Günün əyləncəsinə aldanmayın!

Bu günün əyləncələrinə aldanmayın…

Bu günün əyləncələri çoxdur. Allahın müvəffəq etdiyi, Öz itaətinə bağladığı və bəsirətini təqva ilə nurlandırdığı kimsələrdən başqa bu əyləncələrdən heç kim qoruna bilmir. Alah taala buyurur ki, “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır” (əl-Munafiqun, 9).


Həmçinin, Uca Allah belə buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah dərgahındadır!” (ət-Təğabun, 15) Mal-dövlətin fitnəsi odur ki, Allaha itaətdən uzaq salır və asiliklərə sövq edir. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Hər bir ümmətin fitnəsi var. Məim ümmətimin fitnəsi isə mal-dövlətdir”. Başqa bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Allaha and olsun ki, sizin üçün kasıbçılıqdan qorxmuram. Lakin qorxuram ki, sizdən əvvəlkiləri dünya necə öz cəndina almışdısa, sizə də elə alsın!” 

Hədis insanları dünyaya və onun bər-bəzəyinə aldanmaqdan çəkindirir. Var-dövlət fitnəsi ilə yanaşı qadınların da törətdiyi fitnə olduqca qorunması vacib olan mühüm məslədir. Əbu Səidin (Allah ondan razı olsun!) hədisində peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Dünya şirin və yaşıllıqla dolu bir məskəndir. Allah sizi ora xəlifə təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan və qadınlardan qorxun! Həqiqətən, İsrail oğullarının ilk fitnəsi qadınların əli ilə olmuşdur”. 

Digər bir səhih hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Sizlərdən biri öz xəstəliyinizi sudan qoruduğu kimi, Allah da sevdiyi qulunu dünyadan qoruyar”. İnsan dünya fitnəsinə düşdüyü zaman özünü unudar və istəkləri ona qalib gələr. Axirətin unudulması isə möminin sifətlərindən deyil, əksinə kafirlərə xasdır. Allah taala buyurur ki, “Qoy hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!” (əl-Hicr, 3) Başqa bir ayədə Uca Allah buyurur: “Artıq Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! Onların bildiyi elə bu qədərdir”. (ən-Nəcm, 29-30) 

Bu, dünyaya bağlılıq və axirəti unutmaqdır. Allah həmin əməldən çəkindirərək buyurur: “Onlar ancaq o saatın qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər?!” (Muhəmməd, 18) Ənəs bin Malikin və Səhl bin Sədin rəvayət edirlər ki, rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəhadət barmağı ilə ortancıl barmağını göstərərək buyurdu: “Mənim göndərilişimlə Qiyamətin arası bu qədərdir”. Bitməyən arzu-istəklər insanlarin əhəmiyyət vermədiyi iki şeyin – sağlamlığı və vaxtı məhv edir. İbn Abbasın rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, İnsanların çoxu iki nemətdə aldanırlar: Biri sağlamlıq, digəri isə boş vaxtdır”. Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi, var-dövlət də insanın aldandığı bir şeydir: “Adəm övladı “Mənim malım! Mənim malım!” – deyər. Ey Adəm övladı, sənin yeyib sonra heç etdiyin yeməkdən, geyinib sonra köhnəltdiyin geyimdən və ya verib sonuna çıxdığın sədəqədən başqa sahib olduğun nəsə varmı?” Bu hədis həriscəsinə mənimsəmənin törətdiyi fitnəni vəsf edir. Insan dünyada yalnız istifadəe etdiyi geyim və ya qidaya sahib çıxa bilir. Bunların müqabilində isə Allaha şükr edib, malını yaxşılığa və xeyir işlərə xərcləsə, Allah ona savab yazar. Ey insan, sən bu dünyada qoruyucu vəzifəsini daşıyırsan, sənə əmanət edilən şeylərin hesabı səndən soruşulacaq. Və sən həmin hesaba əsasən ya mükafat, ya da cəza qazanacaqsan. 

Tirmizi və Müslimin qeyd etdikləri hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Müsəlman olub ruzisinə qane olan və Allahın kifayət etdiyi kimsə nicat tapmışdır”. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanları Allahin nemətlərini qorumağa səsləyir: “Sizdən aşağıdakılara baxın, yuxarınızda olanlara baxmayın! (salaman) Hər şeyin ən doğrusunu Uca Allah bilir.

Hazırladı: Kamran….

AbdurRauf Abasquliyev – Zilhiccə ayının ilk 10 gününün fəziləti 2011

ALLAH`ın RƏSULUNU (صلى الله عليه و سلم) SEVİRİKMİ?

:::ALLAH`ın RƏSULUNU (صلى الله عليه و سلم) SEVİRİKMİ?:::

:::SEVDİYİMİZİ İDDİA EDİRİKSƏ, BU *6 ƏLAMƏT* BİZDƏ MÜTLƏQ OLMALIDIR:::

…Sələf`dən (bizdən öncəkilərdən) bəziləri belə demişdir:

Uca Allah (سبحانه تعالى) Peyğəmbərimizi (صلى الله عليه وآله وسلم) sevməyi fərz/vacib etmişdir… Bu vacibiyyət yalnız müsəlmanlara xasdır… Müsəlman bir şəxs isə, Allah`ın Rəsulunu sevdiyini iddia edirsə, bu 6 əlamət həmin insanda mütləq olmalıdır… Bu 6 əlamətlər bunlardır:

1|.. Tam olaraq Onun (عليهم الصلاة والسلام) getdiyi yol ilə getmək… Çünki, Peyğəmbərimizin yolundan başqa bütün yollar batildir:

إنّ الّذين كفروا وصدّوا عن سبيل اللّه وشاقّوا الرّسول من بعد ما تبين لهم الهدىٰ لن يضرّوا اللّه شيئًا وسيحبط أعمالهم

Şübhəsizki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və HİDAYƏT YOLUNU TANIDIQDAN SONRA Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər… (Allah) onların bütün əməllərini PUÇA ÇIXARACAQDIR…

(Muhəmməd surəsi, 47-ci ayə)

2|.. Onu (عليهم الصلاة والسلام) görməyi çox arzulamaq…

Səhabələr Allah`ın Rəsulunu az bir müddət görməyincə, halları pis olur, sıxılırdılar… İnsan`ın ən çox düşündüyü/arzuladığı şeyi həqiqətdə görməsi bəzən mümkün olmasa da, ən azından yuxusunda görməsi mümkündür… (hətta, psixoloqlar da, bunu təsdiq edirlər. İnsanın çox düşündüyü şey, onun yuxusuna gələr.) 

İNDİ SİZƏ SUAL VERİRƏM: HANSI BİRİNİZ ALLAH`IN RƏSULUNU YUXUSUNDA GÖRMÜŞDÜR?..

3|.. Quran oxumaq…

Necəki, İbn Məs`ud buyurur:

“Kim ALLAH (عز وجل) və RƏSULUN`u (عليهم الصلاة والسلام) sevib-sevmədiyini bilmək istəyirsə, o zaman (hansı səviyyədə/gözəllikdə) QURAN oxuduğuna baxsın..”

4|.. Peyğəmbərimizin sevdiyi kəsləri sevib, nifrət etdiklərinə nifrət etmək…

5|.. Allah`ın Rəsuluna sevgidə ifrata varmamaq…

Necəki, Peyğəmbərimiz (صلى الله عليه و سلم) buyurur:

“Məni xristianların Məryəm oğlunu ilahlaşdırdıqları kimi kimi ilahlaşdırmayın… Sözsüz ki, mən qulam… Elə isə mənə – Allah`ın qulu və elçisi deyin..”

(Hədisi İmam Buxari rəvayət etmişdir. Səhihdir.)

6|.. Dində olmayan, sonradan əlavə olunmuş yeniliklərdən/BİDƏT`lərdən uzaq olmaq…

Necəki, Peyğəmbərimiz Vida Həccində buyurdu:

وكل بدعه ضلله وكل ضلله في النار

“Hər bir yenilik/bidət zəlalətdir və hər bir zəlalət OD`dadır..”

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Uca Allah (جل و جلاله) bizləri Hz. Muhəmməd Mustafa`nı (صلى الله عليه وآله وسلم) həqiqi sevənlərdən və Qiyamət günü Onun hovuzu ətrafında olanlardan etsin!…

Hazırladı: Ayxan Məmmədəlioğlu

Aişə (radiyallahu anhə).

O, Əbu Bəkr əs-Sıddiqin qızıdır.
Anası, Amir bint Uveymirin qızı Ümmü Ruman el-Kinaniyyədir.

Aişə bint Əbu Bəkr əl-Siddiq  Peyğəmbərlə  (səllallahu aleyhi və səlləm) Peyğəmbərliyin 10-cu ilində Şəvval ayında evlənmişdir, 620-ci ildə. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yeganə bakirə zövcəsi idi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dünyadan köçdüyü zaman onun 18 yaşı var idi. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələri onun ölümündən sonra ömürlərinin sonuna qədər heç bir kimsə ilə evlənməmişlər.
Aişə (radiyallahu anhə), Peyğəmbərdən (səllallahu aleyhi və səlləm), atasından, Ömər (radiyallahu anhu), Həmzə ibn Ömər əl-Əsləmidən, Sad ibn Əbi Vaqqasdan rəvayət etmişdir.
Ondan rəvayət edənlər bunlardır:
Səhabələrdən: Amr ibn As (radiyallahu anhu), Əbu Musa əl-Əşari (radiyallahu anhu), Zeyd ibn Xalid əl-Cüheni (radiyallahu anhu), Əbu Hüreyrə (radiyallahu anhu), Abdullah ibn Ömər (radiyallahu anhu), Rəbiyə ibn Əmr əl-Cirşi (radiyallahu anhu), İbni Abbas (radiyallahu anhu).
Qohumlarından: Ümmü Gülsüm, süd qardaşı Avf İbni Hars, bacısının iki oğulu əl-Qasim və Abdullah, Məhəmməd b. Əbi Bəkrin iki oğulu və başqaları.
Təbiindən: Səid ibn əl-Müseyyib, Abdullah ibn Amir İbni Rəbiyə, Safiyye bint Şeybe, Urve, əş-Şabi, Əta, Mücahid, İkrime, Muaza əl-Adəviyye,Nafi, İbn Məsud və daha başqaları.
Aişəyə (radıyallahu anhə) aid bəzi hədislər:
Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona buyurdu: «Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir». Aişə: «VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ – Allahın salamı və rəhməti onun üzərinə olsun» deyə cavab verdim.
{ Müslim 2447}.
Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: «Ya Aişə! Sən 3 gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: «Bu rəsmin sahibi sənin zövcəndir!» dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o surət sənsən». { Müslim 2438}.
Peyğəmbər  (səllallahu aleyhi və səlləm) buyurdu: «Aişənin (digər) qadınlara üstünlüyü, səridin (Ət və çörək parçalarından düzəldilən və ərəblərdə digər yeməklərdən üstün olan bir yemək növü) digər yeməklərdən üstünlüyü kimidir».{ Buxari, Müslim}.
Amr ibn As  (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərdən  (səllallahu aleyhi və səlləm)  soruşdum: «İnsanların hansı sənə ən sevimlidir, ey Allahın Rəsulu?». Rəsulallah: «Aişə» deyə buyurdu. Mən: «Bəs kişilərdən?» deyə soruşduqda: «Onun atası» deyə cavab verdi.
{ Buxari}.
Aişə (radıyallahu anhə) rəvayət edir ki, mən heç bir qadın haqqında Xədicəyə qarşı qısqandığım dərəcədə qısqanc olmadım. Halbuki o, Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  mənimlə evlənməsindən 3 il əvvəl vəfat etmişdir və mən onu əsla görməmişdir. Ona qarşı olan qısqanclığımın səbəbi  Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onun adını tez-tez zikr etməsinə görə idi. { Müslim  2432}.
Məsrukdan rəvayət olunur Əbud-Duha belə dedi: Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhabələrinin böyüklərinin Aişədən (radıyallahu anhə)  bir çox məsələri soruşduqlarını gördüm.
Əbu Bürde ibn Əbi Musa, atasından rəvayət edir ki : Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  səhabələri nəzərində müşkül olan bir məsələdə  Aişədən (radıyallahu anhə) soruşulduğu zaman onun bu məsələdə məlumatı olduğu görülmüşdür.
Hişam ibn Urve atasından rəvayət edərək belə deyər: Fiqh və tibbdə Aişədən (radıyallahu anhə)  daha alim bir kimsə görmədim.
Əta ibn Əbi Rebahdan: Aişə (radıyallahu anhə) insanların ən alimi, ümumi məsələ¬lər haqqında insanların ən gözəl fikirlisi idi.
Zühri də belə demişdir: Aişənin (radıyallahu anhə)  elmi, Peyğəmbərin (səllallahu aleyhi və səlləm)  digər zövcələrinin elmi və digər insanların elmi ilə müqayisə edilmiş olsa, Aişənin (radıyallahu anhə)  elminin daha üstün olduğu aydin olar.
Aişə anamızın ölüm anı !
İbn Əbu Muleykə Zəkvan ibn Əbu İmranın belə dediyini rəvayət edir:
– Aişə (radiyallahu anhə) can verəndə ibn Abbas (radiyallahu anhu) onun yanına gəldi və içəri girmək üçün izn istədi.
Mən onun yanına girdim. Onun başının üstündə qardaşı Abdurrahmənin oğlu Abdullah oturmuşdu. Mən ona dedim ki, İbn Abbas (radiyallahu anhu) girmək üçün icazə istəyir. O, cavab verdi:
– Mənim yaxamı ibn Abbasdan (radiyallahu anhu) qurtar. Mənim nə ona, nə də onun təriflərinə ehtiyacım yoxdur.
O, zaman Abdullah dedi:
– Ey anamız ! Həqiqətən ibn Abbas (radiyallahu anhu) sənin mömin oğullarından biridir. O, sənin üçün dua etmək və səninlə vidalaşmaq istəyir.
Aişə (radiyallahu anhə) fikrindən daşınaraq buyurur:
– O zaman buraxın, gəlsin.
İbn Abbas (radiyallahu anhu) daxil oldu və əyləşdi. Sonra isə buyurdu:
– Sevin ! Allaha and olsun ki, sənin ruhun bədənini tərk etdikdə sən bütün çətinlikləri və əzabları unudub Məhəmmədlə (səllallahu aəleyhi və səlləm) və dostlarınla görüşəcəksən.
Aişə (radiyallahu anhə) dedi:
– Daha sonra nə olacaq, ya İbn Abbas ?
– Sən Allahın Rəsulunun (səllallahu aleyhi və səlləm) ən sevimli həyat yoldaşı idin, o isə yalnız gözəlliyi sevirdi. Sən əl-Əbvdə gecə öz boyunbağını itirmişdin və Allahın Rəsulu (səllallahu aleyhi və səlləm) onu tapmaq qərarına gəldi. Bunun nəticəsində insanlar susuz qaldı və Allah bu ayəni göndərdi:
“….pak bir torpaqla təyəmmüm edin…” (Nisa surəsi, 43)
Sən Allahın bu icmaya bu cür rahatlıq göndərməsinin səbəbisən. Sonra Uca Allah göyün yeddi qatının yüksəkliyindən üzərindən dinsizlərin iftirasını götürərək, səni təmizə çıxardı. Elə bir məscid yoxdur ki, Allahın adını anaraq gecə və gündüz sənin günahsızlığın haqda ayələr oxunmasın.
Aişə (radiyallahu anhu) ağlamağa başlayır və buyurur:
– Deyilənləri qəbul edirəm, lakin bir gün Rasulullahdan (səllallahu aleyhi və səlləm) soruşdum:
– ”Ya Rasulullah (səllallahu aleyhi və səlləm), Qiyamət günündə, anaların körpələrini atıb qaçdığı bir gündə çevrilib, arxana baxıb:” Bir Aişə adlı zövcəm vardı”- deyə məni xatırlayacaqsanmı? Peyğəmbər (səllallahu aleyhi və səlləm) cavab verdi:
– Ya Aişə, 3 yer vardır ki, səni orada xatırlaya bilməyəcəm !
1. Hesab yerində,
2. Sırat körpüsündə,
3. Cənnət və Cəhənnəm əhlinin ayrıldığı yerdə.
Bu 3 yerdə səni xatırlaya bilməyəcəm, ya Aişəm. Öz başının çarəsini qıl !
Sonra Aişə (radiyallahu anhu) hönkürərək sözünə davam edir:
– Kaş ki, bir ağac olardım. Məni yandırardılar, külüm havaya sovrulaydı, amma Aişə adı dəftərlərə yazılmayaydı. Kaş ki, yaradılmayaydım.
Ya ibn Abbas, məni rahat burax. Allaha and olsun ki, dalğınlığa təslim olub həmişəlik unudulmaq istərdim və sonra bu ayələri oxudu:
-“Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)
Aişə (radıyallahu anhə)  2210 hədis rəvayət etmişdir. Buxari və Müslim 174 hədisdə ittifaq etmişlər, ayrıca Buxari 54, Müslim 68 hədis rəvayət etmişdir.
Aişə (radıyallahu anhə) 65 yaşında vəfat etmişdir.
—————————
Hazirladi:  Abdul-Azim Salafy

Heyvanın yerdən çıxması.


Allah buyurur: O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Nəml-82.

   Həmin heyvan çıxıb və deyəcək kim Kafirdir və kim Mömin,:yəni insanlarlara  onların əlamətlərini deyəcək onları tanımag ilə,və onlar ilə söhbət edəcək,və deyəcək:ey müsəlman və deyəcək ey kafir,və bu Allah kəlamının mənasıdır :(onlar ilə danışacağ) qeyri adi danışığ ilə, və bizə onun çıxdıği yer haqqinda bir məlumat yoxdur,yalnız onun yerdən çıxdığına iman gətiririk hansı ki, bizə geybı Bilən bildirmişdir və onu təsdiqləyirik , Allah buyurur: O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.
العقيدة الطحاوية
الشيخ
صالح بن فوزان الفوزان
Tahavi əgidəsi.
Şərh
Şeyx Saleh bin Fovzan əl Fovzan
Abu Muhammed.

Isa əleyhiSalam niyə gəlib donuzları öldürəcək?

Abu Hureyrədən رضي الله عنه rəvayət olunur ki:
Peyğəmbər صلى الله عليه وسلم  demişdir: “Allaha and olsun, Məryəm oğlunun nazil olub üzərinizdə hökm etməsi, xaçların sındırması, donuzların öldürməsi, cizyənin götürülməsi,və mal dövlət elə çoxalacağ ki heç kəs  sədəqə götürməyacək . Buxari ,Muslim




İbn Bəttal رحمه الله demişdir:
Və dəlil olan odur ki donuz İsanın şəriətində haram olub ,onun öldürülməsi nəsranilərin yalanın çıxmasıdır ki guya onların şəriətində o halal olub.
Şərh səhih Buxari.6-344

Nəvəvi رحمه الله demişdir:
Bunda cumhurun məzhəbindən dəlil vardır ki ,əgər küfr diyarında donuz olarsa və ya geyrilərində onun öldürülməsi mümkümdür.
Şərh Müslim 2-190

İbni ət-Tin demişdir:
Istisna olaraq Şafiilərdən bəziləri dedilər:əgər quduzluğu yoxdursa öldürülməz.Cumhur isə mütləq olaraq öldürülməsinə icazə verdi.Sonra müəllif  Abu Hureyranın hədisındə Məryəmin oğlu İsanın xaçların qırması və donuzları öldürülməsini zikr edərək və (donuzlari öldürəcək) sözünə izah verərək :yəni məhf etməsinə əmr verəcək,haram ın yeyilməsinin artması nəticəsində,və burda nəsranilər üçün böyük bir məzəmmət vardır hansılar ki iddia edirlər ki onlar İsanın yolundadırlar ,sonra donuzun yeyilməsini halal görürlər və İsaya məhəbətdə hədlərini aşırlar.
Fəthul bəri 4-414.

Və hamçımın رحمه الله demişdir:
(xaçları qıracağ,donuzları öldürəcək) yəni :nəsranilərin dinini batil edəcək ,çünki xaçların qırılması haqdır,və təzim olunan şeylərı iddia etdiləcəklərini batil edəcək.
Və hədisdən  faydalar: donuzun əldə etməsi haramdır,yeyilməsi haramdır,həqiqətəndə nəcisdir,çünki bir şeyin onunla istifadə etməsi məhf etməsi təyin olunmuşdur,və istifadəsi münkərlərdəndir,və kəsər alətini yararsız edər.
Fəthul bəri 5-491


Əbu Məhəmməd…

Sən hansı qadını sevirsən?

Sən hansı qadını daha çox sevirsən?

Məndən soruşurlar ki, sən hansı qadını daha çox sevirsən? Mən deyirəm: Kim məni doqquz ay gözləyibsə. Məni gələcək üçün gözyaşları ilə, sevinc və fərəh ilə, sağlam və xəstə olanda belə hazırlayıbsa və məni öz hesabına tərbiyə edib hazırlayıbsa.

Belə ki, göz yaşları ilə, sevincli anları ilə, sağlam olduqda və xəstə olduqda belə öz zəhməti ilə mənim gələcəyim üçün hazırlıq görüb. Mən xəstə olanda qayğıma qalıb, sevinc içində olanda sevinib, sağlam olanda məni qoruyub və bütün bunları o öz sağlamlığının ziyanına edib. Onun sevgisi mənim qəlbimdə əbədi olaraq ən böyük bir şəkildə qalacaq. Allah təala həm bizi, həm də sizi analarımızla bərabər qorusun. Amin! Onlara haqqlarını ödəyə bilmədiyimiz üçün uca Allah onlara çox-çox mükafatlar versin. Çünki biz analarımıza bizə etdikləri müqabilində heç bir mükafat verməyə layiq və qadir deyilik. Allah təala bizi onlara istədikləri və razı qaldıqları övladlar etsin. Amin! Gəlin hamılıqla analarımızın qədrini bilək! Amin! Hazırladı: Əkrəm Həsənov…

Siğənin haram olmasının bəzi dəlilləri.

Biz keçən yazımıza ümumi olaraq siğə haqqında qısa da olsa məlumat verdik. Qeyd etdik ki, müasir gənclərimiz bu mövzuda aldanır və yetərincə açıq-aşkar dəlilləri görməzlikdən gəlirlər. Heç kimin halalı haram və haramı halal etmək səlahiyyəti yoxdur. Bu səlahiyyat ancaq Allaha və onun elçisi Məhəmmədə (ona və ailəsinə salam olsun) aiddir.

Ola bilər ki, hansısa bir məsələ bizim xoşumuza gəlsin və biz həmin əməli edək, ancaq nəfsimizə aldanıb heç vaxt iddia edə bilmərik ki, hansısa bir məsələni mən icra edirəmsə demək bu halaldır. Xeyir sənə görə bu halal ola bilər. Amma sən nə bilə bilərsən ki, bu həqiqətən də halal deyil. Bunu ancaq Allah və sonra elçisi Məhəmməd (ona və ailəsinə salam olsun) bizə bildirə bilər. Biz qeyd etmişdik ki, siğə cahiliyyə nigahlarından olduğu üçün Allahın elçisi (ona və ailəsinə salam olsun) bunu birdən-birə haram etməmiş, tədricən haram etmişdir. Bununla bağlı tutarlı və əsaslı dəlillər vardır. Bu araşdırmamızı sona qədər izləsəniz şahidi olacaqsınız ki, Allahın izni ilə biz burada şiə mənbələrindən də istifadə edəcəyik. Şiyələrin bu barədə bütün ortaya qoydaqları məlumatları qeyd edəcəyik və yalnış tərəflərini də göstərəcəyik. Allah təala bu xeyir işdə bizə kömək etsin. Amin!
Keçən yazımızda qeyd etdik ki, siğə cahiliyyə dövrünün nigahıdır. Bununla bağlı Allah elçisinin (ona və ailəsinə salam olsun) möhtərəm xanımları, möminlərin analarından biri olan, islamın yetişdirdiyi ən böyük fəqihçilərdən və bəşəriyyət tarixində elmi səviyyəsi olan Aişə (r.a) bir rəvayətində cahiliyyə dövründə olan dörd cür nigah növünü qeyd edibdir ki, bunlarında arasında siğə nigahı durur. Bununla bağlı olaraq Buxarinin Səhihində Nigah, Əbu Davudun Hədis Kitabında Talaq bölmələrində rəvayət etdikləri hədislərə baxa bilərsiniz. Biz bununla bağlı Buxaridə haram edilmiş bir çox nigah növlərinə rast gəldik. Onları burada qeyd etmək yerində olar. Bunlardan bizim bildiyimiz, əri olan bir qadını nigahlamaq, dörd qadından artıq qadını nigahlamaq, ögey qızınla nigahlanmaq, iki bacını birlikdə nigahlamaq, siğar nigahı etmək (yəni qızını kiməsə verib, qızını verdiyi kimsədən də qızını almaq, məsələn bir kişi öz qızını dostuna verib və dostunun qızını da alır və arada heç bir mehir və s. verilmir), muta nigahı (siğə nigahı) etmək tamamilə haram edilibdir. Xüsusiilə bizim mövzumuz olduğu üçün siğə haqqında gələn qadağanla bağlı Buxaridə qeyd edilən bəzi hədisləri nəzərinizə çatdırmaq yerinə düşür. Buxari, ravilərin adını ardıcıllıqla qeyd edərək Həzrəti Əlinin (Allah ondan razı olsun) İbn Abbasa belə dediyini rəvayət edir: “Rəsulullah (ona və ailəsinə salam olsun) Xeybər qəzvəsində (döyüşündə) siğə nigahını və ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi”. Bu hədisi Həzrəti Əli (Allah ondan razı olsun) rəvayət edib. Həzrəti Əlini (Allah ondan razı olsun) özünə nümunə götürən şiə qardaşlarım nə üçün Əliyə itaət etmirsiniz. Halbuki siz özünüz deyirsiniz ki, Həzrəti Əli birinci imam və həmçinin Əbubəkrin yerinə xəlifə olmalı idi. Hanı ona göstərdiyiniz ehtiram və hörmət. Onun Allah rəsulundan (ona və ailəsinə salam olsun) bizlərə və sizlərə haram etdiyi bir qadağanı niyə halallaşdırırsınız? Dəliliniz nədir? Siz tələsməsəniz sizin də gətirdiyiniz dəlilləri ortaya qoyacağam. Buxari ravilərin zincirini dəqiq apararaq Əbu Cəmrədən (Allah ondan razı olsun) rəvayət edir: Mən İbn Abbasdan (Allah ondan razı olsun) eşitdim: Ona qadınla siğə nigahı etmək haqqında soruşduqda, o buna icazə verdi. Bunu görən ibn Abbasın bir köləsi İbn Abbasa dedi: “Bu siğə nigahı ancaq qadının ehtiyacının şiddəti və qadınların azlığı və yaxud döyüş vaxtlarına aid deyildirmi?”. İbn Abbas ona: “Bəli, elədir, sən haqlısan” deyə cavab verdi və onun sözünün doğruluğunu təsdiqlədi. Demək şiddətli müharibə vaxtı, qadınların çox olub, kişilərin az olduğu bir vaxt bunun halal olmasını İbn Abbas təsdiq etmişdir. Biz inşallah gələcək yazılarda bununla bağlı qəti qadağanla gəlmiş hədisləri də qeyd edəcəyik. Yenə Buxari ravilərin adlarını qeyd edərək Cabir bin Abdullahdan (Allah ondan razı olsun) və Sələmə bintil Əqvadan (Allah ondan razı olsun) rəvayət edir ki, onlar dedilər: Biz bir ordunun içərisində idik. Allahın rəsulu (ona və ailəsinə salam olsun) bizim yanımıza gəldi və dedi: “-Sizə siğə (muta) surətiylə (müvəqqəti bir vaxt üçün) nigaha və evlənməyə icazə verildi. Müvəqqəti bir vaxt üçün evlənə bilərsiniz”. İbn Əbu Zib (Allah ondan razı olsun) də belə dedi: Mənə Sələmə ibnul Əqvanın (Allah ondan razı olsun) oğlu İlyas, atasından, o da Allahın rəsulundan (ona və ailəsinə salam olsun) rəvayət edib belə dedi: “Hər hansı bir kişi ilə bir qadın sözləşib, müddət təyin etməyərək evlənməkdə qərara gəlsələr, bunların birlikdə yaşamalarının müddəti üç gecədir. Üç gecədən sonra bu cütlər bu müddəti artırmaq istəsələr artırarlar, yaxud ayrılmaq istəsələr, bir-birlərindən ayrılarlar”. Bunu rəvayət edən Sələmə ibnul Əqva (Allah ondan razı olsun) deyir ki, “Bilmirəm, bu icazə bizə Peyğəmbərin (ona və ailəsinə salam olsun) səhabələrinə aiddirmi, yoxsa bu ümmətin bütün müsləmanları da bura şamildirlər?”. Əbu Abdullah əl-Buxari bu hədsiləri qeyd etdikdən sonra deyir ki: “Siğənin hökmünü Həzrəti Əli (Allah ondan razı olsun) Məhəmməd peyğəmbərdən (ona və ailəsinə salam olsun) rəvayət edərək: Siğə, nəsx edilmişdir” demişdir. Beləliklə siğə sonradan haram edilibdir. Çox təəssüf ki, bunun haram edilməsi haqqında olan hədis çoxlarına çatmayıb. İbn Əbu Zibin (Allah ondan razı olsun) rəvayəti siğənin tədbiq etmə şəklini göstərməkdədir. Siğə (Muta) nigahı müvəqqəti bir vaxt üçün iki tərəfin qarşılıqlı razılığı ilə müəyyən bir qiymət müqabilində qadını kiralamaqdır. Bu bir nigah deyildir. Çünki, nigah cütlərin bütün həyatı boyu birlikdə yaşamaq üzrə bir ailə yuvası qurmalarıdır. Siğə də isə baxmayaraq ki, iki tərəfin razılğı vardır, amma bu müvəqqəti hal kəsb edir. İslamın zühurundan sonra bəzi döyüşlərdə müsəlmanların zina etmələrinin qarşısını almaq üçün keçici olaraq buna icazə verilib. Sonra Allahın izni və əmri ilə Allah rəsulu (ona və ailəsinə salam olsun) tərəfindən tamamilə nəsx olunub, qadağan olunub və haram elan edilibdir. Bu barədə şiə alimləri də ixtilaf ediblər. Bir çox şiə alimləri Həzrəti Əlidən (Allah ondan razı olsun) və digər imamlardan gələn səhih mənbələri əsas götürərək həqiqətən də siğənin nəsx olunduğunu bildiriblər. Tarix boyu bu nəsxi bir çox şiələr gizlədərək bu barədə həqiqəti ortaya qoymağa çəkiniblər. Qeyd edək ki, bu gün bütün islam dünyasında yalnız şiələr bu siğə məsələsinə halal olaraq baxırlar. Bununla onlar zinanı açıq-aşkar qanuniləşdrirlər. Çünki bu gün zina edən iki cütlük də öz xoşları və qarşılıqlı razılıqları bir neçə saata cütləşir və bunun üçün gəncləri şiə mollaları aldadaraq onları zina kimi böyük bir təhlükəyə atırlar. Bu gün bir çox şiə mollaları gəncləri belə bir yalanla aldadırlar və gənclər deyirlər ki, onlar münasibət qurmaq istədikləri qızı şiə mollasının yanına apararaq, nə isə müəyyən dualar oxumaqla onları siğə ilə təmin etmiş olur. Guya siğə şəklində onları nigahlayır. Bununla da gənclərin zina etməsini şiə mollaları onlar üçün halalallaşdırır. Əsasən bir çox tələbə gənclərimiz və dini bilməyən və islamda zəif olan gənc oğlan və qızlar bununla öz həyatlarını və gələcəklərini təhlükəyə atmış olurlar. Allah təala bu cür təhlükələrdən bizim müsəlman gəncləri qorusun. Amin!
İslamın mənimsədiyi əsl həqiqət və halal nigaha bir çox istiqamətlərdən tərs düşən müta (siğə) nigahını Rəsulullah (ona və ailəsinə salam olsun) birdən-birə qadağan etməmişdir. Bu səbəblə, bu barədə bizə gəlib çıxan bütün hədislərin və xəbərlərin gəliş tarixlərini və ümumiyyətlə nəsx və mənsux haqqında elmi olmayanalar yalnız gələn hədis və xəbərləri zikr edir və sonradan qadağan olunmuş məsələləri qeyd etmirlər. Gənclər bilməlidirlər ki, islam bütün qayda və qanunlarda tədricilik yolunu tutub. İslam gələndan sonra birdən birə haramı halal və ya halalı haram etməyib. Allah və sonra onun Rəsulu (ona və ailəsinə salam olsun) da birdən birə cahiliyyə adətlərinə qadağa qoymayıblar. Bütün haram və xətalı işlər tədricən nizamlanıbdır. Qurani Kərim 23 il ərzində və tədricən nazil olmuşdur. Şərab tədricən haram edilmiş, donuz əti, fal oxları, digər bütün məsələlər hamısı tədricən qadağan olunmuşdur. Haram olan siğə də birdən-birə yox tədricən haram edilmiş və Allah rəsulu (ona və ailəsinə salam olsun) artıq siğəni Qiyamətə qədər haram elan etmişdir. Peyğəmbərin (ona və ailəsinə salam olsun) vaxtında icazəli olan siğə haqqında kifayət qədər hədislər vardır. İbnu Məsuddan (Allah ondan razı olsun) gələn bir rəvayət belədir: “Biz, Rəsulullahla (ona və ailəsinə salam olsun) döyüşə çıxmışdıq. Yanımızda qadın yox idi. “Tənasülümüzü (övrət yerimizi) burdurub qadınlaşsaq olmazmı?” dedik (İbn Hibban (Allah ondan razı olsun) səhihində deyir ki, onlar belə dedikləri vaxt artıq siğə haram elan edilmişdir). Bunu etməyi bizə qadağan etdi. Lakin bir geyəcək (kimi sadə ödəniş) qarşılığında, qadınlarla bir müddət üçün nigah etməmizə icazə verdi”. Abdullah İbnu Məsud (Allah ondan razı olsun) (fikirinə dəlil olaraq) bu ayəni oxudu. (Tərcümə olaraq): “Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz və gözəl şeyləri özünüzə haram edib də həddinizi aşmayın. Həddini aşanları Allah əlbəttə sevməz” (Maidə 87). Bunu deyək ki, Müslim, hədisin bir başqa versiyasında, ayəylə dəlil gətirməyin İbnu Məsudun (Allah ondan razı olsun) əməli olmadığını yazır. Bu vəziyyətdə ayəni oxuma işi ona deyil, ondan sonra gələn bir raviyə aiddir. Bu hədisdə İbnu Məsudun (Allah ondan razı olsun) siğəyə (muta) nigahına sənəd verdiyi anlaşılır. Sənəd ifadə edən digər rəvayət sahibləri haqqında deyildiyi kimi, İbnu Məsud (Allah ondan razı olsun) üçün də: “Rəsulullahın (ona və ailəsinə salam olsun) qadağasını eşitməmiş ola bilər” şərhi verilib. Ancaq: İbnu Məsud (Allah ondan razı olsun), bu rəvayəti siğənin (mutanın) nəsx edildiyini eşitməzdən əvvəl etmiş ola bilər” demək daha doğru olar. Çünki Beyhaqi İbn Məsudun “Muta (siğə) mənsuxdur, onu İslamın gətirdiyi, boşanma, mehir iddət və miras kimi hökmlər nəsx etmişdir” dediyini yazır. İbnu Abbasın (Allah ondan razı olsun) bu məsələdəki yeri daha diqqət çəkicidir. Bəzi rəvayətlər, onun muta nigahına (siğəyə) fətva verdiyini, buna görə Hz. Əlinin (Allah ondan razı olsun) ona sərt çıxdığını və: “Sən xəta edənə bənzəyirsən. Allahın elçisi (ona və ailəsinə salam olsun) qadınlarla siğə etməyi qadağan etdi” dediyini rəvayət edir. Beyhaqinin bir rəvayəti bir ara İbn Abbasın (Allah ondan razı olsun) bu məsələdəki fətvalarıyla sadəcə Həzrəti Əlinin (Allah ondan razı olsun) deyil, elm əhlinin tərzini də üzərinə çəkdiyini, ancaq onun bu məsələdəki fikrində dayandığını, belə ki, bəzi şairlərin şerlərinə belə hədəf olduğu bildirilir. Belə ki, sonda İbn Abbas (Allah ondan razı olsun) da rəyindən geri dönmüşdür. Tirmizi deyir ki, “…Sonra İbn Abbas (Allah ondan razı olsun) fətvasından, siğənin Allah elçisi (ona və ailəsinə salam olsun) tərəfindən haram edildiyi özünə xəbər verilincə geri dönüb”. Necə ki, İbn Abbas (Allah ondan razı olsun) nəsxdən xəbərdar olub siğə haqqında deyir: “Siğə, leş və donuz əti kimi haramdır”.
İbnu Abbasın (Allah ondan razı olsun) məşhur olan fətvasının mahiyyəti haqqında Xattabinin Səid İbnu Cübeyrdən (Allah ondan razı olsun) yazdığı bir rəvayəti yazmaqda fayda ümid edirik: “Səid İbnu Cübeyr (Allah ondan razı olsun) rəvayət edir: “İbni Abbasa (Allah ondan razı olsun) dedim ki: “Sən nə etdiyini, nəyə fətva verdiyini bilirsənmi?” Səid İbnu Cübeyr (Allah ondan razı olsun), haqqında yazılan şeri oxuyaraq fətvasının necə istismar edildiyini göstərir. Şeiri eşidən İbnu Abbas (Allah ondan razı olsun) bu cür deyir: “İnna lilləhi və inna ileyhi raciun! Allaha and olsun, mən bu məqsədlə fətva vermədim və bunu heç ağılımdan keçirmədim. Mən, (siğə nigahını), Allahın leşi, qanı və donuz ətini halal etdiyi şərtlərdə halal etdim [Yəni necə ki, Allah təala məcbur qaldıqda və həddini aşmadan donuz ətindən, leşdən yeməyə icazə veribdir]. Siğə yalnız məcbur vəziyyətdə olanlara halal idi. O eynilə leş, qan və donuz əti kimi (haram)dır”. Bu rəvayəti yazan Xattabi, İbnu Abbasın (Allah ondan razı olsun) sözündən çıxa biləcək “Zərurət halında, eynilə leş, qan və donuz ətini yemək necə caiz olduğu kimi muta (siğə) etmək də məcbur olduqda caiz ola bilər hökmünün səhvini ifadə edir. Ona görə səhv iki nöqtədən irəli gəlir:
1) Bu hökmə gedərkən nassa dözülməz, müqayisəyə gedilmiş olar. (Halbuki nassın yəni Rəsulullahdan açıq hökmün olduğu yerdə müqayisəyə yer verilməz. Muta (Siğə) nigahını qadağan edən nass mövcuddur.)
2) Mutanın (Siğənin) qida barəsində məcbur qalınana bənzədilməsi də səhvdir. Çünki qida tapa bilməyən kimsə həyati təhlükədədir, ölməmək üçün haram yeməsinə icazə verilmişdir. Halbuki muta (siğə) məsələsi şəhvətin qələbəsi ilə əlaqədardır. Burada adam, həyati təhlükə ilə qarşılaşmayacağı üçün məcbur sayılmaz. Şəhvətə səbr etmək mümkündür. Ayrıca şəhvət, oruc və dərman yoluyla da qırıla bilər. Elə isə “qida” və “şəhvət” zərurət olmadan eyni dəyərdə deyildirlər, başqa sözlə hökmləri də fərqlidir. Qənaətimizə görə İbnu Abbasın (Allah ondan razı olsun) fətvası, Xattabinin dediyi kimi “uzun qürbət”, “ehtiyac” və “kasıblıq” səbəblərinə bağlı deyil. Nass (Quran və Sünnə) olduğu zaman müqayisə yoluyla fətvaya gedilməyəcəyini İbn Abbas (Allah ondan razı olsun) hər kəsdən yaxşı bilir. Fətva alimlərin ittifaqla ifadə etdiyi kimi, bu məsələdəki nasslardan xəbərdar olmama səbəbinə söykənir. İbnu Abbas (Allah ondan razı olsun) kimi uca bir səhabə hədisi eşitməmiş ola bilərmi? – deyə ediləcək bir etiraza dərhal cavab verək: “Bu çox təbii və Həzrəti Əbu Bəkr (Allah ondan razı olsun), Həzrəti Ömər (Allah ondan razı olsun) kimi – həm də ilklər arasında iştirak edən – digər böyüklərdə də tez-tez rast gəlinən bir vəziyyətdir”. Bu mövzudakı qadağan edici hədislərə bağlı olduğu dövrə aid olduğu aydın olan bir başqa rəvayətdə İbnu Abbas (Allah ondan razı olsun) belə deyir: “Muta nigahı (siğə) İslamın başlanğıcında caiz idi. Adam (ticarət malıyla) tanıdığı bir adamı tapa bilməyən uzaq bir diyara gedərkən, orada qalacağını təxmin etdiyi müddət üçün bir qadınla muta nigahı ilə evlənərdi. Qadın da onun əşyalarını o müddət içində mühafizə edər, məsələsini islah edərdi. Bu hal, bu ayənin nüzuluna qədər davam etdi (Tərcümə olaraq): “Ancaq xanımlara və nökərlərinə qarşı müstəsna, bunlarla olan yaxınlıqlarından ötəri qınanmazlar….” (Məaric 30; Mu’minun 6). İbnu Abbas (Allah ondan razı olsun) davamla deyir ki: “Bu ikisi xaricindəki bütün fərclər (orqanlar) haramdır”. İbnu Abbasın (Allah ondan razı olsun), ayətdən hərəkətlə muta nigahı ilə alınan qadının zövcə sayıla bilməyəcəyinə hökm etdiyi ifadə olunub. Çünki ayədə yalnız arvadlarla milk-i and deyilən kölə qadınlar halal hesab edilməkdədir.
Bu araşdırmada Tahavi və İbn Həcərin Fəthu-l Bari əsərindən istifadə olunubdur. Hədisləri isə məşhur və səhih hədis kitablarından qeyd etmişik. Materialı hazırlayarkən isə əsasən “Kutubu Sittə” adlı kitabdan geniş istifadə olunub. Bu barədəki araşdırmamızı Allahın köməyi ilə ortaya qoyacağıq. Həmçinin yuxarıdan bu yerə qədər bizə çox şey məlum oldu. Əsasən bunu bir daha bildik ki, hətta ən məşhur və böyük səhabələrdən bir çoxu belə siğənin haram olması haqqında qəti xəbəri eşitməyib və Həzrəti Əli (Allah ondan razı olsun) kimi böyük səhabələr xəbər verdikdən sonra təsdiqləyiblər. Allah bizim bütün gənclərimizi doğru yola müvəffəq etsin. Amin.
Hazırladı: Əkrəm Həsənov.

İSLAM DİNİ ƏN KAMİL DİNDİR.

‎:::ƏN KAMİL DİN HANSIDIR?:::

:::YƏHUDİLİK?:::

:::XRİSTİANLIQ?:::

:::yoxsa, İSLAM?:::

..Günlərin bir günü Müsəlmanlar, Yəhudi və həmç. Xristianlar ilə münazərə etmək təklifini qəbul edirlər.. Bu 3`lü münazərədə əsas hədəf Müsəlmanlar olsa da, Xristianlar və Yəhudilər arasındakı ixtilaflar da, mübahisə mövzusu idi.. 

..Münazərədə ilk söz Müsəlman`lara verilir.. Bu ilk sözlər münazərənin müqəddəratını həll edir.. Müsəlmanlar belə deyirlər:

” – İSLAM DİNİ ƏN KAMİL BİR DİNDİR.. BUNU UCA ALLAH ÖZ MÜBARƏK KİTABINDA BİLDİRİR (əl-Maidə, 3).. BUNA BAŞQA DƏLİLLƏRİMİZ DƏ, VAR..

ƏGƏR YƏHUDİLƏR CƏNNƏT`ə GİRSƏ, BİZ DƏ, CƏNNƏT`ə GİRƏCƏYİK.. LAKİN, XRİSTİANLAR GİRƏ BİLMƏYƏCƏK.. ÇÜNKİ, YƏHUDİLƏRİN PEYĞƏMBƏR KİMİ QƏBUL ETDİKLƏRİ MUSA`nı (عليه السلام) BİZ DƏ, PEYĞƏMBƏR OLARAQ QƏBUL EDİRİK, SEVİRİK, LAKİN, XRİSTİANLAR ƏSLA ONU PEYĞƏMBƏR OLARAQ TANIMIRLAR…

ƏGƏR XRİSTİANLAR CƏNNƏT`ə GİRSƏ, BİZ DƏ, CƏNNƏT`ə GİRƏCƏYİK.. LAKİN, YƏHUDİLƏR ƏSLA GİRƏ BİLMƏYƏCƏKLƏR.. ÇÜNKİ, XRİSTİANLARIN PEYĞƏMBƏR OLARAQ QƏBUL ETDİKLƏRİ İSA`nı (عليه السلام) BİZ DƏ, PEYĞƏMBƏR OLARAQ QƏBUL EDİRİK, SEVİRİK.. AMMA, YƏHUDİLƏR ONU ƏSLA QƏBUL ETMİRLƏR, ONA “ZİNADAN DOĞULMUŞ UŞAQ” – DEYİRLƏR…

MÜSƏLMANLAR ALLAH`ın RƏHMƏTİYLƏ CƏNNƏT`ə GİRƏCƏK, LAKİN, ƏHLİ-KİTAB GİRƏ BİLMƏYƏCƏKLƏR.. ÇÜNKİ, ONLAR BİZİM PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD MUSTAFA`nı (صلى الله عليه وآله وسلم) ƏSLA ALLAH`ın ELÇİSİ OLARAQ QƏBUL ETMİRLƏR..

BELƏLİKLƏ, İSLAM DİNİ ƏN KAMİL DİNDİR..”

Hazırladı: Ayxan Məmmədəlioğlu

Hidayət adı altında azğınlıq edənlər

Möminlərin Əmiri Ömər b. əl-Xattab (رضي الله عنه) buyurur:


لا عذر لأحد في ضلالة ركبها حسبها هدى ولا في هدى تركه حسبه ضلالا، فقد بُيِّنت الأمور وثبتت الحجة وانقطع العذر؛ وذلك أن السنة والجماعة قد أحكما أمر الدين كله وتبين للناس، فعلى الناس الاتباع

” ..Hidayət adı altında azğınlıq edənin və (həmç.) Hidayəti azğınlıq adı altında tərk edənin ÜZR`ü yoxdur.. ƏMR`lər qoyulmuş, HÜCCƏT`lər aşkar edilmiş və ÜZR QALXMIŞDIR.. Bu səbəblə, SUNNƏT və CAMAAT – dinin bütün hökmlərini təyin etmiş və (bunu) insanlara açıqlamışdır.. Belə halda, insanların üzərinə düşən haqq – onlara uyğun şəkildə tabe olmaqdır.. “

________________________________

شرح السنة

“Şərhu`s-Sunnə”


Hazırladı: Ayxan Məmmədəlioğlu