Qiymət qaldırmaq günahdır

Qiymətləri qaldırmaq dinimizə görə icazəli sayılmır. Əgər siz dolların bahalaşmasını bəhanə edirsizsə bahalaşmadan əvvəl aldığınız qiymətə uyğun malınızı satın. Dollar bahalaşdıqdan sonra aldığınız malın qiymətini qaldırarsınız. Bu etdiyiniz isə ədalətsizlikdir. qiymet

Bunu dəfələrlə sosial şəbəkələrdə soruşublar ki, biz mallarımızı necə sataq? Bahalaşmadan əvvəl aldığımız qiymətə, yoxsa dolların qalxmasından sonra aldığımız qiymətə uyğun bahalı sataq. Bunun cavabı çox sadədir ki, siz dolların bahalaşmasından əvvəl aldığınız malı köhnə qiymətlə satın. Əgər dollar bahalaşdıqdan sonra malı almısınıızsa onda yeni qiymətə uyğun riayət edərsiniz. Üstəlik yerli malları niyə bahalaşdırırsız. Sanki bir fürsət gözləyirsiz ki, nəyisə bəhanə edib yerli malları da qaldırasınız. Belə ticarət halal sayılmır. Axı bizim yerli malların dollarla nə əlaqəsi var? Qiyməti özbaşına artırmaq dinimizə görə qadağan olunmuşdur.

Bu yazının qalanını oxu »

Son günlər qızlara yaxınlaşıb dinlərini sorğu edirlər.

kuceİnsanlar dini də şəxsiləşdirmək sevdasına düşüblər. Xüsusən xanımlara qarşı düşünə bilirsinizmi kimsə yaxınlaşıb sizin geyiminizə irad bildirsin. Birincisi belə bir halı mən görsəm həmin şəxsin elə günahkar olmasını özünə deyərəm. Çünki, sən əgər dinin təəssübkeşliyin çəkən bir adamsansa hansı inancla naməhrəm bir xanıma yaxınlaşıb geyimlə bağlı irad bildirirsən.

Bu yazının qalanını oxu »

İsrafdan maksimum çəkinin!

israfDollar qalxandan sonra hamı təkliflər səsləndirdi ki, artıq vəziyyət əvvəki kimi olmayacaqdır. Bu səbəblə iqtisad etmək, israfdan qaçmaq lazımdır. Əslində suyun bol olan vaxtı belə israfdan qaçmaq lazımdır. Bununla bağlı Qurani Kərimdə ayələr var. Misal üçün Yusif surəsində Allah təala israfdan qaçmağın misalını bizə bir şəxsin yuxusunda bildirir.

Bu yazının qalanını oxu »

Abort elətdirməyin günahı kimdədir?

abort“İslam dininə görə hamilə qadında heç bir problem və xəstəlik yoxdursa, uşağı götürtmək haram sayılır. Allahtəala Qurani Kərimdə yaradılışı bizə xəbər verəndə bir çox ayələrdə insanın ilk dəfə nütfədən yaratmasını, sonra onu müdğəyə (ət parçasına) çevirməsini, sonra ələqəyə çevirməsini, daha sonra formalaşdıraraq ana bətnində insan surətində yaratmasını xəbər verib.”

Bu yazının qalanını oxu »

Ən-Nimrin edamı məzhəblə bağlı məsələ deyil

“Bu münaqişədə əziyyət çəkən hər iki tərəf, udansa tək İsrail olacaq”

“Məhz Səudiyyə höküməti bu günahına görə onu edam etdi…”

nimr-1

Yaxın Şərqdə baş verən bütün hadisələrdə İran və Səudiyyə Ərəbistanı əks qütbdə olublar.Təbii ki, bunun bir çox səbəbi olsa da ilk öncə məzhəb ayrı – seçkiliyi əsas faktorlardan biri hesab olunmalıdır. İran hökuməti və əhalisi də hər zaman Səudiyyəni vəhhabi təriqətini yaymaqda və dəstəkləməkdə günahlandırır…

Bu yazının qalanını oxu »