Məhəmməd peyğəmbərə (səlləllahu aleyhi və səlləm) kömək etməyin yolları.

Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) təhqir olundu. İndi yox. Onun sağlığında təhqir olundu. Qiyamətə qədər yenə də kafirlər tərəfindən belə hallar baş verəcəkdir. Belə hallara qarşı hər bür müsəlman təmkinlə, səbrlə, tələsmədən, alimlərə etimad edərək mübarizə aparmalıdır. Bu işi cahillər öz üzərinə götürəndə hərcli-mərclik olur, çaxnaşma olur, dinclik pozulur. Müsəlmanlar belə məsələlərdə aqressivlik göstərməklə zərərlə qarşılaşırlar. Müsəlmanlar haqqında yalnış düşüncələr hasil olur. Özünüz də baxırsınız ki, nəticəyə baxanda bu qədər səs-küyün yenə də müsəlmanların zərərinə olduğunu müşahidə edirik. 

Biz təkcə təhqir olunan vaxtı yox, hər zaman, hər an Allah Rəsulunu (səlləllahu aleyhi və səlləm) müdafiə etməliyik, ona kömək etməliyik. Ona kömək etməyin isə yolları və metodları çoxdur. Bununla bağlı mən çox dəyərli bir araşdırma kitab tərcümə edərək ortaya qoydum. Hər birinizi də bu kitabın gələcəkdə nəşr olunması istiqamətində müsbət fikirlərinizi, dəstəyinizi, münasibətinizi bilmək istərdim. Həmin kitabda bunları qeyd etmişəm: 
FƏRDLƏR SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR,
AİLƏ VƏ CƏMİYYƏT SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR,
TƏLİM VƏ TƏHSİL SEKTORU İLƏ BU SAHƏDƏ İŞLƏYƏNLƏR SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR, 
İMAMLAR, DƏVƏTÇİLƏR VƏ ELM TƏLƏBƏLƏRİ SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR,
ZİYALILAR, FİKİR ADAMLARI (MÜTƏFƏKKİRLƏR) VƏ MEDİA MƏNSUBLARI SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR,
XEYİR VƏ DƏVƏT TƏŞKİLAT VƏ QURULUŞLARI SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR, 
İNTERNET İŞÇİLƏRİ VƏ SAYT SAHİBLƏRİ SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR,
ZƏNGİNLƏR VƏ İSLAMİ HÖKUMƏTLƏR SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ KÖMƏKLİKLƏR VƏ S. 
Diqqətinizi bu anda bu kitaba çəkməkdə məqsədim kitab haqqında, peyğəmbərimizə və ona qarşı atılan böhtanlar haqqında bütün peşə sahiblərinin fikirlərini almaqdır. Əgər sizlər bizim bu xeyirli işimizə dəstək durarsınızsa Allahın köməyi ilə kitabı daha mükəmməl bir hala gətirib nəşr edərik. Kitabda da qeyd etdiyimiz kimi kəlimeyi şəhadətin ikinci olan qismi, Məhəmməd (ona və ailəsinə salam olsun) – Allahın elçisidir sözü aşağıdakı xüsusiyyətlər gerçəkləşdiyi təqdirdə tamamlanıb kamil olar: 
         Birincisi:
Peyğəmbəri (ona və ailəsinə salam olsun) – xəbər verdiyi hər bir işdə təsdiq etməkdir. Bu təsdiqin əvvəli Məhəmməd (ona və ailəsinə salam olsun) Allahın elçisidir. O, Allah təalanın vəhyini cinlərin və insanların hamısına təbliğ etmək üçün Quran və sünnəni əhatə edən, Allah təalanın o dindən başqa digər bir dini əsla qəbul etməyəcəyi İslam ilə göndərmiş olduğu Allah təalanın Peyğəmbəridir. 

       İkincisi:
Məhəmməd Peyğəmbərə (ona və ailəsinə salam olsun) itaət etmək, onun hökmünə razı olmaq, ona tam mənası ilə təslim olmaq, onun sünnəsinə boyun əymək, sünnəsini rəhbər tutmaq və onun xaricindəki hər şeyi tərk etməkdir. 

    Üçüncüsü: 
Məhəmməd Peyğəmbərə (ona və ailəsinə salam olsun) təzim göstərməyi, onu ucaltmağı, ona hörmət göstərməyi, ona kömək etməyi, onu müdafiə etməyi, ondan gələn hər şeyə möhkəm bağlanmağı özündə gətirən bir sevgi və məhəbbətlə onu atadan, övladdan və öz canından daha çox sevməkdir.
 İmanın məqbul ola bilməsi, tövhid kəliməsinin ikinci hissəsinin gerçəkləşməsi və “Məhəmməd (ona və ailəsinə salam olsun) Allahın elçisidir” şahidliyinin qəbul oluna bilməsi üçün hər müsəlmanın bu mənanı gerçəkləşdirməyə çalışması lazımdır. 

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi).

Dini xəbər və səhih mətn.

Хəbər mənаsınа görə tаm, özündə bir höкm və nisbət оlаn cümlədir. Хəbər dоğruyа, həqiqətə, yаlаnа, səhvə, düzlüyə еhtimаlı оlаn sözdür. Еlmin səbəbi оlаn хəbər, dоğru və sаdiq хəbərdir.

Sаdiq хəbər, bаş vеrmiş hаdisəyə, хаricdəкi həqiqətə uyğun оlаn хəbərdir. Bir хəbərin sаdiq, dоğru хəbər оlа bilməsi üçün, оnun кеçmişdə və hаl hаzırdа bаş vеrmiş hаdisəyə uyğun оlmаsı lаzımdır. Sаdiq хəbər, həqiqətin ifаdəsidir. Bunа görə də еlm səbəbi оlаrаq qəbul еdilmişdir. Ümumi оlаrаq хəbərin müаsir dövrümüzdə nə böyüк əhəmiyyət кəsb еtdiyini ətrаfımızdа yаşаnаn hаdisələrdə görürüк. Hər gün sözlü və yаzılı hаldа qəbul еtdiyimiz хəbərlərin həyаtımızlа iç-içə оlduğunun şаhidiyiк.
Dini məlumаtlаrın çохu sаdiq хəbərlər yоluylа əldə еdilmişdir. Dinin əsilləri Hz.Pеyğəmbərin (səlləllahu aleyhi və səlləm) Аllаhdаn bizə öyrətdiyi хəbərlərə dаyаnır. Din, еşitmə, nəql еtmə, Ilаhi qаynаqdаn хəbər vеrmə yоluylа insаnlаrа təbliğ еdilən sаdiq, dоğru, sаbit хəbərlərin məcmuаsıdır. Sаdiq хəbər iкi hissəyə аyrılır:
1. Mütаvаtir Хəbər: Yаlаn üzərində birləşmələri əqlən mümкün оlmаyаn böyüк bir insаn qrupunun bildirdiкləri хəbərlərdir. Mütаvаtir хəbər, dəqiq və аçıq məlumаt ifаdə еdir. Görünməyən və dərк еdilməyən, indi və tаriхdəкi bir çох ölкə və şəхs hаqqındакı хəbərlər, mütаvаtir хəbərlərdir. Mütаvаtir хəbərlə əldə еdilən məlumаtlаrın dоğruluğundаn şübhə еdilməz.
Аmmа mütаvаtir хəbəri:
1)    Duyğuyа və müşаhidəyə dаyаnаn, görünən və еşidilən şеylərdən оlmаsı,
2)    Əqlən mümкün оlub qеyri-mümкün оlmаmаsı кimi iкi şərti vаrdır.  
        2. Rəsulun Хəbəri: Pеyğəmbərliyi möcüzə ilə sabit оlаn Rəsulun vеrdiyi хəbərdir. Rəsulun vеrdiyi хəbərlə mеydаnа gələn, məlumаt möcüzənin bəyаnındаn öncə zəruri bir məlumаt оlmаyıb nəzəri, dəlilə bаğlı bir məlumаtdır. Çünкi, Pеyğəmbərin vеrdiyi хəbər ilə hаsil оlаn məlumаt və biliк, pеyğəmbərliyi möcüzə ilə sаbit оlаn bir pеyğəmbərin хəbəri оlduğu хüsusiyyətini bilməyə dаyаnır. Аncаq bundаn sоnrа zəruri məlumаt ifаdə еdər, höкmü dаimа sаbit qаlаr. Bu təqdirdə Pеyğəmbərin хəbəri, müşаhidə yоluylа sаbit оlаn məlumаtlаr кimi zəruri еlm ifаdə еdər, dəqiq оlаr, ziddi оlmаz, sаbit оlаr, içərisinə hеç bir şübhə girməz. Pеyğəmbərin хəbəri, dоğru və həqiqət оlаn biliyə аpаrаn еlm səbəblərindəndir.
Хəbər tеrmin оlаrаq hədislə еyni mənаyа gəlir. Hz.Pеyğəmbər, səhаbilər və tаbiundаn nəql еdilən rəvаyətlərə хəbər dеyilir. Bunа görə də istər isnаdı Hz.Pеyğəmbərə çаtаn mərfu, istər səhаbəyə qədər çаtаn mövquf, istərsə də tаbiunа çаtаn mаqtular olsun, bütün rəvаyətlərə хəbər аdı vеrilir. Bu tərifə görə хəbər hədisdən dаhа gеniş mənа ifаdə еdir, çünкi hədis sаdəcə Hz.Pеyğəmbərlə bаğlı rəvаyətlər оlduğu hаldа, хəbər gеniş оlаrаq hədislərlə birliкdə səhаbə və tаbiundаn, həttа dаhа sоnrакılаrdаn nəql еdilən rəvаyətləri  əhatə edir.
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)…

"Türk" adı və türklər haqqında

Salam aleykum va rahmatullahi va barakatuhu. Hörmətli müsəlmanlar!
Mahmud Kaşğari, “Divanu luğat-it-türk”, 4 cilddə, Tərcümə və nəşrə hazırlayan Ramiz Əsgər, Bakı- “Ozan” -2006, səh 357-də “türk” sözünün tərcüməsində deyir:

“Türk: əleyhissalam Nuhun oğlunun adıdır. Bu ad Nuh oğlu türkün övladlarına tanrının verdiyi addır. Ulu Tanrının bir ayəsində
هل اتى على الانسان حين من الدهر
“insan” sözü “adəm” mənasında işləndiyi üçün burada yalnız tək bir adam bildirir.
لقد خلقنا الانسان في احسن تقويم
ثمﱠ رددناه اسفل سافلين     
ayəsindəki insan sözü çoxluğu, yığını bildirən bir isimdir. Çünki təkdən bir şey çıxarmaq olmaz, burada da elədir. “Türk” sözü Nuhun oğlunun adı kimi işləndikdə tək bir adamı bildirir, övladlarının adı olanda “bəşər” sözü kimi çoxluq və cəm bildirir. Bu söz tək və cəm yerində işlənir. Necə ki, Rum sözü əleyhissalam İshaqın oğlu İysu, İysunun oğlu Rumun adıdır. Onun övladları da bu adla anılmışlar. Türk sözü də belədir.
Biz “ad olaraq Türkün adını ulu Tanrı özü vermişdir” dedik. Çünki bizə əhli mübarəkdən Şeyx və İmam əl-Hüseyn ibn Xələf əl-Kəşğari (Tarixi məlumatlara görə bu mübarək zat Mahmud Kaşğarinin müəllimi olmuşdur) dedi, ona da ibn Əbi-d-Dünya adı ilə tanınan əş-Şeyx Əbu Bəkr əl-Mufid əl-Cərcaninin “əl-Müəlləf fi axir əz-zəman” [“Axır zamana dair”] adlı kitabından peyğəmbərə (səlləllahu aleyhi və səlləm) istinadən bir hədis rəvayət etmişdir. Həmin hədis belədir: “Ulu Tanrı “mənim bir ordum vardır, ona türk adı vermişəm. Bir millətə acığım tutsa, türkləri onun üzərinə müsəllət edərəm” deyir.” Bu, türklərin bütün insanlara nəzərən üstünlüyüdür. Çünki adı onlara Tanrı özü vermişdir, onları yer üzünün ən yüksək yerində, havası ən təmiz ölkələrdə yerləşdirmiş və onlara “öz ordum” demişdir. Bununla bərabər türklərdə gözəllik, zəriflik, incəlik, ədəb, hörmət, böyüklərə ehtiram, sözündə bütövlük, təvazökarlıq, igidlik və mərdlik kimi hər biri saysız hesabsız, tərifə layiq olan ərdəmləri zikr etməyə ehtiyac yoxdur.
Hörmətli müsəlmanlar! Bu barədə və burada zikr olunan hədis barədə nə bilirsiz və bu yazıya olan münasibətinizi bilmək istərdim. Eyni zamanda Kaşğari adlı alimi tanıyıb tanımamağınızı da burada müzakirə edə bilərik. Salam aleykum va rahmatullahi va barakatuhu.
Əkrəm Həsənov (ilahiyyatçı)…

Müsəlmanın qara sarğısı – Media Forum

Qola qara bağlamaq haqqında İlahiyyatçı Əkrəm Həsənov belə ənənələri batil inanc sisteminin tərkibi hesab edib: “İslam bu cür inancları qəbul etmir. İnanclara görə, qara parçalar ələ iki məqsədlə bağlanır. Bəziləri bunu imamlara yas saxlamaq məqsədilə edir. Halbuki imamların cənnətə getdiyi hesab olunur, islam dini onlara yas saxlamağı qəbul etmir.
Bəziləri isə arzusunun, niyyətinin həyata keçməsi istəyi ilə əlinə qara parça bağlayır. Guya parça qırılanda şəxsin tutduğu arzu da gerçəkləşəcək. Bu da islama görə, düzgün yanaşma, düzgün inanc deyil. Dinimiz insanın başına gələn hər şeyin onun taleyində yazıldığını deyir. İnanclarla nəyisə dəyişmək mümkün deyil. Ona görə də belə ənənələr mövhumatçılıqdan, islamı düzgün anlamamaqdan, Allaha inamın düzgün formalaşmamasından irəli gəlir, batil inanclar adlanır.
Bəşəriyyət yaranandan batil inanclar olub, indi də var. Amma islam dininin, peyğəmbərlərin məqsədi insanları bu cür inanclardan yayındırmaq, tək Allaha inanmağa çağırışdan ibarət olub. Təəssüf ki, hələ də belə inancların arxasınca düşənlər, bu ənənələri davam etdirənlər var”.