla ölkəmizin əhalisini, milli-adət ənənələrimizi nəzərə almırlar. Bununla da özlərinə uyğun olmadığına görə razılaşmırlar. Çünki bəziləri namaz qılır deyə namaz qılmayanı islamda görmür və özünü daha müsəlman hesab edir. Bəziləri dövlətimizin müəyyən əsas orqanlarında işləyən insanlara qarşı neqativ münasibət bəsləyir ki, bu qərar onları da qıcıalandırır.

Çünki bu yaxınlarda elə məni tanıyan bəzi radikal yönümlü müsəlmanlar mənim yaşadığımız ölkənin hansısa aparıcı təşkilatında işlədiyimə görə, hakim Yeni Azərbaycan Partiyasının üzvü olduğumu biləndən sonra, mənim haqqımda müxtəlif sosial-şəbəkələrdə, öz aralarında əsassız sözlər danışmağa başladılar. Bu təklif  belə tipli insanlara heç cürə sərf etməyəcək deyə narazılıq bildirirlər.

Halbuki müsəlmanlar bunu başa düşməlidirlər ki, kiminsə hansı partiyaya mənsub olmasının, haradasa xalqın və dövlətin vacib işlərində kömək edib müəyyən məvaciblə işləyib ruzi qazanmasının onun etiqadına, əxlaqına, dininə, dilinə, rənginə, elminə, şəxsiyyətinə, əməlinə təsiri azdır, demək olar ki, təsiri yoxdur. Hətta bunların içərisində ən vacib deyərdim ki, imanına təsiri azdır.

İmanı azaldan və artıran səbəblər arasında hansısa partiyaya üzv olmaq, ruzi qazanmaq üçün, xalqına, vətəndaşına kömək etmək durmur. Əksinə çox vacib sahələrdə işləyib insanlara faydalı olmaq imanın artmasına müsbət təsir göstərir. İmanı azaldan və artıran səbəblər arasında insanın imanına uyğun əməlləri edib etməməsi durur. Əgər bir insan günahlardan çəkinirsə, haramlara meyl etmirsə, Allaha ibadətlərini və itaələrini gücü çatan qədər yerinə yetirirsə o insanın tədricən imanı artır. Onun hansısa partiyaya üzv olmasının əxlaqına və imanına təsiri yoxdur. Əxlaqa və imana təsir edib azaldan müsəlmanın günahlar etməsi, haramlar etməsi, yaxşı əməllərini tədricən azaltması və tərk etməsidir. Əxlaqa və imana təsir edib çoxaldan isə saleh əməllərinin çox olması, günahlardan daima tövbə edib çəkinmək, haramlar etməmək, qohumlarla sıx əlaqə saxlamaq, gücü çatan qədər namazlarını məsciddə camaatla qılmaq və s. çoxlu yaxşılıqlar etməkdir. 

 Ümumiyyətlə islam dini birlik, bərabərlik dinidir. İslam dinində və islam dövlətlərində vahid xütbə metodu bütün dünyada tətbiq olunur. Azad, istər dini, istərsə də demokratik, sivil, inkişaf etmiş dünya dövlətləri vahid xütbə prinsipi ilə işləyirlər. Bu prinsip islam dininin özündə vardır. Çünki peyğəmbərlər insanlara Allahdan xəbər verəndə qəbul edib itaət edən insanlar bu Allahın sözlərini və peyğəmbərin kəlamlarını digər insanlara çatdırırdılar. Bununla bütün insanlar maariflənirdilər. Kimlərsə peyğəmbərlərə qarşı gəlirdilərsə onlar narazı tərəf, müxalif tərəf adlandırılırdı. Bu ümumi islam ümməti, islam camaatı, dövlətin möhkəmliyi, sabitliyi, inkişafı üçün çox mühüm bir addımdır. Allah Rəsulu (ona və ailəsinə salam olsun) da öz elmli səhabələrini islama dəvət etmək üçün  dünyanın müxtəlif ölkələrinə göndərirdi. Həmçinin hər bir ölkənin daxilində vahid mərkəzdən Quran ayələri və hədislər elmi şəkildə camaata, ölkənin vətəndaşlarına çatdırılırdı. Bununla da istər islamın beynəlxalq aləmə yayılması, istərsə də ölkə daxilində bütün müsəlmanlar arasında birlik və bərabərlik prisnipinin qorunub saxlanılmasına təkan olurdu. Ölkəmizdə də vahid xütbə verilməsi islamın daha elmi, daha düzgün, daha dinamik xalqa çatdırılmasında əvəzsiz rol oynayacaqdır. Bu qərarın həm ölkəmizdə, vətənimizdə və həm də vətənimizdən kənar yaşayan bütün müsəlmanlar üçün xeyirli-bərəkətli olmasını uca Allahdan istəyirəm. Müvəffəq edən uca Allaha həmd olsun!
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)…

Vahid xütbə vahid iradə, birlik, bərabərlik deməkdir.

Azərbaycanda 2013-cü ildən bütün məscidlərdə vahid xütbə verilməsi nəzərdə tutulub. Ölkəmizdə vahid xütbə vermə məsələsini çox müsbət hal hesab edirəm. Bu məsələnin həm ölkəmiz üçün, həm də xalqımız üçün faydalı olacağı açıq-aşkardır. Bu yazının qalanını oxu »

Televizora baxmağa görə qəbr əzabı.

Televizora baxmağa görə qəbr əzabı.

GörselTelevizora baxmağa görə qəbr əzabının olacağın bilirdinizmi? Mən bilmirdim. İndicə dinlədiyim çox hörmətli Mədinədə təhsil alan, ilahiyyatçı Adil qardaşımızın dərsində eşitdim. Buyurur ki, bu barədə hədislərdə bir xəbər gəlməyib. Ancaq hansısa şeyxlərdən birinin qohumları dünyasını dəyişir. Həmin şeyx özü deyir ki, bir dəfə onu yuxuda gördüm ki, gəlib mənim ayağıma təpik vurur. Deyir ki, dur get bizə və denən ki, evdən televizoru çıxarsınlar. Bu yazının qalanını oxu »