BİZİMLƏ ƏLAQƏ

Bismilləhir-Rahmənir-Rahim. 

Əs-Səlamu Aleykum və Rəhmətullahi və Bərəkətuhu.  Bu sayt 18 Dekabr 2013-cü il tarixinə qədər blog kimi fəaliyyət göstərmişdir. Bu sayt 2010-cu ilin yazından 18 Dekabr 2013-cü ilə qədər islam dininə aid açılmış bir blog kimi geniş oxucu kütləsini əhatə etmişdir. 2010-cu ildən bu günə, yəni 18 Dekabr 2013-cü ilə qədər bu bu blogun sahibi və təşkilatçısı BDU İlahiyyat fakultəsinin məzunu Əkrəm Həsənov olmuşdur. Qeyd edim ki, bu gün bu bloqu sayt kimi internetdən qeydiyyatdan keçirdim. Burada islam dininə aid müxtəlif mövzularda məqalələr, kitablar, bir çox faydalı materiallar mövcuddur. Bundan sonra Allahın izni ilə bu sayt və digər kütləvi informasiya vasitələrinin köməyi və dəstəyi ilə çalışacayıq ki, islam dinini cəmiyyətimizə olduğu kimi təqdim edək. 

Məni tanıyanlar bilirlər ki, mən 2000-ci ildən islami mövzularda blog yazarı kimi fəaliyyət göstərmişəm. Şagird vaxtlarımdan islam dinini sevib, onun dərinliyini tədqiq etmək arzu və istəyim olub. Əvvəlcə özüm haqqında sizə qısa məlumat vermək istəyirəm. Mən, Əkrəm Bəhram oğlu Həsənov 05 İyun 1979-cu ildə Qubadlı rayonunun Çaytumas kəndində dünyaya gəlmişəm. 1986-cı ildə həmin kənddə orta məktəbi birinci sinifinə getmişəm. 

1993-cü il 31 Avqust erməni işğalçıları tərəfindən Qubadlı rayonu tam mühasirəyə alınıb işğal olunan zamandan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışam.

Mən, Əkrəm Bəhram oğlu Həsənov 1994-cü ildə H. Z. Tağıyev adına Azərbaycan Mailiyyə İqtisad kollecinə daxil olmuş və 28 Yanvar 1998-ci ildə orada “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtiası üzrə tam kursu bitirmişəm. Dövlət ixtisas komissiyasının qərarı ilə mənə “Mühasib-iqtisadçı” ixtisası verilmişdir. 

Mən, Həsənov Əkrəm Bəhram oğlu, Sultan oğlu, Şamil oğlu, Balakişi oğlu, Həsən ağa  oğlu,     Mikayıl Sultan oğlu, Həsən ağa oğlu, Abdullah ağa oğlu, Tumas ağa oğlu 05.06.1979-cu ildə Qubadlı rayonu, Çaytumas kəndində dünyaya gəlmişəm. 

1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olub və 2004-cü ildə həmin universitetin “ilahiyyat” ixtisası üzrə tam kursunu bitirmiş, dövlət imtahan komissiyasının 29.06. 2004-cü il tarixli qərarı ilə mənə “ilahiyyatçı, ərəb-dili müəllimi” ixtisası verilmişdir. 16 fevral 2004-cü ildən AMEA Əlyazmalar institunun “Ərəbdilli əlyzamaların tədqiqi” şöbəsində böyük laborant kimi əmək fəaliyyətinə başlamışam. 4 iyul 2005-ci ildə həmin şöbədə kiçik elmi işçi, 1 dekabr 2009-cu ildə isə müsabiqə yolu ilə elmi işçi vəzifəsinə keçmişəm.

Mən, institutda fəaliyyətə başladığım gündən etibarən əlyazmaların katoloqlaşıdırlması, araşdırılması, təsviri sahəsində dövlət planına əsasən öhdəmə düşən bütün işləri müvəffəqiyyətlə başa çatdırmış və institutda keçirilən bütün tədbirlərdə yaxından iştirak etmişəm. 

AMEA M. Füzuli adına Əlyazmalar institunun Gənc alimlər şurasının 16 dekabr  2005-ci il tarixli yığıncağında institutun Gənc Alimlər Şurasının sədri təyin olunmuş, gənc alimlərlə bağlı keçirilən bir çox konfranslarda, iclaslarda institutu təmsil etmişəm. 04 İyun 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişaf Mərkəzi Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqləndiyimə, gənc alimlərin mənafelərini müdafiə edən məsələlərdə fəal möcvqe tutduğuma görə və 2007 – “Gənclər İli” münasibəti ilə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin Əlyazmalar institundakı Gənc Alimlər Şurasının sədri olaraq mən Fəxri Fərmanla təltif edilmişəm. 

2008-2011-ci illərdə Azərbaycan Turizm institutunda “Dinşünaslıq” fənnindən saat hesabı dərs demişəm.

2006-cı ildən hal-hazıra qədər Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin keçirdiyi bütün imtahanlarda nəzarətçi qismində iştirak edərək dövlət komitəsinin təyin etdiyi imtahan rəhbərləri tərəfindən yüksək qiymətləndirilmiş, bu səbəbdən 2013-cü ildən imtahan rəhbəri kimi TQDK-da qeydiyyatdan keçmişəm.

Respublikanın qəzet və jurnallarında, internet səhifələrində ilahiyyatçı kimi məqalələr yazmış, müxtəlif mövzularda çıxışlar etmiş, bir çox mövzulardan danışmaq üçün dini ekspert kimi müxtəlif televiziya kanallarına, xüsusi ilə ATV, Space, İnternews, Apa.Tv və İctimai televiziya kanallarına qonaq qismində dəvət olunaraq müxtəlif mövzularda islam dininin bu mövzularla bağlı mövqeyini açıqlamışam. Bir çox radiolarda dini ekspert kimi, qonaq qismində islama aid müxtəlif mövzularda, aktual məsələlərdə iştirak edib islam dini ilə bağlı bir çox mövzulardan müəyyən məsələlərə münasibət bildirmişəm. 

2 Aprel 2007-ci ildə “Səlman əl-Farisinin erkən islam tarixində rolu” adlı namizədlik dissertasiyam təsdiq olunmuşdur. Misir alimi əs-Səxavinin “Ət-Təhsil vəl-bəyan fi siyaq qıssətis-seyyid Salman” əsəri əsasında işlənən bu mövzu ətrafında araşdırma apararaq mövzunu dərindən mənimsəmiş, mövzu ilə əlaqədər olaraq xaricdə və ölkəmizdə kifayət qədər elmi məqalələr dərc etdirmiş və konfranslarda məruzələrlə çıxış etmişəm. Bu elmi iş institutun “ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin 05 sentyabr 2012-ci il tarixli, 7 saylı İclasında müzakirə edilmiş və ilahiyyat üzərə fəlsəfə doktoru alimlik dərəcəsi almağa layiq görülmüşəm.

  Mən ilahiyyat, əlyazma irsimiz,  klassik və dini ədəbiyyatımızın tədqiqinə dair onlarla elmi və elmi-kütləvi məqalənin müəllifiyəm. Yazılarım BDU-nun “Dil və ədəbiyyat” toplusunda, “Orta əsr əlyazmaları və Azərbaycan tarixi problemləri” adlı elmi nəzəri konfrans materiallarında, “Filologiya məsələləri”, “Dövlət və din” adlı elmi nəşrlərində, Ukraniya Milli Elmlər Akadmeiyasının “Tileya”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət dünyası” adlı elmi məcmuələrdə və s. mətbu orqanlarda işıq üzü görmüşdür.  

25-28 Oktyabr 2010-cu ildə İstanbulda keçirilən V Beynəlxalq İslam Tibb Tarixi Konfransında “Qurani Kərim Şəfadır” elmi məqaləsinə və bu mövzuda elmi çıxışıma görə Sertifikatla təltif olunmuşam.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komisiyyası 14 Yanvar 2014-cü il tarixli (protokol № 01 – k) qərarı ilə mənə (Əkrəm Bəhrəm oğlu Həsənova) İLAHİYYAT üzrə fəlsəfə DOKTORU elmi dərəcəsi diplomu verilmişdir.

Bir çox səviyyəli rəsmi saytlarda oxunaqlı və maraqlı məqalələrim dərc edilir. Xüsusi ilə www.strategiya.az, http://www.din.az, http://www.islamevi.az, http://www.feqih.com, http://www.muselmanlar.com, http://www.azerimuslims.com, http://www.azerislam.com və s. kimi sanballı, elmi, səviyyəli, dini, ictimai saytlarda məqalələrim dərc edilib və geniş auditoriyaya təqdim olunubdur. 

“Övladlarımıza namazı necə aşılamalyıq” adlı kitabı tərcümə edib, öz hesabıma nəşr etdirmişəm. 

Evliyəm. Iki qızım var. Allaha həmd olsun! 

Özüm haqqında qısa qeydləri dedikdən sonra nəzərinizə bundan sonra artıq sayt kimi fəaliyyət göstərəcək, əvvəlki blogumun davamı olan İslam Haqq Din saytı haqqında qısa məlumat vermək istərdim. Blog fəaliyyətimdə də olduğu kimi diqqətlə bütün bölmələrə və hər bölmədə olan məqalələrə nəzər salsanız görərsiniz ki, burada yalnız müsəlmanların faydalanması üçün nəsə edirik. Hansısa xəbərə görə, hansısa müəllifin məqaləsinə və fikirlərinə görə blog sahibi məsuliyyət daşımır. Blog sahibi yalnız öz yazılarına görə məsulyyət daşıyır. Biz buna görə heç kimdən heç nə gözləmirik. Etdiyimiz əməllərin savabını, mükafatını yalnız Rəbbimiz Allahdan istəyirik. Biz heç kimin yalnış fikirlərini qəbul etmirik. İslamın həqiqətən necə bir din olduğunu xalqımıza, cəmiyyətimizə çatdırmaq istəyrik. Camaatımızın buna böyük ehtiyacı var. Bizə qarşı qaldırılan bütün yalan və böhtanları rədd edirik. Biz də Azərbaycan Respublikasının vətəndaşıyıq. Bizi bu ölkədə Allah təala yaradıb və yaşadır və haradasa əcəl vaxtımız gələndə öldürəcək. Bizi yedirən içirən Allahdır. Allah təalanın bizə yazdığı başımıza gələcək. Bizə yazmadığı baş verməyəcək. Xahiş edirik bu saytın materiallarından istifadə edərkən mənbənin adını qeyd edəsiniz. Biz bütün islam sevənlərə müraciət edirik ki, faydalı yazılarını bizə göndərsinlər və biz də öz növbəmizdə burada dərc edək. Allah qatında haqq din yalnız islamdır, haqq yol Allahın rəsulunun (ona və ailəsinə salam olsun) yoludur. Biz az da olsa gücümüz çatan qədər insanları bu haqq yola dəvət etmək istəyirik. Biz Allahdan gəlmişik və Allaha qayıdacağıq. 

Bizi bu dünyaya Allah gətirdi. Allah bizə bu qədər nemətlər verdi. Bütün bu nemətlər hamısı əmanətdir. Bu əmanətlərin içində ən əsası və ən vacibi din nemətidir. Bu din neməti dağlara, daşlara, ağaclara, yerlərə, göylərə təklif olundu. Lakin dağlar,daşlar, ağaclar, yerlər və göylər bu əmanəti öz üzərlərinə götürmədilər. Bu əmanəti insan öz üzərinə götürdü. Amma sonra bu əmanəti unutdu. Əmanətə xəyanət etdi. İnsan çox zalim, çox nankordur. Ancaq iman edənlər istisnadır. Belə ki, istisna Allahın qulları bu əmanətə bağlandılar. Əmanəti qorudular. Əmanəti özlərindən sonrakılara çatdırdılar. Biz də uca Rəbbimizdən istəyrik ki, bu din əmanətini tam yerinə yetirməkdə və gələcək nəsilə çatdırmaqda bizə kömək etsin. Amin! Hər bir Allah qulu öz faydalı yazılarını və məqalələrini bizə göndərsin ki, bizdə burada dərc edək. 

Əcəl vaxtı çox yaxındır. Bu dünyada hər şeyi tərk edib gedcəyik. Özümüzlə ancaq əməllərimiz qalacaq. Buna görə Allahdan kömək istəyirik ki, bizi razı olduğu xeyirli əməllərə müvəffəq etsin. Amin! Məqsədimiz insanlara islam dinini düzgün, doğru, olduğu kimi çatdırmaqdır. Bu gün mən düşünürəm ki, bütün müsəlmanların birləşib bir evin kərpicləri kimi olmaları lazımdır. Buna görə də yazdığım və dediyim hansısa bir sözə görə mənə iradınızı və nəsihətinizi ədalətlə edin. Amma bunu unutmayın ki, bütün xətalar məndən və şeytandandır. Bütün yaxşılıqlar uca Rəbbimizdəndir. Tənqidlərinizə, nəsihətinizə, məsləhətinizə, dəstəyinizə qapılarım açıqdır. Özünüz üçün istədiyinizi qarşınızda olan hər bir müsəlman bəndə üçün də və mənim üçün də istəyin ki, imanınız kamil olsun. 

Mənim mövqeyim, islamda olan ədalətli mövqedir. Mövqeyim bundan ibarətdir ki, Azərbaycan xalqı müsəlman xalqdır. Dinimiz islamdır. Ölkəmiz Azərbaycandır. Azərbaycan azad, demokratik, müstəqil ölkədir. Azərbaycan həm də bizim vətənimizdir. Biz bu vətənimizi sevməli, qorumalı, vətəndaşlarımıza qarşı şəfqətli olmalıyıq. Yaşadığımız vətəndə dövlətimizin möhkəmliyi üçün hər birimiz dövlət başçımızın ətrafında sıx birləşməli, ölkəmizin inkişafı üçün hər birimiz öz imkanlarımız və güclərimizə görə dövlət başçımıza kömək etməliyik. Bunu maddi gəlir əldə etmək üçün yox, şəxsi mənfəət üçün yox, Allahın razılığını qazanmağımız üçün, dövlətimizin möhkəm və güclü olması üçün, xalqımızın, camaatımızın, millətimizin daha gözəl və daha mükəmməl, daha rifah halında, əmin-amanlıqda olması üçün etməliyik. Hamılıqla Allahın ipindən möhkəm yapışmalıyıq. Allah təala Kitabında və göndərdiyi Muhamməd peyğəmbər səlləllahu aleyhi və səlləm də hədislərində bizə dövlət başçılarımıza, idarəçilərimizə qarşı ədəbli olmağı, onların işlərində onlara köməkçi olmağımızı bizə əmr etmişlər. Kimlər bu əmrdən çıxarsa artıq o şəxslər fəsad törədənlər və zalımlardır. Zalımlar isə heç vaxt uğur qazana bilməzlər. Allahdan müvəffəqiyyət istəyirəm. Rəbbimiz bizə qarşı olanlara vəkil olaraq bizə kifayət edər. Çünki uca Allah Vəkil olaraq kifayətdir. 

Mənə poçt vasitəsilə məktub yazmaq istəyənlər aşağıdakı ünvana yazsınlar. Bakı şəhəri, İstiqlaliyyat 8, M. Füzuli adına Əlyazmalar institutu. Ərəbdilli Əlyazmalar şöbəsi. Əkrəm Həsənov. Allahın dinini yaymaq, ehtiyaclı müsəlmanlara yardım etmək, yoxsul ailələri yedirib içirmək istəyənlər bizimlə əlaqə saxlaya bilərlər.

MƏKTUB YAZMAQ İSTƏYƏNLƏR. Əlaqə üçün bizə məktub yazın: garibekrem@hotmail.com

ZƏNG ETMƏK İSTƏYƏNLƏR: (050)-336-51-24

Bir şərh yazın